28 Avqust 2026 10:13
330
Mədəniyyət
A- A+
Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb


Laçın Beynəlxalq Film Festivalının (Lachin International Film Festival - LIFF) mükafatlandırma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə festivalın direktoru Amil Amal tərəfindən qaliblərə və fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.

Festival çərçivəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova, Xalq artisti Şamil Süleymanlıya, Elşad Ərşadoğluya və İlkin Umarova "Qızıl Palıd Budağı" mükafatı təqdim olunub. "Golden Oak Branch" mükafatına Æean-Marie Villeneuve, Toktobek Usonov Usonovich layiq görülüblər. Mükafatlar həmçinin cəmiyyətin aktual məsələlərinin kino dili ilə ifadəsinə, kino aktyoru sənətinin inkişafındakı xidmətlərə və digər kateqoriyalara görə verilib.

Münsiflər heyətinin xüsusi diqqətini çəkən filmlər sırasında Ayan Məlikin "Laylay", aktyor Anar Buludun "Timşel", Asiman Ağa Rövşənin "Divarın o üzü", Mehmet Oğuz Yıldırımın "Kudret", Kübra Binnətovanın "Eyni yağış altında", İqor Smolanın "It lives under the snow", Marcin Tomaszewskinin "Karma. The line between", Rezanın "Aşıqlar çayxanası", Zeljko Stanetiçin "Milena", Nodir Nuriddinoviç Abdukarimovun "Cold Spring" filmləri yer alıb.

Bundan əlavə festivalın müsabiqə proqramına seçilən bütün 39 filmin iştirakçılarına "Rəsmi iştirakçı" sertifikatı təqdim olunub. Ümumilikdə 17 nəfər mükafata layiq görülüb.

Laçın Beynəlxalq Film Festivalı Qarabağda və Şərqi Zəngəzurda keçirilən ilk beynəlxalq film festivalıdır. Festivalın əsas məqsədi Azərbaycan kinosunun təbliği, yerli və xarici kino nümayəndələri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də regionun mədəni həyatının canlandırılmasına töhfə verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

21:48
28 Avqust

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

18:16
28 Avqust

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

18:01
28 Avqust

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

17:53
28 Avqust

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

17:48
28 Avqust

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

17:41
28 Avqust

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib  

17:37
28 Avqust

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb  

17:15
28 Avqust

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

17:11
28 Avqust

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

17:09
28 Avqust

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb  

17:08
28 Avqust

Norveçdə taxt dəyişdi - bir dövr sona çatdı, yenisi başladı  

17:05
28 Avqust

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

17:04
28 Avqust

Ölkəmizin turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub  

16:20
28 Avqust

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib  

16:17
28 Avqust

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb  

16:13
28 Avqust

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib  

15:45
28 Avqust

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb

15:36
28 Avqust

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

15:34
28 Avqust

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

15:26
28 Avqust

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

15:24
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!