03 Oktyabr 2024 09:05
2694
Oxucu məktubları
A- A+
Kəndimizin bir hissəsi mavi yanacaqla təmin olunur, bir hissəsi isə yox

Kəndimizin bir hissəsi mavi yanacaqla təmin olunur, bir hissəsi isə yox


Şəmkirin Aşağı Seyfəli kəndi rayon mərkəzindən o qədər də uzaqda deyil. Gəl ki, təbii qaz problemimiz həll olunmur ki, olunmur. Müraciət etmədiyimiz təşkilat qalmayıb. Ancaq bir əncam çəkən yoxdur.

Elə düşünməyin ki, kəndə yeni qaz xətti çəkilməlidir. Xeyr, xətt çəkilib. Lakin kəndin bir hissəsinə qaz verilsə də, bir hissəsi qazsız qalıb. Bircə yol kənarından keçən ana xəttə qoşulmaq qalıb. Bu işin icrası üçün döymədiyimiz qapı qalmayıb. Hətta gəlib qaz xətti üçün lazım olan boruların və sayğacların alınmasına görə sakinlərdən pul da yığıblar. Amma yenə də qazsız qalmışıq.

Hörmətli redaksiya! Havalar tədricən soyumağa başlayıb. Hələlik birtəhər yola veririk. Hava şaxtalı olanda nə edəcəyimizi bilmirik. Odunun satış qiyməti də çox bahalaşıb. Ailə büdcəmiz isə odun almağa yetmir. Odur ki, xahiş edirik, bizə kömək göstərəsiniz, səsimizi əlaqədar qurumlara çatdırasınız.


Füzuli MƏMMƏDOV,

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan xarici bazarlara xurma ixracı 16,7 faiz artıb

18:53
06 Noyabr

Polşada 10 mindən çox ABŞ hərbçisi var

18:43
06 Noyabr

İnstaqram yeni funksiyasını təqdim edib

18:31
06 Noyabr

Milli Məclisin sədri Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb  

18:22
06 Noyabr

Dünyanın ilk taxta peyki artıq kosmosdadır

18:18
06 Noyabr

“Toyota” ilk hava taksisini nümayiş etdirib

18:17
06 Noyabr

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb  

18:06
06 Noyabr

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

18:04
06 Noyabr

Pərviz Şahbazov Romada AEBA-nın baş direktoru və qazax həmkarı ilə görüşüb

17:57
06 Noyabr

Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarına Azərbaycanda dövlət-din münasibətləri barədə məlumat verilib  

17:55
06 Noyabr

Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir  

17:54
06 Noyabr

Mormon kilsəsinin və Stirlinq Fondunun rəsmiləri Dövlət Komitəsində olublar  

17:52
06 Noyabr

Cəbrayıl şəhər və Cocuq Mərcanlı məktəbləri Zəfər Günü bayram tədbirini birlikdə qeyd ediblər  

17:51
06 Noyabr

Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin başa çatacağı vaxt açıqlanıb

17:38
06 Noyabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

17:37
06 Noyabr

Azərbaycanın Baş naziri KAICIID-in Baş katibi ilə görüşüb

17:36
06 Noyabr

COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb  

17:36
06 Noyabr

Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib

17:35
06 Noyabr

Mərkəzi Bank Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasına üzv olub  

17:34
06 Noyabr

MSK sədri: Bələdiyyə seçkiləri yanvarın sonunda keçiriləcək

17:33
06 Noyabr

Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb YENİLƏNİB

17:32
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!