Kot d\'İvuarda parlament seçkiləri keçirildi
Kot d'İvuarda ölkə parlamentinə seçkilər keçirilmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.
Məlumata görə, səsvermə zamanı ciddi hadisələr qeydə alınmamışdır. Hüquq-mühafizə orqanlarının 25 min əməkdaşı və BMT-nin 7 min sülhməramlısı səsvermə günü təhlükəsizliyi təmin etmişdir. Səsvermədən əvvəlki son həftə ərzində isə ölkədə müxtəlif insidentlər nəticəsində 5 nəfər həlak olmuşdur.
Parlamentdəki 255 yerə 1000 nəfərə yaxın namizəd var. Analitiklərin fikrincə, ölkənin hazırkı Prezidenti Alassan Uattaranın koalisiyası qələbəyə daha yaxındır. Qeyd edək ki, eks-prezident Loran Qbaqbonun partiyası seçkilərdə iştirakdan imtina etmiş və öz tərəfdarlarını boykota çağırmışdı.
Xatırladaq ki, bundan əvvəl keçirilmiş ümumxalq səsverməsi ölkəni siyasi böhrana və vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Ötən ilin noyabrında prezident seçkilərində Loran Qbaqbo Alassan Uattaraya məğlub olsa da, prezident kürsüsünü tərk etmək istəməmişdi. Nəticədə Qbaqbo və Uattaranın tərəfdarları arasında baş vermiş toqquşmalar zamanı 3 min nəfərdən çox adam həlak olmuşdur.
Bu ilin aprelində BMT sülhməramlıları və fransalı hərbçilər Qbaqbonu yaxalayaraq yeni hakimiyyətə təhvil vermişlər. Hazırda Qbaqbo Haaqa tribunalının həbsxanasında saxlanılır. O, insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Blinken yenə İsrailə gedir
27 Aprel
"Hizbullah"ın vacib simalarından biri öldürülüb
27 Aprel
Helikopter qəzası: Ölənlər var
27 Aprel
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!