19 Avqust 2026 08:50
840
CƏMİYYƏT
A- A+
Yeni SES, yeni qəsəbə

Yeni SES, yeni qəsəbə


51 il öncə Ulu Öndərin təşəbbüsü ilə Şəmkir SES-in təməli qoyulmuşdur


"Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su-Elektrik Stansiyasının təməlini qoydum və bunu qurub-yaratdım. İndi o, Azərbaycan xalqına xidmət edir..."

Heydər ƏLİYEV


Ölkəmizin qərb bölgəsində, o cümlədən Şəmkirin sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik obyektlərdən biri də Ümummilli Liderin əvəzsiz yadigarlarından olan Şəmkir və Yenikənd SES-lərdir. Hər iki nur mənbəyinin  təməli Heydər Əliyevin təşəbbüsü ilə qoyulub.

Böyük Qafqaz sıra dağlarının ətəklərində, Boz dağın qoynunda, Dəli Kürün üstündə qərar tutan bu qoşa nur seli dünyaşöhrətli siyasətçi, tanınmış dövlət xadimi Heydər Əliyevin təşəbbüsü sayəsində həyata vəsiqə almışdır. Ulu Öndər respublikanın təbii ehtiyatlarının potensialından uzaqgörənliklə istifadə etməklə elektrik enerjisi istehsalını önə çəkmiş, Azərbaycanın elektrikləşdirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Kür çayı üzərində tikilən silsilə su-elektrik stansiyaları layihəsinin təşəbbüskarı və hamisi olan respublika rəhbəri 51 il əvvəl - 1975-ci il avqustun 19-da yayın qızmar günlərində Şəmkirə gələrək Kür çayının qarşısında möhtəşəm bəndin təməlini qoymuşdur. 

Aylar bir-birini əvəz etdikcə bənd ucaldı, işlər artdıqca işçilər də çoxaldı. Bənddə görülən işlərin gedişi və problemlərlə yerindəcə tanış olmaq üçün növbəti dəfə Şəmkirə gələn Ulu Öndərin təşəbbüsü ilə burada çalışan fəhlə və mütəxəssislər üçün Aşağı Bitdili kəndindən yuxarıda energetiklər üçün yaşayış massivinin əsası qoyuldu. 

Müasir texnika, zəhmətsevər əllər, insan nəfəsi bu yerlərin simasını tədricən dəyişdi. O zaman çoxlarına xəyal kimi görünən Şəmkir SES-in tikintisi SSRİ-nin respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başladı. Nəhayət, 1982-ci il dekabr ayının 22-də SES-in ilk bloku işə salındı. Bir müddət sonra ikinci blok da işə düşdü. Beləliklə, respublikanın enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşuldu. 

Bununla da Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti respublikamızın qərb bölgəsinə, xüsusilə Şəmkir və Samux rayonlarının təsərrüfatlarına məhsul bolluğu, evlərə ruzi-bərəkət gətirdi. Mingəçevirdən üzü Qazaxa kimi yüzlərlə insan burada özünə iş yeri, yeni peşə tapdı, sənət öyrəndi, işlədi, ali təhsil aldı, ailə qurdu. Uzaq və yaxın şəhərlərdə işləyən neçə-neçə şəmkirli öz dədə-baba kəndinə qayıtdı, əl-qolunu çırmayıb SES-də işə düzəldi. Qəsəbə gündən-günə böyüdü, abadlaşdı, əhalinin sayı artdı. Dünyamızın narahat vaxtlarında - 1989-1990-cı illər Fərqanə hadisələri zamanı Özbəkistandan qaçqın düşənlər də Kür qəsəbəsində məskunlaşdılar.

Özülü qoyulan gündən Şəmkir SES bu yerlərə yeni həyat, iqtisadi rifah gətirdi. SES-də işin səmərəliyini artırmaq üçün yeni yarımstansiyalar quruldu, maşınlı su kanalı işə salındı. İllərlə əkin-biçinə həsrət qalan torpaq sahələrinə suvarma suyu verildi, yeni təsərrüfat sahələri, müəssisələr, sex və sahələr yaradıldı.

Kür çayının üstündə ucalan Şəmkir SES-də ötən illər ərzində təxminən milyardlarla kilovatsaat indi "yaşıl" dediyimiz elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürüldü, bu da milyonlara bərabər əmtəə məhsulu deməkdir. Ümummilli Lider Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su-elektrik Stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı bu gün burada çalışan hər bir energetikin qürur mənbəyidir.

Şəmkir SES silsiləsinin davamı olan Yenikənd SES-in təməli isə 1984-cü ildə qoyulub. Həmin zaman Heydər Əliyev artıq Moskvada SSRİ rəhbərliyində çalışırdı. O dövr Azərbaycanda yaranan ictimai-siyasi hadisələrin gərginliyindən tikinti işləri çox zəif gedirdi, bəzən fasilələrə yol verilirdi. Sonralar bu zaman kəsiyini təəssüflə yada salan Ümummilli Lider demişdir: "...Biz o illərdə, 70-ci illərdə Kür çayı üzərində tikiləcək Yenikənd Su-elektrik Stansiyasının layihəsini hazırladıq, təsdiq etdik. Biz Şəmkir Su-Elektrik Stansiyasından sonra bu su-elektrik stansiyasının tikintisinə başlamalı idik. Ancaq təəssüflər olsun ki, bu məsələ hələ SSRİ mövcud olduğu zamanda - 80-ci illərin sonunda - SSRİ dağılandan sonra da şübhəsiz ki, bunlara heç fikir verən olmadı".

Acı da olsa, müstəqilliyimizin bərpasından sonrakı ilk illər bərbad vəziyyətə düşmüş bu mühüm obyektdə əsl həqiqət belə idi. Etiraf etməliyik ki, yalnız xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və tükənməz qayğısı sayəsində yarımçıq tikilinin üzünə gün düşdü, Yenikəndin yeni günləri başladı. Ölkə rəhbəri o ağır illərdə yenidən bu sahəyə diqqət yönəltdi. Şəxsi nüfuzu və aparılan ciddi danışıqlar sayəsində Avropa Yenidənqurma və İnkşaf Bankından lazımi maliyyə dəstəyi alındı. Həmçinin respublikanın daxili imkanları bu sahəyə cəlb olundu, stansiyada tikinti-quraşdırma işləri canlandırıldı, əvvəl ikinövbəli, sonra da üçnövbəli iş rejimi yaradıldı. Nəhayət, Ulu Öndərin şəxsi əlaqələri, diqqət və qayğısı sayəsində tikinti keyfiyyətlə başa çatdırıldı. 2000-ci il mayın 23-də hər biri 37,5 meqavat gücündə üç hidroaqreqat işə salındı.

Açılış mərasimində Heydər Əliyev dördüncü hidroaqreqat üçün nəzərdə tutulmuş yerlə maraqlandı. Bu məsələ neçə vaxt idi ki, ləngiyirdi. Dövlət başçısı hidroaqreqatın alınmasına və quraşdırılmasına tezliklə başlamaq üçün əməli yardım göstərdi. Bu operativ köməyin sayəsində gücü 37,5 meqavat olan dördüncü hidroaqreqat tez bir zamanda enerji sisteminə qoşuldu.

Bu gün Prezident İlham Əliyev ölkənin "yaşıl" energetika sisteminin inkişafına müntəzəm diqqət və qayğı göstərir. 2013-cü il iyulun 19-da Şabran rayonunun ərazisində istifadəyə verilən Taxtakörpü Su-Elektrik Stansiyası, Naxçıvanda, Ordubadda, Füzulidə və digər bölgələrdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda yaradılan su-elektrik stansiyaları buna bariz nümunələrdir.

Dövlət başçısının 14 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən, Kiçik Qafqaz sıra dağlarının qoynunda, Qaraqocalı kəndindən yuxarıda üzü Şəmkir SES və Yenikənd SES-ə baxan əzəmətli Şəmkir dəryaçasının əsası qoyuldu. Çox çəkmədi, ölkədə bu sahə üzrə həyata keçirilən ən böyük layihələrdən olan Şəmkirçay dəryaçası və ildə azı 56 milyon kilovat-saat elektrik enerjisi istehsal edən su-elektrik stansiyası istifadəyə verildi. Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr, su səthinin sahəsi 504 hektardan artıq, maksimum dərinliyi 122 metr olan bu dəryaça hesabına Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olundu. SES-də isə 6 hidroturbin quraşdırıldı ki, onlardan da bu gün 49 meqavat elektrik enerjisi alınır. Dəryaçanın sağ və sol sahillərində yaradılmış kanalların qarşısında 5 meqavat gücündə hidroturbin quraşdırılıb. Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su verilir. Dövlət başçısının 15 yanvar 2026-cı il tarixli fərmanına əsasən, Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yaradılmış Qərb Sənaye Parkının içməli və suvarma su təchizatına Şəmkir dəryaçası vasitəsilə ödəniləcək. Ümumiyyətlə, Prezident İlham Əliyevin xeyir-duası ilə ərsəyə gələn dəryaçanı nəinki şəmkirlilər, bütün qərb bölgəsinin əhalisi bolluq-bərəkət təknəsi, iqtisadi dirçəliş, işıq və nur mənbəyi, bir sözlə, yeni həyat simvolu kimi dəyərləndirirlər.


Sabir ƏLİYEV,

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ 

15:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!