Kosmosdan təhlükə: Avropa müdafiəyə hazırlaşır
Dövlətlər arasında düşmənçilik getdikcə artaraq Yerətrafı orbitə və virtual məkana da sirayət edir. Peyklərə hücum və kiberhücum təhlükəsi getdikcə artmaqdadır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə Avropa Kosmik Konfransının açılışında çıxışı zamanı deyib. O, kosmosdan gələn təhlükəyə Rusiyanın Ukraynaya qarşı müharibəni necə başlamasını misal göstərib: hərbi müdaxilədən 24 saat əvvəl Ukrayna ordusunun istifadə etdiyi orbital telekommunikasiya şəbəkəsi kiberhücuma məruz qaldı, şəbəkəyə daxil edilən zərərli kod onu qismən söndürdü.
Borrel qeyd edib ki, hazırda istər mülki, istərsə də hərbi infrastruktur peyk məlumatlardan çox asılıdır. Bu gün kosmos peyklərin hədəf alına biləcəyi strateji məkana çevrilib. Aİ rəsmisinin sözlərinə görə, Rusiya bu yaxınlarda öz peyklərindən birini yerüstü raketlə məhv edib və istənilən başqa peyki də hədəfə ala bilər.
Hazırda Yerətrafı orbitdə 5,5 min peykin olduğu bildirilir. Onların təxminən 550-si hərbi məqsədlər üçün nəzərdə tutulub. Kosmosda istifadə olunan silahlar oradakı stansiyalar və gəmilər üçün ciddi təhdid hesab edilir.
Avropa Komissiyası bu ilin martında yeni kosmik təşəbbüsünü təqdim etməyi planlaşdırır. Məqsəd vətəndaşları və mühüm infrastrukturu kosmosdan gələ biləcək təhlükələrdən qorumaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qərbi Azərbaycan İcması bəyanat yayıb
26 Aprel
Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
26 Aprel
Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar
26 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
26 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
26 Aprel
Azərbaycan ədəbiyyatına böyük töhfələr verən alim
26 Aprel
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
26 Aprel
Bayraq aşiqi
26 Aprel
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər
26 Aprel
Qubalılar yol sarıdan rahatlığa çıxırlar
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!