27 Avqust 2026 09:00
269
İQTİSADİYYAT
A- A+
Fransız üzüm sortu Cəlilabadda özünü "vətən"indəkindən daha yaxşı "hiss edir"

Fransız üzüm sortu Cəlilabadda özünü "vətən"indəkindən daha yaxşı "hiss edir"


Cəlilabadın üzümü haqqında söhbət düşəndə, yada keçən əsrin 80-ci illəri düşür. O zaman rayonda üzümçülük sürətlə inkişaf edirdi. Az müddət ərzində üzüm bağları 27 min hektara çatdırılmışdı. İstehsalın həcmi 300 min tona yaxın idi. Rayon ərazisində 9 şərab zavodu fəaliyyət göstərirdi. İstehsal olunan şərab keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdi. 

Üzümçülüyün inkişafı rayonda ümumi sosial-iqtisadi inkişafa yol açmışdı. Rayon əhalisinin həyat şəraiti ildən-ilə yaxşılaşır, tikinti-quruculuq, abadlıq işləri yeni vüsət alırdı. Neçə-neçə üzümçü sovet dövrünün ən yüksək mükafatlarına layiq görülürdü. 

Bu yerdə məşhur bir əhvalat yada düşür. 1980-ci ilin üzüm yığımı mövsümünə təqribən 1-2 ay qalmış Ermənistanın ovaxtkı rəhbəri Karen Dəmirçiyan Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevə zəng vurub üzüm istehsalı ilə əlaqədar Azərbaycanı sosializm yarışına çağırmaq istədiyini bildirir. Ulu Öndər gülümsəyərək deyir ki, siz bizimlə yox, bizim bir rayonumuz var - Cəlilabad, onunla yarışa bilərsiniz. O illər Cəlilabad Ermənistan qədər üzüm istehsal edirdi. Bu sözlərdən sonra K.Dəmirçiyanın deməyə sözü qalmır. 

Lakin sonralar M.Qorbaçovun dağıdıcı "antialkoqol" siyasəti SSRİ məkanında, o cümlədən Azərbaycanda üzümçülüyün, necə deyərlər, "belini" qırdı. Onilliklər ərzində böyük zəhmətlə salınan üzüm bağları, şərab emalı müəssisələri ya dağıdıldı, ya da fəaliyyətini dayandırdı. 

Amma zaman sübut etdi ki, xalqının, ölkəsinin haradan gəlib haraya getdiyini bilməyənlər axır bir gün tarixin zibilliyinə yuvarlanırlar.  Təəssüf ki, onların vurduqları ziyanın fəsadlarını aradan qaldırmaq üçün bəzən onilliklər də kifayət etmir. Nə vaxtsa yazmışdım: 


Bir dəli quyuya bir daş atıbdır, 

Min ağıllı onu çıxara bilmir. 

...Daşa da ad qoydu çox əziz-xələf. 

Dedi ki, qoyuram "yenidənqurma".

O daş o quyuya atılan gündən 

Başladı vurhavur, yenidənqırma. 


Müstəqilliyimizi bərpa etdikdən sonra həyata keçirilən aqrar islahatlar, daha sonra Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ölkədə, o sırada Cəlilabadda aqrar sahənin bütün sahələri kimi, üzümçülüyün də inkişafına zəmin yaratdı. Cəlilabadlı fermerlər daha keyfiyyətli və daha məhsuldar üzüm sortlarının ardınca xarici ölkələrə getdilər. Eyni zamanda həmin ölkələrin üzümçülük üzrə mütəxəssisləri Cəlilabada gəlib yerli şəraitlə tanış oldular, bu ərazilərin üzümçülük üçün çox əlverişli olduğunu qeyd etdilər. Çox çəkmədi ki, rayona "Artika" (qara kişmişi), "Belek" (ağ kişmişi), "Sentennial", "Red-Klob", "Prima", "Ora", "Viktoriya" və digər növlərdən olan üzüm tingləri gətirildi. Ən yaxşı yerli növlərlə yanaşı, adıçəkilən sortlar da əkilərək onlara xüsusi diqqət və qayğı göstərildi. Fransız mütəxəssislər həmin sortların Cəlilabad şəraitində necə effekt verdiyini bilmək üçün vaxtaşırı olaraq rayona gəlib-gedirdilər. Salınan üzüm bağı 3-cü il bara düşdü. Bunu görən fransızlar bildirdilər ki, bu sortlar onlarda ən tezi 5-ci ildə bar verir. Onlar bunu bol günəş hərarəti, münbit torpaq və nümunəvi becərmə ilə əlaqələndirdilər. 

Alınan yüksək nəticələr cəlilabadlı fermerləri, sahibkarları ruhlandırdı. Çünki yeni sortlar onlara yaxşı gəlir vəd edirdi. 

Hazırda rayonda 1430 hektar üzüm bağı var. Keçən il həmin bağlardan 18 min 870 ton məhsul yığılmışdır.  Bu il də Cəlilabadda üzüm boldur. Bu günlər 4 qohumun - Aslan Əhmədov, Minayə, İlham və Kamran Bayramovların fermer təsərrüfatında olduq. Cari il yaradılan təsərrüfatın 13 hektar üzüm bağı var. Ondan 11 hektarı barverəndir, 2 hektarı isə hələ bara düşməyib. 

Qohumlar təsərrüfata başçılıq etməyi Aslan Əhmədova həvalə ediblər. Bu da əbəs deyil. A.Əhmədov hələ sovet dövründə üzümçülük sahəsində çalışıb, ixtisasca aqronomdur. Keçmiş günləri yada salan fermer deyir ki, o zaman üzümü SSRİ-nin müxtəlif şəhərlərinə göndərirdik. Təkcə Rusiyanın 80 şəhərinə 110 min ton yüksəkkeyiyyətli üzüm yola salınırdı. Müstəqillik illərində daha keyfiyyətli üzüm, xüsusən süfrələrin dadı və bəzəyi olan üzüm sortları yetişdirməyə nail olduqlarını qeyd edən A.Əhmədov söhbət əsnasında bu ilin üzümçülük üçün əlverişsiz olduğunu da vurğuladı. Buna görə də təsərrüfatda keçən illə müqayisədə təxminən 50 faiz az məhsul yetişdirildiyini bildirdi. Məlum oldu ki, indiyədək 40 tondan artıq məhsul yığıblar. 

Cəlilabadda bu gün hara getsən, həmişə olduğu kimi, zəhmət adamlarının tarlada, bağda yorulmaq bilmədən çalışdıqlarını görürsən. Bir tərəfdə üzüm, çiyələk, qarğıdalı yığılır, bir tərəfdə payızlıq kartof əkilir, başqa tərəfdə torpağa qulluq göstərilir, ona üzvi gübrə - peyin verilir, gələn il çiyələk şitili əkiləcək sahələr hazırlanır, taxılı biçilmiş sahələr şumlanır və digər işlər həyata keçirilir. Kəndli, fermer bir an belə işsiz qalmır. 


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq  

10:57
27 Avqust

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA  

10:56
27 Avqust

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur 

10:49
27 Avqust

Qızıl və gümüşün bahalaşması davam edir 

10:47
27 Avqust

Dünya birjalarında neft ucuzlaşıb

10:44
27 Avqust

Azərbaycan nefti 91,51 dollara satılır  

10:36
27 Avqust

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı  

10:33
27 Avqust

Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

09:50
27 Avqust

Möhtəşəm sağlamlıq mərkəzi: Bakı Su İdmanı Sarayı

09:40
27 Avqust

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

09:31
27 Avqust

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsinə qərar verilib  

09:30
27 Avqust

Görkəmli maarifçi, unudulmaz müəllim

09:30
27 Avqust

Bakı Kristal Zalı - Azərbaycanın müasir memarlıq rəmzi

09:20
27 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

09:10
27 Avqust

Fransız üzüm sortu Cəlilabadda özünü "vətən"indəkindən daha yaxşı "hiss edir"

09:00
27 Avqust

Bir gün Kəlbəcər yaylağında

08:50
27 Avqust

Goranboy: taxılçılıqda məhsuldarlıq yüksəkdir - buğda üzrə 44,5, arpa üzrə 38,9 sentner

08:40
27 Avqust

Həmişə ön sıralarda döyüşürdü

08:30
27 Avqust

Gənclərimizin vətən sevgisi - ölkəmizin sərvəti 

08:20
27 Avqust

Yaralansa da, silahını yerə qoymadı

08:10
27 Avqust

Artan geosiyasi və geoiqtisadi güc

08:00
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!