02 Dekabr 2025 13:13
274
Mədəniyyət
A- A+
Gəncədə “DəyərliSən” adlı inkluziv uşaq festivalı keçirilib  

Gəncədə “DəyərliSən” adlı inkluziv uşaq festivalı keçirilib  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixonevroloji sosial xidmət müəssisələrinin və 4 saylı Uşaq evinin sakinlərinin iştirakı ilə “DəyərliSən” adlı inklüziv uşaq festivalı keçirilib. 

MM-in deputatı Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının, şəhərin mədəni irsinin qorunması şöbəsi əməkdaşlarının,  Sosial Xidmətlər Agentliyinin, Türkiyənin Gəncədəki Baş konsulluğunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Qərb Regional Mərkəzinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri festivalda qeyd edilib ki, Sosial Xidmətlər Agentliyinin respublika üzrə 13 filialı və 21 sosial xidmət müəssisəsi var və qurumun fəaliyyəti stasionar, yarımstasionar və səyyar xidmətləri əhatə edir. Hazırda həssas əhali qruplarına aid 2272 şəxsə agentliyin müəssisələrində daimi dövlət himayəsində sosial və reabilitasiya yönümlü xidmətlər göstərilir. 

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bu kimi tədbirlərin həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib: “Regionlarda belə festivalların keçirilməsi inklüzivlik mədəniyyətinin genişlənməsinə və bu sahədə ictimai fəallığın artmasına töhfə verir. “DəyərliSən” adlı inklüziv uşaq festivalının məqsədi də xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inklüziyasını təmin etmək, ictimai həyatda fəal iştirakına şərait yaratmaq, eləcə də onların yaradıcı potensiallarını üzə çıxarmaqdan ibarətdir”. 

Sonra festival iştirakçıları sosial xidmətlər müəssisələrinin sakinlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, uşaqların ifasında müxtəlif ədəbi-bədii kompozisiyalara baxıblar.

 Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!