30 İyul 2026 08:00
972
SİYASƏT
A- A+
ZƏFƏR

ZƏFƏR


VƏ YA SON 80 İLİN ƏN MÜKƏMMƏL SİYASİ-HƏRBİ-DİPLOMATİK QƏLƏBƏSİ


"Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində".


İlham ƏLİYEV


Həyatda hər şey nisbidir.

Bunu filosoflar əsrlər öncə isbat ediblər.

Məsələn, biz həm yaşayırıq, həm ölümə doğru gedirik.

Yaxud 15 yaşlı yeniyetmə azyaşlı uşağa nisbətən xeyli güclüdür, peşəkar idmançıdan isə qat-qat zəif.

Baxır hansı tərəfdən yanaşmağa, kimi kimlə müqayisə etməyə.

Həyatda baş verən hadisələr də belədir.

Hərə baş verən olaya bir mövqedən, müxtəlif rakursdan yanaşır, fərqli qiymət verir.

Bu, əsasən insanların biliyindən, təcrübəsindən, hansı əqidəyə qulluq etməsindən asılı olur.

Amma siyasi mövqe daha çox rol oynayır.

Xoşbəxtlikdən yanaşmalar çoxlu və müxtəlif olsa da, həqiqət yeganədir!

Bütün cəhdlərə, yozumlara, haqlı-haqsız dəyərləndirmələrə baxmayaraq, həqiqət heç zaman dəyişmir, kimsə onu dəyişdirmək iqtidarında deyil!

Və gec-tez üzə çıxır, hamı onu qəbul etmək zorunda qalır...

* İstəsə də, istəməsə də...

* Ucadan etiraf etsə də, etməsə də...

* Ona sərf etsə də, etməsə də...

Azərbaycanın Dağlıq Qarabağın əsl sahibi olması faktı kimi!

***

Qarabağ kimindir?

Ritorik sualdır.

Sən demə, ən sadə və adi həqiqəti belə mübahisə obyektinə çevirmək olurmuş.

Həm də təkcə mübahisə yox, məkrli üsullarla şişirdərək münaqişəyə, daha sonra müharibəyədək çatdırmaq, ən nəhayət, işğalla yekunlaşdırmaq mümkün imiş.

Qarabağ münaqişəsi, müharibəsi və Qarabağın işğalı kimi!

Bunun üçün gücdən istifadə etmək, məkrli oyunlar oynamaq, qan tökmək, ikili standartlar tətbiq etmək gərəkmiş.

"Qarabağ oyunu"na I Pyotrun dövründən başlanılıb.

Həm də bir neçə məqsədə hesablanmış riyakar və uzaqgörən plan qurmaqla, bu niyyətə əsrlər və nəsillər, ictimai-iqtisadi formasiyalar dəyişsə də, daim sadiq qalmaqla.

Hələ 300 il əvvəl - 10 noyabr 1724-cü ildə I Pyotr ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürvan ərazilərində yerləşdirilməsi barədə fərman vermişdi.

II Yekaterina isə Albaniya erməni dövləti yaratmaq istəyirdi.

Çar Rusiyasının bu niyyəti XIX əsrdə də davam etdi.

"Kürəkçay" (1805-ci il), "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqavilələri ilə bu niyyət "qanuniləşdirildi". 

I Dünya müharibəsi illərində 250 mindən çox erməni regiona gətirildi.

Sonra növbə sovet hakimiyyətinə çatdı.

Sov.İKP(b)MK Siyasi Bürosunun 7 iyul 1923-cü il tarixli qərarı ilə heç bir zərurət olmadan Azərbaycanın tərkibində DQMV adlı süni bir qurum yaradıldı...

Beləliklə, ölkəmizin içinə "separatizm toxumu" basdırıldı.

Sovet hakimiyyəti bundan da uzağa getdi.

SSRİ Nazirlər Sovetinin 1947-ci və 1948-ci illərdə verdiyi iki qərarla 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı dədə-baba torpaqlarından kütləvi şəkildə və zorakılıqla Azərbaycana sürgün edildi.

Boşaldılan torpaqlara xarici ölkələrdən gətirilən ermənilər yerləşdirildi.

Rusiya qaraçı kimi dünyanın hər tərəfinə səpələnən ermənilərə canı yandığından torpaq taparaq dövlət yaratmırdı.

Uzun illər boyu Türkiyədə yaşayaraq onun nemətlərindən gen-bol bəhrələnən ermənilərin müharibə başlayan kimi xəyanət əməllərinə qurşanaraq üsyana başlamaları, türklərə arxadan zərbə vurmaları onların xəyanətkar millət olmalarından xəbər verirdi.

Rusiya Azərbaycan torpaqları hesabına Türkiyə əleyhinə forpost dövləti öz məqsədləri üçün yaradırdı.

Bilirdi ki, heç zaman Azərbaycanda Türkiyəyə qarşı olan hərbi baza qura bilməyəcək, buna Azərbaycan xalqı heç zaman yol verməz!

Ermənilər isə başqa məsələdir, hər zaman satqınlığa hazırdırlar.

Digər iki məqsəd isə Ermənistan vasitəsilə daim Azərbaycanı təzyiq altında saxlayaraq onun təbii sərvətlərini mənimsəmək və türk dövlətlərinin quru yolla əlaqələrini kəsərək onları bir-birindən ayrı salmaq idi.

Hələ də bu məkrindən əl çəkməyib!

***

SSRİ-nin çöküşü zamanı Rusiya nə Azərbaycana təsir imkanlarını itirmək, nə də Cənubi Qafqazdan çıxmaq fikrində idi.

Odur ki, "Qarabağ problemi"ni yenidən gündəmə gətirərək münaqişəni alovlandırdı, Ermənistanı silahlandıraraq DQMV-dəki separatçılar ocağını körüklədi, 366-cı motoatıcı polkunun  iştirakı ilə Azərbaycanda qırğınlar törədərək, ərazilərimizin 20 faizinin işğalına nail oldu.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya daim Azərbaycana "mən istəməsəm, torpaqlarınız işğaldan azad edilə bilməz" mesajını verirdi.

Təəssüf ki, bu mövqedə olan təkcə Rusiya deyildi.

ATƏT-in Minsk qrupunun digər iki həmsədri - ABŞ və Fransa da daim ermənipərəst mövqe tuturdular.

Hələ bu harasıdır, dünya erməniliyinin pul kisəsindən asılı olan dövlətlər, onların parlamentləri, habelə ikili standartlarla işləyən beynəlxalq qurum və təşkilatlar da daim erməniləri müdafiə etməklə beynəlxalq hüququ və ədaləti ayaqları altında tapdalayırdılar.

MƏSƏLƏN:

* ABŞ Konqresi işğalçı Ermənistana yox, Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi.

* Fransa parlamenti dəfələrlə Azərbaycan əleyhinə qərəzli qətnamələr çıxardı, Fransa dövləti isə Ermənistana sistemli şəkildə maliyyə, hərbi və digər yardımlar göstərirdi və göstərir.

* Avropa İttifaqı Parlamenti və AŞPA-nın Azərbaycana qarşı qərəzinin və düşmənçiliyinin, qəbul etdikləri saxta, ədalətsiz qərar və bəyanatlarının isə sayı-hesabı yoxdur.

Bütün xristian dünyası birləşərək Azərbaycana qarşı hər növ təsir, təzyiq göstərdilər, onu ərazi güzəştlərinə məcbur etmək istədilər.

Lakin Ulu Öndər Heydər Əliyev və İlham Əliyev heç bir təhdidə və hədəyə boyun əyməyərək Azərbaycanın ziyanına olan bir sənədə belə imza atmadılar!

Bir qarış torpaqdan belə keçməyəcəklərini açıq şəkildə dəfələrlə bəyan etdilər!

***

* Dünyada heç bir dövlət bizim qədər səbir nümayiş etdirərək əsl məqamın yetişməsini gözləməyib!

* Dünyada heç bir dövlət yalançı sülh danışıqlarına bizim qədər dözümlülük göstərməyib!

* Dünyada heç bir dövlət hərbi əməliyyatlara bizimtək məxfi hazırlıq görə bilməyib!

* Dünyada heç bir dövlət bizim kimi sürətli və səmərəli müharibə apara bilməyib!

* Dünyada heç bir dövlət Azərbaycan kimi müharibədə tam, qəti və mütləq qələbə qazanmaqla düşməni qarşısında diz çökdürməyib!

* Dünyada heç bir dövlət qalib qəldiyi halda birinci sülh təklifi ilə çıxış etməyib!

* Dünyada heç bir dövlət düşmənə bizim qədər alicənablıq göstərməyib!

Budur xalqımızın mənəvi qüdrəti, ordumuzun gücü, dövlətimizin möhtəşəmliyi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı nitqindən üç məqama diqqət çəkmək istəyirik:

* "Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi".

* "Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi".

* "Mən bunu müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərimdə demişəm, xarici mətbu orqanlara verdiyim müsahibələrdə demişəm. Demişəm ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır, etiraf etməlidir və çıxmalıdır. Əks təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin".

Yalançı sülh danışıqları puça çıxarılandan sonra növbə "dəmir yumruğ"a çatdı.

Lakin müharibə dövründə də Azərbaycana təsir, təzyiq və təhdidlər dayanmadı.

Əslində, müharibə üç cəbhədə - hərbi, diplomatiya və informasiya sahəsində gedirdi.

Birinci cəbhədə - hərb meydanında Azərbaycan Ordusu, diplomatiya və informasiya cəbhəsində isə Müzəffər Ali Baş Komandan İlham Əliyev təkbaşına çarpışırdı!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə Qarabağa qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə qürurla səsləndirdiyi ifadəni bir daha xatırladırıq:

"Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində". 

II Qarabağ müharibəsi dövründə cəbhədə baş verənlər barədə hamımız hər gün xəbər tuturduq.

Azərbaycan Ordusunun hər bir uğurlu əməliyyatı, işğaldan azad edilən hər bir strateji mövqe, hər bir yaşayış məntəqəsi barədə Müzəffər Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciətlərində dəqiq məlumatlar verirdi.

Digər tərəfdən...

Vətən müharibəsi əvvəlki müharibələrdən bir sıra cəhətləri ilə fərqlənirdi.

Əvvəla, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəyə hazırlanan bu ordu yeni texnologiyaya əsaslanan silah-sursatla təchiz edilmişdi.

İkincisi, bu müharibədə yeni taktika və strategiya tətbiq olunurdu.

Üçüncüsü, xüsusi təlim görmüş, yerli şəraitə yaxından bələd olan, yeni silahlardan məharətlə istifadə edən zabit və xüsusi təyinatlılarımız qəhrəmanlıqla döyüşürdülər.

Ən nəhayət, evimizdə oturaraq xüsusi çəkilişlər sayəsində dəqiq vuran yeni silahlarla düşmənin atəş nöqtələrinin, canlı qüvvələrinin, zirehli texnikasının, müdafiə mövqelərinin necə darmadağın edildiyini gözlərimizlə görürdük.

Diplomatiya müstəvisində gedən danışıqlar, Azərbaycan Prezidentinə edilən telefon zəngləri, xahiş-minnət, təsir, bəzən təzyiq, hətta təhdid cəhdləri barədə isə onun həmin dövrdə və sonralar verdiyi açıqlamalardan xəbər tutduq.

İnformasiya cəbhəsindəki döyüşləri də mavi ekranda görürdük.

Onu da qeyd edək ki, 44 günlük Zəfər müharibəsi dövründə cənab İlham Əliyev 30-dan çox tanınmış telekanala, informasiya agentliyinə, qəzet müxbirinə müsahibələr vermişdir.

Ən maraqlısı bu idi ki, müsahibə üçün Azərbaycana gələnlərin əksəriyyəti heç də xeyirxah, obyektiv mövqedə deyildilər.

Onlar feyk xəbərləri həqiqət kimi qələmə verməyə çalışır, Azərbaycanda türk əsgərlərinin, xaricdən gətirilmiş "muzdluların" döyüşdüyü və s. kimi yalan informasiyaların təsdiqlənməsinə can atır, bəzən özlərini jurnalistdən çox "prokuror" kimi aparırdılar.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün bu feykləri, qərəzli yalan məlumatları konkret faktlarla, ironik təbəssümlə təkzib edir, tutarlı fakt və arqumentləri ilə qara niyyətliləri yerlərində oturdurdu!

Deyilənlərə misal olaraq cənab İlham Əliyevlə "BBS News"un müxbirinin telemüsahibəsindən bir parçanı yenidən diqqətinizə təqdim edirik.

Qadın jurnalistin guya Azərbaycanda azad söz, azad media olmadığı, hətta bəzən iqtidarı tənqid edənlərin həbsxanaya salındığı barədə iddialarını cənab İlham Əliyev konkret faktlar əsasında rədd etdi.

Bu zaman dünyanın əksər telekanallarında nümayiş etdirilən maraqlı bir mübahisə - dialoq yarandı.

"Bunların heç biri həqiqət deyil?

- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim "Facebook"da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?

- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.

- Xeyr, gəlin müzakirə edək. Gəlin müzakirə edək.

- Yox, Prezident Əliyev. 

- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə gəlin Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi hardadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

- Münaqişəyə qayıdaraq...

- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız".

Onu da qeyd edək ki, sosial şəbəkədə yerləşdirilən bu parça qısa müddət ərzində 5 milyondan çox baxış yığmışdır.

***

Başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan Ordusu, Azərbaycan xalqı əvvəldən axıradək Ermənistana və onun havadarlarına qarşı cəsarətlə, mərdliklə, qəhrəmanlıqla döyüşdü, 44 gün ərzində heç kəsə nəsib olmayan Zəfərə sahib çıxdı! 

Hərbi əməliyyatlar bir neçə dəfə, fasilələrlə davam etdi.

Azərbaycan işğal olunmuş ərazisinin 40 faizini müharibə yolu ilə, 30 faizini (Ağdam, Laçın və Kəlbəcər rayonlarını) diplomatiya vasitəsilə, 30 faizini isə antiterror tədbirləri yolu ilə azad etdi.

Ən maraqlı məqamlardan biri bu oldu ki, Qarabağı azad edən döyüşçülərin əksəriyyəti oranı görməyən gənclər idilər.

Cənab İlham Əliyev bu məqama xüsusi diqqət çəkmişdi:

"Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görməmişdi. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altında idi. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi, bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı, bizim Qələbəmizə öz töhfəsini versin".

Azərbaycan işğalla barışmasa da, 30 il dözdü, gözlədi.

Amma heç zaman düşmənə torpaq güzəştə gedəcəyini ağlına belə gətirmədi!

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 gündə son 80 ildə kimsəyə nəsib olmayan Zəfər qazandı!

Hər bir qələbədən daha uca olan Zəfər!

Zəfər, əslində, təmiz, şəriksiz, mübahisəsiz, tam, qəti və mütləq qələbə deməkdir!

Bizi şərəfli Zəfərə qovuşduran İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda xalqımıza müraciətindən bir parçanı bir daha xatırladırıq:

"Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan".



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Bürkut təbii yaşayış arealına qaytarılıb

15:42
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!