Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada «Qanın milləti yoxdur» adlı xeyriyyə aksiyası keçirilmişdir
İyunun 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə "Qanın milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirilmişdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Əliheydər Rəhimovun rəhbərlik etdiyi Kliniki transfuziologiya və hematologiya kafedrasında artıq altı ildir dalbadal keçirilən aksiyalar çərçivəsində Moskva ali məktəblərinin onlarla tələbəsi hemofiliya və talassemiya xəstəsi olan uşaqlar üçün qan vermişlər.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev AzərTAc-a bildirmişdir ki, gənc azərbaycanlılar bu tədbiri altı ildir keçirirlər. Bu il aksiyada Moskvanın ali məktəblərinin 100-dək tələbəsi iştirak etmişdir. Onların arasında müxtəlif millətlərin nümayəndələri - Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Malayziya, Özbəkistan və digər ölkələrdən tələbələr vardır.
Səhər tezdən başlayan və axşamadək davam edən aksiyada tələbələrlə yanaşı, əcnəbi tələbələrlə iş dekanlığının və beynəlxalq şöbənin əməkdaşları, ali təhsil ocağının müəllimləri, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri fəal iştirak etmişlər.
Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da talassemiya və hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi layihəsinin bir hissəsidir. Məlum olduğu kimi, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda "Talassemiyasız həyat" layihəsinin həyata keçirilməsinin başlandığını elan etmişdir. Bu proqram Azərbaycanda həmin xəstəliklərlə mübarizədə dönüş nöqtəsi olmuşdur.
Səhiyyə sahəsində bu genişmiqyaslı layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin mayında imzaladığı "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Talassemiyasız həyat" proqramı çərçivəsində 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi açılmışdır. Xəstəxananın pasiyentləri pulsuz dava-dərman və ixtisaslaşdırılmış tibbi yardım almağa, ölkə ictimaiyyəti isə çox mühüm problemin - qan donorluğu probleminin həllinə fəal qoşulmağa başlamışlar.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!