Prezidentin inamlı
addımları sayəsində Qarabağ uğrunda müharibədə mühüm keyfiyyət dəyişiklikləri baş verdi
Tarixdə Ermənistan
adlı dövlət olmayıb!
Onu XIX əsrdə bölgədə
iqtisadi-siyasi-hərbi marağı olan güclər, fövqəldövlətlər Azərbaycan torpaqları
hesabına yaradıblar!
Azərbaycan Prezidenti
İlham Əliyev Münxen Beynəlxalq Konfransında Paşinyana tarix dərsi keçərkən bunu
faktlarla sübuta yetirdi!
Tarixin bütün dönümlü
məqamlarında sonradan yaradılan erməni dövlətini Azərbaycan torpaqları hesabına
daim genişləndirməyə çalışıblar: bir tərəfdən azərbaycanlıları dədə-baba torpaqlarında
soyqırımlarına uğradıb deportasiya etməklə, digər tərəfdən Azərbaycandan yeni ərazilər
qoparmaqla.
Sonuncu - böyük ərazi
işğalı isə qırmızı imperiya parçalananda, SSRİ-nin iflası zamanı baş verdi.
Bir dəfəyə Dağlıq Qarabağın və ona bitişik 7 rayonun -
belə böyük ərazinin itirilməsinin də iki mühüm səbəbi oldu:
Birinci, xalq həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən ayrı
düşmüşdü, sovetlər birliyinin parçalanması dövründə Azərbaycana başçılıq edən maymaq,
qətiyyətsiz, səriştəsiz dövlət başçıları baş verən proseslərin mahiyyətini zamanında
dərk edə, ölkəni gözləyən bəlaları sovuşdura, torpaqların müdafiəsini təşkil edə
bilmədilər!
İkinci səbəb isə Azərbaycan Xalq Cəbhəsinin pozuculuq fəaliyyəti,
xalqın maraqlarını özlərinin vəzifə hərisliyinə qurban vermələri, bütövlükdə milli
maraqlara xəyanət etmələri oldu. "Bəylər” Qarabağ uğrunda döyüşlərin getdiyi bir
vaxtda Gəncədə "ikinci cəbhə” açmaqla vətəndaş müharibəsini alovlandırdılar, əsl
cəbhədən texnikanı və canlı qüvvənin bir hissəsini Bakıya, hakimiyyətin zəbt edilməsi
prosesində iştiraka cəlb etməklə torpaqların müdafiəsini pozdular.
Nə ordu yaratdılar, nə torpaqları qorudular, nə də düzgün
daxili və xarici siyasət yeridə bildilər...
İlham Əliyevin düşmənin
başına endirdiyi növbəti zərbə
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan
Ulu Öndər Heydər Əliyevin görəcəyi işlər isə hədsiz dərəcədə çox idi: ölkədə baş
alıb gedən xaos və anarxiyanın qarşısını almaq, qanunsuz silahlı dəstələri ləğv
edərək əhalidəki külli miqdarda silah-sursatı toplamaq, pozulmuş iqtisadiyyatı bərpa
edib dirçəltmək, ordu quruculuğu ilə məşğul olmaq, Azərbaycanın milli maraqlarını
təmin edən neft müqavilələri imzalamaq, dünyaya inteqrasiya etmək, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri beynəlxalq qurum və təşkilatlara,
dünyaya çatdırmaq və s.
Bütün bunları həyata keçirmək üçün atəşkəs yaradılmalı, ölkədə möhkəm və davamlı sabitlik təmin
edilməli idi.
Ulu Öndər Heydər
Əliyevin müdrikliyi və zəkası sayəsində bu vəzifələr qısa dövrdə uğurla icra olundu.
Bundan əvvəl isə ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu
ilə həllinə nail olmaq üçün fəaliyyətə başlamışdı...
Heydər Əliyev siyasi
kursunu layiqincə davam etdirən cənab İlham Əliyev tarixinin ən qüdrətli Azərbaycanını
yaratdı: onu Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevirdi, yeni texnologiyalara
əsaslanan silahlarla təmin edilmiş modern ordu qurdu, beynəlxalq qurum və təşkilatlarda
ardıcıl və səmərəli işlər aparıldı, gənc Azərbaycan öz rəhbəri hesabına nüfuz sahibinə
çevrildi.
Lakin ATƏT-in səmərəsiz
və dişsiz fəaliyyəti, Ermənistanın şıltaq və qeyri-konstruktiv mövqeyi münaqişənin
sülh yolu ilə həllinə imkan vermədi.
Sülh olmayan yerdə
isə müharibə qaçılmazdır!
Atəşkəs dövrünün ilk böyük toqquşması 2016-cı ilin aprelində
baş verdi.
Azərbaycana qarşı növbəti təxribat əməlini həyata keçirən
Ermənistana əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu düşmənə canlı qüvvə və texnika
sarıdan ciddi itkilər yaşatdı, mühüm strateji nöqtə sayılan Lələtəpə yüksəkliyini
götürməklə iki min hektardan çox əraziyə nəzarəti ələ keçirdi!
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə dörd günlük aprel müharibəsində qazanılan uğurlar
sayəsində Azərbaycan təşəbbüsü öz əlinə aldı, Cocuq Mərcanlını məskunlaşdırmaqla
ilk dəfə olaraq məcburi köçkünlər boşaldılan əraziyə qaytarıldı və beləliklə, böyük
qayıdışın əsası qoyuldu!
Düşmən qisas almaq
üçün Naxçıvan cəbhəsində fəallaşdı.
Burada da Günnüt
əməliyyatı ilə burnu ovuldu!
Belə ki, on bir min
hektardan çox ərazi geri qaytarılaraq Gorus-Laçın-Xankəndi yolu da nəzarət altına
alındı.
İlham Əliyevin baş
sərkərdəliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar Ermənistanda güclü əks-səda
və çaxnaşma yaratdı!
Müharibə nəticəsində dilənçi vəziyyətinə düşən erməni xalqı
korrupsioner və cinayətkar ölkə rəhbərliyinə bu biabırçı məğlubiyyəti bağışlamadı.
Serj Sarkisyan hakimiyyətdən qovuldu!
Bu dəfə Soros fondunun maliyyəsi və dəstəyi ilə siyasətdən
və diplomatiyadan, habelə idarəçilikdən başı çıxmayan Paşinyan familiyalı birisini
meydandan ölkə rəhbərliyinə gətirdilər!
Xalqa bol-bol vədlər verən Paşinyan tezliklə bacarmadığı
işə girişdiyini anladı. Hakimiyyətdə qalmaq üçün populist çıxışlara üstünlük verdi,
burada da ciddi səhvlər buraxdı!
"Qarabağ Ermənistandır - nöqtə” kimi sərsəm, cəfəng yalanı
deməklə, əslində xalqın gözündə xal qazanmaq istədi...
Azərbaycan Prezidenti İlham Əliyev isə beynəlxalq auditoriya
qarşısında, nüfuzlu tədbirlərdə "Qarabağ
Azərbaycandır - nida işarəsi” söyləyərək onun ağzından vurdu, dediklərini faktlarla
sübuta yetirərək erməni baş nazirini rüsvay etdi!
Paşinyan ağıla gəlmədi!
Özünü göstərmək, sələflərinin səhvini düzəltmək üçün başından
böyük qələt etdi: dövlət sərhədini pozaraq Tovuz istiqamətindən Azərbaycana qəfil
hücuma keçdi!
Hədəfi Azərbaycanın
neft-qaz ixrac boru kəmərlərini və Böyük İpək yolunun bir hissəsi sayılan BTQ dəmir
yolu xəttini nəzarətə almaq və dağıtmaq, məqsədi isə yeni ərazilər qoparıb təşəbbüsü
geri qaytarmaqla özünü erməni xalqı qarşısında doğrultmaq idi!
İlham Əliyevin başından
endirdiyi zərbələr nəticəsində niyyətlərinin heç birinə çatmadı!
Üstəlik, canlı qüvvə və texnika sarıdan ciddi itkilər verərək
acınacaqlı duruma düşdü!
Beləliklə, Qarabağ uğrunda müharibənin gedişində növbəti,
daha bir dönüş yarandı!
İlham Əliyevin düşünülmüş
siyasəti, hesablanmış addımları, dəqiqliklə endirdiyi zərbələr nəticəsində müharibənin
gedişində çox mühüm keyfiyyət dəyişiklikləri baş verdi!
Puça çıxarılan ümidlər,
aciz duruma salınan baş nazir
Azərbaycanla Ermənistanın Tovuz istiqamətindəki hərbi toqquşması
qəflətən baş verdi.
Əslində "qəflətən” sözü dırnaqda olmalıdır!
Çünki:
"Qəflətən” sözünü Ermənistana aid etmək olmaz!
Ermənistan bu təxribatı törətməyə əvvəlcədən gizli şəkildə
hazırlaşmış, yeni hücum əməliyyatı keçirilməsi üçün məqsədyönlü şəkildə Dağlıq Qarabağı
və işğal altındakı əraziləri yox, məhz dövlət sərhədini seçmişdi!
Bu niyyətində bir neçə strateji məqsədi, yaxın və uzaq
hədəfləri güdmüşdü!
Azərbaycan üçün də "qəfil” yaxalanma anlayışı yoxdur!
Əvvəla, ordu elə bir ayıq-sayıq vəziyyətə gətirilib ki, nəinki
sərhədə "gözlənilməz hücum” etmək, hətta hər hansı bir postumuza yaxınlaşmaq belə
mümkün deyil!
İkincisi, kifayət qədər ən müasir müşahidə, aşkara çıxarma və müxtəlif
təyinatlı izləmə vasitələrimiz var ki, onların "gözündən” heç nə yayına bilməz!
Üçüncü, kəşfiyyatımız da çox dəqiq və peşəkar çalışır!
Ən nəhayət, İlham Əliyevin baş sərkərdəsi olduğu ordunu artıq yanıltmaq
və aldatmaq imkan xaricindədir!
Xüsusən meydandan hakimiyyətə gələn və siyasətin, diplomatiyanın
ibtidai mərhələsində olan Paşinyana bu heç zaman nəsib ola bilməz!
Hətta onun "erməni bicliyi” də işə yarayası deyil!
Hücumdan sonrakı
hadisələrin inkişafına baxaq.
* Azərbaycan budəfəki toqquşmada da hərbi gücünü və şəksiz
üstünlüyünü göstərdi, düşmənə bir qarış belə torpaq verilmədi!
* Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün
sahələrdə mütəşəkkil və düşünülmüş qaydada hücuma keçən ordumuz düşmənə sarsıdıcı
zərbələr endirdi, şəhidlərin qisası dərhal alındı!
* İnformasiya müharibəsində düşməni qabaqladıq, əsl həqiqətləri
dünyaya birinci və olduğu kimi çatdırdıq!
* Diasporun, habelə xaricdə yaşayan və işləyən azərbaycanlıların
operativ və mütəşəkkil qaydada fəaliyyəti işğalçı Ermənistanın faşist xislətinin
ifşasında xüsusi rol oynadı!
* Hücum diplomatiyasına keçid, eyni zamanda, səfirliklərin
və diplomatik nümayəndəliklərin icazəli kütləvi aksiyalara verdikləri hüquqi dəstək
hərəkatın effektliyini qat-qat artırdı!
* Xarici ölkələrin KİV-ində verilən informasiyalar, müsahibə
və ifşaedici yazılar erməni yalanının ayaq tutub yeriməsinə imkan vermədi!
Münaqişənin və müharibənin
gedişində baş verən yeni keyfiyyət dəyişiklikləri
Ermənistanın Tovuz istiqamətindəki hücumunun qarşısının
dərhal və qətiyyətlə alınması, budəfəki dörd günlük müharibənin Azərbaycanda və
dünyada doğurduğu əks-səda münaqişənin gedişində mühüm keyfiyyət dəyişikliklərinin
baş verdiyini də göstərir.
Onlar hansılardır:
* Azərbaycan Prezidentinin rəhbərliyi ilə ordu, diaspor
və diplomatiya korpusu əlbir və əlaqəli fəaliyyət göstərdilər, xalq Ali Baş Komandanın
atdığı bütün addımları bir daha müdafiə etdi. Bəyanatla çıxış edən ölkədəki 27 müxtəlif
siyasi partiya Qarabağ məsələsində daim Prezidentin yanında olduqlarını elan etdilər.
* Ermənistanın baş naziri N.Paşinyanın istəyi baş tutmadı,
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla Azərbaycan arasında gedən
müharibəyə müdaxilə etmədi. Əksinə, quruma daxil olan 6 dövlətdən 4-ü müxtəlif açıqlama
və addımları ilə Azərbaycana dəstəklərini bildirdilər.
* Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı birmənalı şəkildə Azərbaycanın tərəfini tutdu!
* İndiyədək işğalçı ilə işğala məruz qalanı öz adı ilə
çağırmayan ATƏT-in Minsk qrupunun üzvlərindən biri - ABŞ Azərbaycan ərazilərinin
(Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə) Ermənistan tərəfindən işğal olunduğunu
və dinc əhalini ərazidən çıxarmaqla hüquqlarının pozulması barədə Konqresdə araşdırmağa
başlatdı!
n Ermənistanın hücumundan dərhal sonra qardaş Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Qardaşlarımızın işğal altındakı torpaqlarını azad
etmək səylərinə dəstək veririk” fikrini səsləndirdi, habelə Türkiyənin Xarici işlər
və Müdafiə nazirləri də Ermənistanın hərəkətini pisləyərək bir dövlət kimi daim
Azərbaycanın yanında olduqlarını, ona hər cür kömək göstərəcəklərini söylədilər.
Bunun ardınca isə
Naxçıvan və Azərbaycan ərazilərində Türkiyə və Azərbaycanın çox geniş birgə hərbi
təlimləri başladı!
Ən mühüm keyfiyyət
dəyişikliyindən biri isə budur ki, Ermənistanın Azərbaycana qarşı təxribatları və
baş verən toqquşmalar nəinki işğal ərazilərindəki təmas xətlərini aşmış, dövlət
sərhədinin güc və silah tətbiqi ilə pozulmasına səbəb olmuş, üstəlik, hər iki dövlətin
hüdudlarından kənara çıxaraq dünya ölkələrinə yayılmış, qlobal müstəviyə çıxmışdır!
Əgər 12 iyul Tovuz
müharibəsinədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq
səviyyədə çözülürdüsə, indi dünya ölkələrində yaşayan erməni və Azərbaycan diaspor
üzvləri arasındakı lokal toqquşmalar da başlanmışdır.
Əlbəyaxa vuruşa çevrilən bu toqquşmaların səbəbkarı və
ilhamvericisi Ermənistanın baş naziri N.Paşinyandır.
Belə ki, 2016-cı ilin aprel müharibəsində Azərbaycanın
qələbəsindən sonra S.Sarkisyan orduda təmizlik işləri apardı, bir sıra generalları
və müəyyən strukturlara rəhbərlik edən yüksək çinli zabitləri qovdu, barələrində
cinayət işi açdırdı.
Tovuz qələbəsindən sonra isə Paşinyan dünyadakı erməni
diasporlarına nəzarət edən və onları əlaqələndirən qurumun işindən narazılığını
bildirərək Ermənistanın diasporla iş üzrə komissarının ofisində çalışan 13 məmuru
işdən çıxardı.
Hadisələrin gedişi göstərir ki, ASALA terror təşkilatını
dirçəldən Paşinyan dünyadakı erməni diaspor təşkilatlarına dinc etiraz nümayişlərinə
çıxan azərbaycanlıları döymək, qorxutmaq və Ermənistanı işğalçı dövlət kimi ifşa
etmələrindən çəkindirmək üçün nümayişçilərə zor tətbiq etmək barədə tapşırıqlar
verib.
Dünyanın müxtəlif ölkələrində dinc kütləvi aksiyalara çıxan
azərbaycanlıların döyülməsi, maşınlarının əzilməsi, onlara qarşı müxtəlif formada
fiziki güc tətbiq edilməsi ilə baş verən kriminal xarakterli çoxsaylı hadisələr
dediklərimizi təsdiq edir.
Bir neçə hadisə isə
ilk dəfə baş verdi:
* Dövlət başçısına daim tam dəstəyini bildirən Azərbaycan
xalqı ilk dəfədir ki, ayağa qalxaraq, torpaqların müharibə yolu ilə qaytarılmasını
tələb etdi!
* İlk dəfədir ki, Azərbaycan gəncliyi möhtəşəm dəstək aksiyası
keçirərək döyüşmək istədiklərini söylədilər və Prezidentin çağırışı ilə bir həftə
ərzində əlli mindən çox gənc hərbi səfərbərlik məntəqələrinə gedərək orduya yazılmaqla
vuruşmaq istədiklərini rəsmiləşdirdilər!
* İlk dəfədir ki, dünyanın bir çox ölkələrindəki Azərbaycan
diasporu əlbir və əlaqəli şəkildə çoxsaylı icazəli aksiyalar keçirərək erməni faşizmini
və erməni terrorunu mütəşəkkil qaydada ifşa etdilər!
* İlk dəfədir ki, birgə səylə ermənilərin "məzlum”, "zavallı
millət” maskası cırıldı, onların dinc aksiya iştirakçılarına zorakılıq göstərən
qəddar, işğalçı xalq olduqları sübuta yetirildi, bir çoxu barədə müxtəlif dövlətlərdə
cinayət işləri açıldı!
* İlk dəfədir ki, Ermənistanın Azərbaycana qarşı təxribatı
heç bir dövlət, beynəlxalq qurum tərəfindən müdafiə edilmədi. Əksinə, bir sıra beynəlxalq
təşkilatlar (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı) və dövlətlər (Türkiyə, Pakistan, Ukrayna, İsrail və digərləri)
ölkəmizə bir daha dəstəklərini ifadə etdilər.
* İlk dəfədir ki, Ermənistana gizlincə silah-sursat satan
bizə "dost” ölkələrin səfirləri Azərbaycan XİN-ə dəvət edilərək onlardan "qeyri-dost
əməllərinə” görə izahat tələb edildi!
Artıq Azərbaycanın
düşmənə hücum meydanı əsaslı şəkildə genişlənib, müttəfiqlərimizin, bizə açıq dəstək
verənlərin sayı xeyli artıb. Cəbhə xətti ilə bərabər dünyanın hər yerində ermənilərlə
çarpışma gedir. Sosial şəbəkələrdə, beynəlxalq KİV-də uğurlu ifşaedici kampaniyalar
aparılır.
Azərbaycanın səbrinin və mənasız sülh danışıqlarının limitinin
tükəndiyi açıq şəkildə bəyan edilir!
Ermənistana qoyulan
ilk sanksiya
Tovuzla sərhəddə törədilən təxribata görə ilk dəfə Ermənistana
qarşı sanksiya tətbiq edildi!
Doğrudur, bunu nə ATƏT-in Minsk Qrupu, yaxud BMT etmədi.
Moskvadakı QUD-Siti meyvə-tərəvəz bazarının sahibi Qod Nisanov bir ilkə imza atdı!
Nəticə özünü dərhal göstərdi!
Satılmayan erməni əriyinin səsi Rusiyanın birinci telekanalından
gəldi.
Aparıcılar erməni təəssübkeşliklərini açıq-aşkar nümayiş
etdirdilər. Odur ki, bir qrup azərbaycanlı ziyalılarının qınağına tuş gəldilər.
Lakin məsələ bununla bitmədi. Rusiyanın Xarici İşlər naziri
S.Lavrov işə qarışdı.
Beləliklə, sanksiya götürüldü.
İki mühüm məqam isə
həmişəlik yadda qaldı:
Birinci, Ermənistana tətbiq olunan sanksiya dərhal öz effektini
verir.
ATƏT və BMT, habelə
digər beynəlxalq təşkilatlar nahaq yerə gözləmə mövqeyindədirlər. Ermənistanı sanksiyalarla
sülhə gətirmək daha sürətli və təsirlidir!
İkinci, multikultural siyasət yeridən Azərbaycan öz ərazisində
yaşayan bütün xalqlara və millətlərə eyni gözlə baxır. Onlar da özlərini əsl azərbaycanlı
kimi apararaq xalqımızın bir nömrəli probleminin həllinə töhfələrini verə bilirlər.
Milliyyətcə yəhudi, həm də azərbaycanlı olan Qod Nisanov
kimi!
Ən nəhayət, əsl azərbaycanlı
Azərbaycanın milli və dövləti maraqlarına xidmət edənlərdir!
Xəyanət və satqınlıq
yolu tutaraq "5-ci kolon”a qulluq göstərənlər yox!
Satqınlığın və xəyanətin
son həddi
Dağlıq Qarabağ məsələsi
bizim üçün milli məsələdir!
Dağlıq Qarabağ bizim
üçün şərəf, qeyrət, namus məsələsidir!
Dağlıq Qarabağ məsələsi
bizim üçün həm də məhək daşı rolunu oynayır.
Bunu bütün Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı
birmənalı şəkildə belə qəbul edib!
Xalqımız çox günahları
bağışlayar, amma Dağlıq Qarabağla bağlı xəyanətdən qətiyyən keçməz!
Soros fondundan, digər antiazərbaycançı şəbəkələrdən, hətta
erməni əsilli milyonçuların vəsaiti ilə formalaşan müxtəlif "hüquq müdafiə təşkilatlarından”
pul alaraq Azərbaycana qarşı təbliğat aparanlara, murdar söyüş kampaniyasına qoşulanlara
kimlərsə loyallıq göstərə bilərlər.
Demokratiyadır, söz azadlığıdır, insan zövqüdür - deyə
susarlar.
Kimlərinsə çörəyi vətənə xəyanətdən də çıxa bilər...
Müstəqillik dövründə
belələrini - həm satqınları, həm də onlara bəraət qazandıranları çox görmüşük və
yaxşı tanımışıq!
İstər ölkədə yaşayanlar, istərsə də xaricə gedərək müxtəlif
adlarla sığınacaq alanlar olsun - bilirik!
Yəqin ki, belələrinin sosial şəbəkədəki boşboğazlıqlarına
baxanlar da yox deyil!
Necə deyərlər, söyüş
eşitmək istəyən söyən tapar, yalan eşitmək istəyən yalançı, şərçi!
Vay o gündən ki,
Qarabağ məsələsində erməni mövqeyində olasan!
Bax, bunu heç bir
əsl azərbaycanlı bağışlamaz!
Beləsinin sifətini
görüb, səsini də eşitmək istəməzlər!
Osman Mirzəyevin qızı Sevinc indiyə qədər Azərbaycan əleyhinə
çox təbliğat aparmışdı.
Müstəqil dövlətimizə qarşı xəyanət yolunu tutaraq çox şər-böhtan
yağdırmışdı.
Bircə dəfə dilinə Azərbaycanda gedən müsbət proseslər,
uğurlar barədə xoş söz gətirməmişdi.
Neyləyək, çörəyini
vətənini satmaqla qazanır!
Bu dəfə isə millətə
də xəyanət etdi:
Tovuz müharibəsi
ilə bağlı baş verənləri şərh edərkən bütün günahları Azərbaycanın üzərinə yıxdı!
Erməniləri müdafiə
etdi, onlara haqq qazandırdı!
Hətta təqsirin Azərbaycan
tərəfində olduğunu sübuta yetirməkdən ötrü dəridən-qabıqdan çıxdı!
Beləliklə, sübut
etdi ki, təkcə keçmiş vətəninin yox, həm də atası Osman Mirzəyevin də nankor, naxələf
övladıdır!
Eyni əməlləri vətənə
və xalqa xəyanət etmiş, xüsusi murdarlıqları ilə seçilən Vidadi İsgəndərov, Orduxan
Teymurxanov, Arif Məmmədov da sərgilədilər.
Hamısı bir ağızdan,
xorla bildirdilər ki, bütün günah və məsuliyyət Azərbaycan tərəfindədir!
Daha bundan o yanası
yoxdur!
Açıq-aşkar görünürdü ki, hamısına komanda bir nöqtədən
verilib!
Pulverənləri onlara
Ermənistanı müdafiə edərək Azərbaycanı təqsirkar çıxarmağı tapşırıb!
Təkcə Tovuz cəbhəsində
yox, indiyədək düşmən gülləsindən həlak olan bütün şəhidlərimizin ruhu sizə qənim
olsun!
Ay yala hürənlər!..
İnanmıram ki, bundan
sonra özünə hörmət edən, şəhid ruhuna ehtiram göstərən hansısa azərbaycanlı belə
murdarların çıxışına qulaq asa, eybəcər sifətlərini görmək istəyə!
İlham Əliyev hökmlü
və qərarlıdır
Paşinyanın "Tovuz
əməliyyatı” Prezident İlham Əliyevin çox qısa zamanda atdığı düşünülmüş, qətiyyətli
və ardıcıl addımlar sayəsində puça çıxdı. Azərbaycanın hərbi, mənəvi, diplomatik
və beynəlxalq miqyaslı qələbəsinə çevrildi!
Paşinyanın simasında Ermənistan nəinki heç nəyə nail ola
bilmədi, əksinə, uduzdu, təkləndi, ifşa olundu, Rusiyanın yanında və dünya miqyasında
tam nüfuzdan, olmayan hörmətdən düşdü.
Ermənistanın və dünya erməniliyinin mənfur simasını və
əsl niyyətini isə bütün dünya tam çılpaqlığı ilə görüb anladı!
Tovuz müharibəsi
bir sıra vacib məqamlara da tam aydınlıq gətirdi.
Onlar hansılardır:
* Azərbaycan Prezidenti İlham Əliyev bir qarış torpağı
belə düşmənə güzəştə getməyəcəyi, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına
icazə verməyəcəyi fikrində qəti, ardıcıl və israrlıdır, üstəlik səbir kasası da
dolub: "Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır.
Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub”.
* Özünə və ordusuna güvənən Ali Baş Komandan Ermənistanı
təkbətək döyüşə çağırmaqla təkcə özünə inamı ifadə etmir, həm də düşmən dövləti
mənən məhv edir: "Ermənistan hakimiyyəti, hünəriniz varsa, Dağlıq Qarabağı tanıyın”.
* Artıq Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolu
ilə həllinə inamını itirib, müharibənin qaçılmaz olduğunu qəbul edib və buna tam
hazırdır. Həm də daim Ali Baş Komandanının arxasındadır!
* Ermənistanın KTMT-yə güvənməsi mənasızdır. Çünki bu müqaviləyə
qoşulan dövlətlərin hamısı münaqişənin mahiyyətini bilir. Odur ki, Azərbaycanla
sıx dostluq və əməkdaşlıq, hətta strateji tərəfdaşlıq əlaqələri saxlayanlar heç
zaman Ermənistana görə Azərbaycana qarşı döyüşdə iştirak etməyəcəklər!
* Bir sıra dost dövlətlər Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin ədalətlə həllində Azərbaycana açıq dəstək verəcək, haqq işini
müdafiə edəcəklər.
* Dünya separatizmi qəbul etmir, ATƏT-in Minsk qrupunun
münaqişəni tezliklə sülh yolu ilə həll edəcəyinə isə daha heç kəs inanmır!
Cənab İlham Əliyevin
sözləridir: "Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur.
Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr
endirdik”.
Bəli, reallıq dəyişib!
Qüvvələr nisbəti dəyişib!
Dağlıq Qarabağla bağlı dünyanın ictimai rəyi dəyişib!
İlham Əliyevin iradə və qətiyyəti, dediyi hər bir söz
isə dəyişməzdir: "Əgər Ermənistanın baş naziri deyirsə
ki, "Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, "biz qondarma "Dağlıq Qarabağ
respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli, o, danışıqları məhv edir.
Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal
edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur mənim
şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.
Ən nəhayət, Prezident
İlham Əliyevin qəti qərarı belədir:
"Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istinasız azad
edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən
Şuşaya qayıtmalıdır”.
Bu qərarda azərbaycanlı
adını daşıyan hər bir kəs, o cümlədən xalqımızın və dövlətimizin dostları daim İlham
Əliyevlədir!
Bəxtiyar SADIQOV