10 İyul 2026 13:15
437
İQTİSADİYYAT
A- A+
İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır


Azərbaycan Kənd Qadınları Assosiasiyası işğaldan azad olunmuş ərazilərdə qadın sahibkarlığının inkişafında yeni mərhələnin əsasını qoyur. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadi dirçəliş və dayanıqlı inkişaf prosesinə növbəti mühüm töhfə verən tarixi təşəbbüs həyata keçirilir. Azərbaycan Kənd Qadınları Assosiasiyası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Aqrosahibkar Qadınlarla İş" layihəsi çərçivəsində işğaldan azad edilən ərazilərdə ilk qadın kooperativini Zəngilan rayonunun Ağalı kəndində yaradır. Bununla da assosiasiya regionda qadın sahibkarlığının inkişafında keyfiyyətcə yeni bir mərhələyə start verir.

Azərbaycan Kənd Qadınları Assosiasiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu təşəbbüs təkcə yeni istehsal subyektinin qurulması deyil, həm də regionda qadınların iqtisadi müstəqilliyinin güclənməsinə, kollektiv sahibkarlığın fəal inkişafına və aqrar sektorda müasir əməkdaşlıq modelinin formalaşmasına xidmət edən strateji addımdır.

AKQA-nın rəhbərliyi ilə ərsəyə gələn bu kooperativ Ağalı kəndində məskunlaşan və aqrar sahədə fəaliyyət göstərən qadın sahibkarları vahid platformada birləşdirəcək. Yeni model sayəsində yerli qadınlar bilik, təcrübə, resurs və istehsal imkanlarını sinerji şəklində bir araya gətirərək daha səmərəli fəaliyyət göstərə biləcəklər. Bu isə öz növbəsində istehsal həcminin artırılmasına, rəqabətqabiliyyətli yerli məhsullarla yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ailə gəlirlərinin yüksəldilməsinə zəmin yaradacaq.

Çoxşaxəli fəaliyyət profilinə malik olacaq qadın kooperativi əkinçilik, taxılçılıq, bağçılıq, heyvandarlıq, meyvə-tərəvəz emalı, milli mətbəx, iaşə xidmətləri və aqroturizm kimi kənd təsərrüfatı ilə birbaşa əlaqəli olan sahələrdə çalışan sahibkar qadınları öz çətiri altında birləşdirəcək.

Layihənin mühüm mərhələsi olaraq, iştirakçılar üçün kooperativ idarəçiliyi, biznesin planlaşdırılması, müasir emal texnologiyaları, marketinq və satış strategiyaları, müştəri xidmətləri, həmçinin aqroturizmin təşkili istiqamətlərində xüsusi təlimlər təşkil olunub. Qazanılan müasir bilik və bacarıqlar Ağalı kəndinin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, Şərqi Zəngəzurun turizm imkanlarının genişlənməsinə və yerli istehsalın rəqabət gücünün artmasına birbaşa xidmət edəcək.

Bununla da, Ağalı qadınları fərdi təsərrüfatçılıqdan daha mütərəqqi bir mərhələyə – kollektiv sahibkarlığa qədəm qoyurlar. Onlar öz təşəbbüskarlıqları və sarsılmaz əməkdaşlıq ruhu ilə sübut edirlər ki, birlikdə çalışmaq daha böyük uğurlar, daha dayanıqlı biznes mühiti və daha yüksək sosial rifah deməkdir. İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərəcək ilk rəsmi hüquqi statuslu qadın biznes qurumu olan bu kooperativ, eyni zamanda, bölgədə qadın liderliyinin, iqtisadi həmrəyliyin və sosial məsuliyyətin yeni simvoluna çevrilərək, digər yenidən qurulan yaşayış məntəqələri üçün də uğurlu bir nümunə rolunu oynayacaq.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri və layihənin koordinatoru Gülbəniz Qənbərova bildirib: "Ağalıda yaradılan bu kooperativ sadəcə yeni bir təsərrüfat subyekti deyil. Bu, xanımların zəhmətinin, iradəsinin və gələcəyə inamının təcəssümüdür. Biz inanırıq ki, qadınların kollektiv biznes modeli kənd yerlərində daha çox istehsal, daha çox satış, daha yüksək gəlir və daha dayanıqlı sosial rifah yaradacaq. Ağalının təşəbbüskar qadınları azad edilən ərazilərdə kollektiv qadın sahibkarlığının ilk nümunəsini formalaşdırmaqla tarix yazırlar."

Layihə çərçivəsində formalaşan kooperativ yalnız iqtisadi dividendlərlə məhdudlaşmır. O, həm də qadınların yerli qərarqəbuletmə proseslərində rolunu artıracaq, onların liderlik potensialını inkişaf etdirəcək, yeni institusional əməkdaşlıq əlaqələri quracaq və kənd icmasının sosial-iqtisadi tərəqqisinə uzunmüddətli təsir göstərəcək.

Ağalı qadınlarının bu təşəbbüsü gələcəkdə azad edilmiş digər rayonlarda da analoji qadın kooperativlərinin formalaşdırılması üçün yol xəritəsi olacaq. Burada sınaqdan çıxarılan uğurlu təcrübə və metodologiya növbəti regional təşəbbüslərin əsas bazasını təşkil edəcək.

Azərbaycan Kənd Qadınları Assosiasiyası bundan sonra da kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, qadın sahibkarlığı ekosisteminin inkişafı, kooperativ hərəkatının gücləndirilməsi və regionlarda dayanıqlı məşğulluğun artırılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

Metroda bir qapı daha açıldı: M1-də sərnişinlər daha az gözləyəcək

15:52
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!