17 İyul 2026 10:45
157
SİYASƏT
A- A+
Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

Azərbaycanın Avropada  əməkdaşlıq etdiyi ölkələr arasında Slovakiya mühüm yer tutur. Bu münasibətlərin inkişafı iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropada enerji təhlükəsizliyinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regional sabitliyin güclənməsinə də mühüm töhfə verməyə davam edəcək.

Ölkəmizə rəsmi səfər edən Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşadan başlayan proqramı ortaq maraqlar üzərində qurulan tərəfdaşlıqda yeni səhəfənin açılmasına gətirib çıxaracaq.

Şuşada Prezident İlham Əliyevlə aparılan müzakirələr, Bakıda təşkil olunan biznes-forum göstərdi ki, Bakı və Bratislava əməkdaşlığı siyasi dialoq başda olmaqla iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret layihələrlə zəngindir. Şuşada liderlərin mətbuata birgə bəyanatında Prezident İlham Əliyev vurğuladı ki,  Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir: “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar”.

Slovakiya Prezidenti də öz növbəsində qeyd edib ki, keçmişdəki görüşlər əsnasında Qarabağ və onun gələcək inkişafı barədə danışılıb: “Mən bu ərazinin azad edilməsindən sonra qısa müddət ərzində burada əldə olunmuş nailiyyətləri ehtiramla və iftixarla qeyd etmək istərdim. Eyni zamanda, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Cənab Prezident, Sizin sözlərinizin təsdiqi olaraq qeyd edim ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq”.

Bəyanatda o da qeyd olunub ki, Azərbaycan mühüm regional iştirakçıdır: “O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir”.

Onu da bildirək ki, Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumda ki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı müzakirə olunub.

 

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Futbol üzrə dünya çempionatının final matçı təxirə salına bilər

10:54
17 İyul

Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

10:45
17 İyul

Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

10:18
17 İyul

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

10:11
17 İyul

Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?

10:05
17 İyul

Nizami ruhunun ekran təcəssümü

10:00
17 İyul

64 illik ömrün notları 

09:55
17 İyul

Türk dövlətlərində dinamik iqtisadi artım 

09:50
17 İyul

Azərbaycan artıq dünyada beynəlxalq tranzit və logistika ölkəsi kimi qəbul olunur

09:45
17 İyul

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!