03 Dekabr 2025 18:30
331
DÜNYA
A- A+
Kreml: Hələlik kompromis yoxdur

Kreml: Hələlik kompromis yoxdur


Marko Rubio: Ukraynanın  suverenliyi və müstəqilliyi qorunmalıdır 


ABŞ və Rusiya Vaşinqtonun Ukraynadakı müharibənin həlli planını müzakirə ediblər. Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında görüş təxminən beş saat davam edib. Kremlin bildirdiyinə görə, hələlik kompromis əldə edilməyib.

Məlum olduğu kimi, Rusiya və ABŞ Kremldə Ukraynadakı müharibənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparıblar. Rusiya xəbər agentliklərinin məlumatına görə, görüş təxminən beş saat davam edib və  dekabrın 3-də Moskva vaxtı ilə təxminən saat 00:30-da başa çatıb.

Rusiyanı danışıqlarda  Prezidenti Vladimir Putin, onun köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kiril Dmitriyev təmsil ediblər. ABŞ tərəfi Moskvadakı danışıqlarda  xüsusi elçi Stiven Uitkoff və  Prezident Donald Trampın kürəkəni Cared Kuşner ilə təmsil olunub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıqlardan sonra jurnalistlərə bildirib ki, Kremldəki görüşdə Ukraynadakı müharibəyə son qoymaq üçün bir neçə variant müzakirə olunub. Onun dediyinə görə, Moskva ABŞ-nin ilkin "sülh planı"ndan əlavə daha dörd sənəd alıb.

Y. Uşakov qeyd edib ki, Vladimir Putin Vaşinqtondan "bir sıra təkliflərə qarşı tənqidi və hətta mənfi münasibətini" gizlətməyib və əlavə edib ki, görüşdə "konkret ərazi məsələləri" müzakirə olunub. 

Kreml saytı prezident köməkçisinin sözlərinə istinadən yazır: "Hələlik kompromis tapılmayıb. Lakin bəzi  təkliflər az-çox məqbul görünür. Lakin onlar müzakirə olunmalıdır. Bizə təklif olunan bəzi ifadələr qəbuledilməzdir. Yəni, iş davam edəcək". 

Buna baxmayaraq, Y. Uşakov nümayəndə heyətlərinin görüşünü çox "faydalı, konstruktiv və məzmunlu" adlandırıb. Jurnalistlərin bu danışıqlardan sonra sülhün daha da yaxınlaşıb-yaxşılaşmadığı barədə sualına o, belə cavab verib: " İrəli getmədiyimiz dəqiqdir. Amma həm Vaşinqtonda, həm də Moskvada görüləsi çox iş var".

Rusiya və ABŞ danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəliblər. Y. Uşakovun sözlərinə görə, söhbət "tamamilə qapalı və gizli" olub və tərəflər danışıqların mahiyyətini açıqlamayacaqlar. ABŞ nümayəndələri Rusiya prezidenti ilə görüşlərinin nəticələrini şəxsən Donald Trampa bildirəcəklər və bundan sonra əlavə müzakirələr üçün Moskva ilə telefonla əlaqə saxlayacaqlar. 

Ukrayna Prezidenti Volodimir Zelenski Kremldəki görüşlə eyni vaxtda Telegram-da yazıb ki, müharibənin bitməsi şərtləri ilə bağlı sadə qərarlar gözləmir. O bildirib ki, Kiyev Rusiyadakı danışıqlardan sonra Amerika nümayəndə heyətindən siqnallar gözləyir. "ABŞ nümayəndə heyəti görüşlərdən dərhal sonra birbaşa bizə hesabat vermək istəyir. Növbəti addımlar bu siqnallardan asılıdır", - deyə Zelenski bildirib və  Prezident Donald Tramp da daxil olmaqla, ABŞ nümayəndələri ilə tezliklə görüşün keçirilməsini istisna etməyib.

Moskva danışıqlarından sonra ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına verdiyi müsahibədə Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ və Rusiya arasında danışıqlarda irəliləyiş müşahidə olunduğunu söyləyib. "Bizim çalışdığımız və düşünürəm ki, müəyyən irəliləyişlər əldə edirik – gələcək üçün təhlükəsizlik zəmanətləri verəcək, ölkələrinin bir daha işğal olunmaması üçün ukraynalıların nəyə razılaşa biləcəklərini müəyyən etməkdir; bu, onlara yalnız iqtisadiyyatlarını bərpa etməyə deyil, həm də çiçəklənməyə, böyüyən bir iqtisadiyyata çevrilməyə imkan verəcək", -  dövlət katibi deyib.

ABŞ diplomatiyasının başçısı hesab edir ki, "nəzəri olaraq, hər şey düzgün edilsə, Ukraynanın ÜDM-i 10 il ərzində Rusiyanınkından daha çox ola bilər". Onun sözlərinə görə, Ukrayna və Rusiya hazırda "sözün əsl mənasında Donetsk bölgəsinin 30-50 kilometri uğrunda mübarizə aparırlar" və başlıca məsələ Ukraynanın uzunmüddətli suverenliyini və müstəqilliyini qorumaqdır ki, o, marionet dövlətə çevrilməsin, əksinə, həqiqətən müstəqil və suveren qalsın".

" Biz müharibəni Ukraynanın gələcəyini qoruyan və hər iki tərəfin razılaşa biləcəyi şəkildə bitirməyin mümkün olub-olmadığını anlamağa çalışırıq", - deyə ABŞ dövlət katibi əlavə edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!