17 İyul 2026 08:05
146
SİYASƏT
A- A+
Yüksək etimad nümunəsi 

Yüksək etimad nümunəsi 


ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin sözlərini paylaşması Azərbaycan liderinin qlobal nüfuzunun bariz göstəricisidir


Beynəlxalq münasibətlər sistemində liderlər səviyyəsində qurulan şəxsi etimad, qarşılıqlı hörmət və strateji dialoq dövlətlərarası əlaqələrin dinamikasına təsir edən ən mühüm amillərdən biridir. Bu təsdiqlənmiş bir reallıqdır. Elə götürək Azərbaycan-ABŞ nümunəsini. 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərin yer aldığı məqaləni özünün "Truth" sosial şəbəkə hesabında paylaşıb. Geniş məqalə "Breitbart"da dərc olunub. "Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı sülh adamı adlandırdı və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirdi" başlıqlı məqalədə dövlətimizin başçısının Prezident Donald Tramp və onun komandasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsinə mühüm töhfə verdiyi, Trampı isə sülh insanı kimi xarakterizə etdiyi vurğulanıb. 

Xatırladaq ki, Prezident İlham Əliyevin bu açıqlamaları iyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirilib. Donald Trampın sülhsevər və sülhü gətirə biləcək insan olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Donald Tramp dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb: "Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu". Prezident İlham Əliyev həmkarı Donald Trampla həm ötən ilin avqustunda Vaşinqtondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub: "Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir". 

ABŞ Prezidenti Donald Trampın sözügedən paylaşımından sonra Azərbaycan Prezidenti İlham Əliyev həmkarına təşəkkürünü bildirib. Dövlətimizin başçısı növbəti dəfə Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rolu yüksək qiymətləndirib: "Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və "Breitbart"ın istinad etdiyi çıxışımı paylaşdığınıza görə Sizə təşəkkür edirəm. Həmin çıxışımda Sizi "Sülh adamı" adlandırmışdım". Vaşinqtonda keçirilmiş tarixi sammitin birinci ildönümünə bir aydan az vaxt qaldığını xatırladan Prezident İlham Əliyev bu münasibətlə Donald Trampa bir daha minnətdarlığını ifadə edib: "Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha daha da yaxınlaşmasına tarixi töhfə verib". 

Donald Trampın Prezident İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərin yer aldığı məqaləni özünün rəsmi sosial platformasında paylaşması Azərbaycan dövlətinin və onun liderinin qlobal miqyasda qəbul olunan nüfuzunun bariz göstəricisidir. Eyni zamanda dövlətimizin başçısının rəyinin dünya nəhəngləri tərəfindən yüksək dəyərləndirildiyinin təzahürüdür. Eləcə də Bakı ilə Vaşinqton arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təcəssümüdür. Azərbaycan Prezidentinin Şuşa Forumunda səsləndirdiyi fikirlərin Ağ Ev rəhbəri tərəfindən dərhal paylaşılması rəsmi Bakının xarici siyasət gündəliyinin Vaşinqtonda nə dərəcədə yaxından izlənildiyini də nümayiş etdirir.

Bu, həm də İkinci Qarabağ müharibəsindən  sonra formalaşan yeni regional reallıqların dünyanın birnömrəli gücü tərəfindən tam qəbul olunmasının növbəti təsdiqidir. 

Dəfələrlə qeyd olunduğu kimi, ABŞ-nin əvvəlki administrasiyasının birtərəfli və qərəzli yanaşmalarından fərqli olaraq, Donald Tramp və onun komandası tərəflərin maraqlarına hörmət edən, balanslaşdırılmış və nəticəyə yönəlmiş sülh platformasının təşəbbüskarı olub. Məhz bu konstruktiv çərçivə Cənubi Qafqazda tarixi sülhün əldə olunmasında mühüm rol oynayıb. Dövlətimizin başçısı bu məqamı vurğulayaraq həmkarına təşəkkürünü bildirib. 

Prezident İlham Əliyevin ABŞ Prezidenti ilə ötən ilin avqustunda Vaşinqtonda, bu ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər, eləcə də ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri Bakı-Vaşinqton əlaqələrindəki intensivliyin əsas göstəriciləridir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün yüksəksəviyyəli təmaslar Azərbaycan-ABŞ münasibətlərinin hazırda pik səviyyədə olduğunun isbatıdır. Sirr deyil ki, münasibətlərin bu səviyyəyə yüksəlməsi Azərbaycanın regionda təhlükəsizliyin qarantı, qlobal enerji və nəqliyyat dəhlizlərinin mərkəzi kimi çıxış etməsi ilə birbaşa bağlıdır. ABŞ rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən və regional sabitliyi təmin edən güc mərkəzi kimi qəbul edir. Bununla həm də ölkəmizin regionun əsas geosiyasi oyunçusu və sülhün əsas memarı olduğunu təsdiqləyir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb

18:49
16 İyul

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!