27 Avqust 2026 08:30
295
CƏMİYYƏT
A- A+
Həmişə ön sıralarda döyüşürdü

Həmişə ön sıralarda döyüşürdü


İkinci Qarabağ müharibəsində yurduna, el-obasına ürəkdən bağlı olan hərbçilərimiz qorxmadan düşmən üzərinə gedərək zəfərimiz naminə şirin canlarından keçdilər. Qoynunda dünyaya göz açdıqları torpaq uğrunda tutduqları mövqelərdən bir addım da olsun geri çəkilmədilər. Cəsarətləri ilə adlarını qəhrəmanlıq tariximizə yazdılar. Ölümləri ilə ölümsüzlük qazanmağı bacardılar.

Hünəri ilə ölümsüzlük qazanan oğullarımızdan biri də Azərbaycan Ordusunun zabiti Nazim Hüseynovdur. Olduqca şərəfli bir ömür yolu keçmiş Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişlinin Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra - 1995-ci ildə ordu sıralarına çağırılmışdı. 

Əsgəri borcunu başa vuran Nazim canından da çox sevdiyi Vətənə xidmət etmək üçün həyatını orduya bağladı. Bacarığını, biliyini, çalışqanlığını və hərbi sahəyə marağını nəzərə alan komandanlıq 1997-ci ildə onu Pakistan İslam Respublikasındakı Hərbi Ali Komandirlər Məktəbinə göndərdi. Nazim bu qardaş və dost ölkədə hərbi təhsil alan ilk azərbaycanlılardan idi. Hələ kiçik yaşlarından hərbi sahəyə böyük maraq göstərən Nazim bu ali məktəbdə xüsusi təyinatlılar kursunu uğurla bitirdi. Doğma vətənə, ordumuzun sıralarına qayıtdı. Silahlı Qüvvələrin "N" hərbi hissəsində xidmətə başladı. Gənc zabit N.Hüseynov xarici ölkələrdə keçirilən hərbi təlimlərə də göndərilirdi. Bir qayda olaraq o, bu yüksəksəviyyəli təlimlərdə fəal iştirak edirdi. Xidməti ərzində zabit Nazim Hüseynov ABŞ, Yunanıstan, İsveçrə, İtaliya, Litva, Avstraliya və başqa ölkələrdə keçirilən NATO təlimlərinin iştirakçısı olmuşdu. Xidmət müddətində 18 dəfə müxtəlif ölkələrə səfərə getmişdi. İştirakçısı olduğu təlimlər zamanı kifayət qədər hərbi təcrübə toplamışdı. Nazim Hüseynov topladığı bu təcrübəni təlimlər zamanı tabeliyində olan şəxsi heyətə də aşılayırdı. Komandiri olduğu zabit və əsgərlərin döyüş hazırlığının yüksək olmasına çalışırdı.  

Torpaqlarımızın azadlığı uğrunda savaşa həmişə hazır olan təcrübəli zabit 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi. Düşmənin ön mövqelərinin darmadağın edilməsində böyük hünər və cəsarətlə vuruşmuşdu. Təcrübəli zabitin nümunəvi xidməti komandanlıq tərəfindən layiqincə qiymətləndirilmişdi. O, III dərəcəli "Qüsursuz xidmətə görə" və Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuşdu. Ömrünün 24 ilini hərbi xidmətə sərf etmiş, tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmiş zabit Nazim Hüseynov 2018-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdı. 

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda İkinci  Qarabağ müharibəsi başlayanda ehtiyatda olan zabit Nazim Hüseynov könüllü olaraq ordu sıralarına qayıtdı. Onun döyüş yolu Füzulidən başladı, Xocavənddən, Cəbrayıldan keçərək Hadrut qəsəbəsində tamamlandı. Bu ərazilərin erməni işğalçılarından azad olunması zamanı həmişə ön sıralarda vuruşdu. Zəngin döyüş təcrübəsi olan zabitin rəhbərliyi ilə keçirilən əməliyyatların birində dörd  erməni quldur əsir alındı. Nazim Hüseynov oktyabrın 5-də səhər saatlarında dəqiq atəş zərbəsi ilə düşmənin ön xəttinə baş çəkməyə gəlmiş yüksəkrütbəli zabitini məhv etdi.

Mayor Nazim Hüseynovun son döyüşü oktyabrın 8-də Füzuli-Hadrut yolunun ətrafında oldu. Düşmən onu və tabeliyində olan iki əsgəri zirehli texnikaların dəstəyi ilə mühasirəyə aldı. İşğalçılar onları əsir götürmək istəyirdilər. Amma bu  istəklərinə çatmadılar. Zabit Nazim Hüseynov bir əlində avtomat, bir əlində pulemyot əsgərləri ilə çiyin-çiyinə onları mühasirəyə salmağa çalışan yağılarla döyüşə girdi. Qüvvələr qeyri-bərabər olsa da, cəsarətli hərbçilərimiz mühasirəni yardılar. Oktyabrın 8-də başlanan həmin döyüşdə Nazim Hüseynov baş nahiyyəsindən ağır yaralandı. Həkimlərin onu xilas etmək cəhdi müsbət nəticə vermədi. Doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə İmişli rayonunda torpağa tapşırıldı. Onun Vətənə bir övladı əmanət qalıb.

Şəhid Nazim Hüseynov axırıncı dəfə doğmaları ilə danışanda böyük inamla demişdi: "Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Bu müqəddəs yoldan çəkilməyəcəyəm. Evə qələbə ilə dönəcəyəm". Vətənpərvər zabit verdiyi sözə əməl etdi. 

44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Nazim Yaqub oğlu Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq  

10:57
27 Avqust

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA  

10:56
27 Avqust

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur 

10:49
27 Avqust

Qızıl və gümüşün bahalaşması davam edir 

10:47
27 Avqust

Dünya birjalarında neft ucuzlaşıb

10:44
27 Avqust

Azərbaycan nefti 91,51 dollara satılır  

10:36
27 Avqust

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı  

10:33
27 Avqust

Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

09:50
27 Avqust

Möhtəşəm sağlamlıq mərkəzi: Bakı Su İdmanı Sarayı

09:40
27 Avqust

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

09:31
27 Avqust

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsinə qərar verilib  

09:30
27 Avqust

Görkəmli maarifçi, unudulmaz müəllim

09:30
27 Avqust

Bakı Kristal Zalı - Azərbaycanın müasir memarlıq rəmzi

09:20
27 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

09:10
27 Avqust

Fransız üzüm sortu Cəlilabadda özünü "vətən"indəkindən daha yaxşı "hiss edir"

09:00
27 Avqust

Bir gün Kəlbəcər yaylağında

08:50
27 Avqust

Goranboy: taxılçılıqda məhsuldarlıq yüksəkdir - buğda üzrə 44,5, arpa üzrə 38,9 sentner

08:40
27 Avqust

Həmişə ön sıralarda döyüşürdü

08:30
27 Avqust

Gənclərimizin vətən sevgisi - ölkəmizin sərvəti 

08:20
27 Avqust

Yaralansa da, silahını yerə qoymadı

08:10
27 Avqust

Artan geosiyasi və geoiqtisadi güc

08:00
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!