04 İyul 2022 19:39
62714
FOTOXRONIKA
A- A+
İki min ilin qalasından FOTOREPORTAJ

İki min ilin qalasından FOTOREPORTAJ

Bir sıra tarixçilər mənbələrə əsaslanaraq deyirlər ki, muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincəqala iki min il bundan əvvəl inşa olunub. Yazılı qaynaqlarda isə qalanın adı VI əsrdən etibarən xatırlanır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qalanın adının qeyd olunduğu ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.

Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin məhz Əlincəqalanı strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüfi deyildi. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” əsərində də qeyd edib. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanıb. Mənbələrdən də aydın olur ki, bəzi dövrlərdə Əlincəqaladakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə gedib.

Əlincəqalanın müdafiə sistemi o dərəcədə möhkəm olub ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz bura sığınıblar. Məsələn, sonuncu Atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından qorunmaq üçün o, Naxçıvanda məskunlaşmağa çalışıb. İbn əl-Əsir 12 cildlik “Mükəmməl tarix” əsərində bu haqda yazıb: “Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi”. Məlumatlardan o da aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincəqalaya çəkilib. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi ərazinin və qalanın əhəmiyyətini bir daha göstərir.

Tarixi mənbələrdə qeyd edilir ki, Əlincə XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında isə Cəlairilərin hakimiyyəti altında olub. XIV əsrin 80-90-cı illərində qala dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymura qarşı mübarizənin əsas istinadgahına çevrilib və 14 il mərdliklə müdafiə olunub.

Naxçıvan Muxtar Respublikasında bu gün milli tariximizə, mədəniyyətimizə göstərilən diqqət Əlincədən də yan keçməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılıb, Azərbaycan tarixinin yeni səhifələrinin açılmasına işıq salınıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. “Muxtariyyət ili”nin əvvəllərində – 2014-cü il fevralın 11-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanıb. Həmin sərəncamdan sonra qala bərpa edilərək Azərbaycan xalqına qaytarılıb. 2016-cı il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dördlük qrupu" BMT TŞ-də təcili islahatların aparılmasına çağırıb

10:10
24 Sentyabr

ABŞ-də Süni İntellekt Nazirliyi yaradılır

10:00
24 Sentyabr

"Formula-1": Bakıda yubiley həyəcanı

09:50
24 Sentyabr

Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılıb

09:40
24 Sentyabr

Alban və Ərdəbil irsi Azərbaycana qaytarılmalıdır: Matenadaran və Moskva arxivlərində əsir qalan tariximiz

09:30
24 Sentyabr

Naftalanda Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir

09:20
24 Sentyabr

Heç kim unudulmur

09:10
24 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:00
24 Sentyabr

Yeni dövlət proqramı yerinə yetirilir

08:50
24 Sentyabr

Milli Prioritetlərə söykənən strategiya uğurla gerçəkləşir

08:40
24 Sentyabr

Goranboyun kənd təsərrüfatı müəssisələrində monitorinq keçirilmişdir

08:30
24 Sentyabr

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub 

08:20
24 Sentyabr

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq

08:10
24 Sentyabr

6 il əvvəlki xəbərdarlıq və "dəmir yumruğ"un təntənəsi

08:00
24 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:23
24 Sentyabr

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

03:21
24 Sentyabr

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

03:21
24 Sentyabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:20
24 Sentyabr

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında

03:19
24 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:18
24 Sentyabr

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

23:49
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!