17 İyul 2026 08:45
480
SİYASƏT
A- A+
Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir


Çin Azərbaycanın ən böyük tərəfdaşlarından biridir və hər ötən il iki ölkə arasında əlaqələr daha da dərinləşir. Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri Orta dəhlizin inkişafı ilə bağlıdır. Avropa ilə Asiyanı birləşdirən bu mühüm nəqliyyat marşrutu yüklərin təhlükəsiz və sürətli daşınması baxımından böyük əhəmiyyətə malikdir. Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün əsas komponentlərindən biri olan dəhliz Pekin və Bakı arasında əlaqələrin inkişafına daha da təkan verir. 

"Şərq-Qərb" Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Orta dəhliz yalnız nəqliyyat marşrutu deyil, iki qitə arasında iqtisadi və geosiyasi əməkdaşlığı gücləndirən strateji platformadır. Bu baxımdan nəqliyyat marşrutunun keçdiyi ölkələrdən biri kimi Azərbaycanla əlaqələrin genişləndirilməsi Çin üçün də vacibdir. 

Azərbaycan Orta dəhlizin inkişafı istiqamətində bir sıra mühüm nəqliyyat və logistika layihələri həyata keçirib. Müasir nəqliyyat infrastrukturunun qurulması,  logistika mərkəzlərinin modernləşdirilməsi, gömrük və sərhəd prosedurlarının rəqəmsallaşdırılması marşrutun rəqabət qabiliyyətini gücləndirib. Bütün bunları nəzərə alaraq Azərbaycan bu gün yalnız dəhlizin tranzit ölkəsi deyil, beynəlxalq nəqliyyat marşrutunun inkişafını təşviq edən, regional əməkdaşlığı gücləndirən strateji tərəfdaşdır. Bu isə Çin, Mərkəzi Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.

Milli Məclisin deputatı Vüqar BAYRAMOV mövzu ilə əlaqədar qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bir sıra strateji istiqamətlərə toxunub və bunlardan biri də Orta dəhlizin imkanlarının genişləndirilməsi, bu kontekstdən Çin Xalq Respublikası ilə əməkdaşlıq idi: "Azərbaycan Orta dəhlizin infrastrukturunun genişlənməsinə töhfə verən ölkələrdəndir. Bir tərəfdən Ələt ticarət limanının ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər yüksələcək. Bu da, təbii ki, Azərbaycan üzərindən daha çox yükün daşınmasına imkan verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi və onun "Şərq-Qərb", bütövlükdə Orta dəhlizə inteqrasiyası da region üzərindən daha çox yükün daşınmasına şərait yaradacaq". 

Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin kifayət qədər strateji və vacib olduğunu qeyd edən deputat əlavə edib ki, iki ölkə strateji tərəfdaşdır və bütün bunlar çox fərqli sahələrdə əməkdaşlığın inkişafına imkan verir. "Artıq bir ildən çoxdur ki, Azərbaycan və Çin vətəndaşları üçün vizasız rejim tətbiq olunub. Bu, ölkələr arasında turizm  və biznesin inkişafına xüsusi təkan verir. Eyni zamanda Çin Azərbaycanın ən böyük üç tərəfdaşından biridir, hətta son statistikada Çin ikinci ən böyük ticarət tərəfdaşına çevrilib. Pekinlə Bakı arasında strateji tərəfdaşlıq həm də iki ölkə arasında ticarət dövriyyəsinə təsir göstərir və artımlar müşahidə olunur", - deyə o bildirib.

V.Bayramov vurğulayıb ki, Azərbaycan və Çin arasında nəqliyyat və logistika sahəsindəki əməkdaşlıq strateji baxımdan ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!