26 Avqust 2026 17:58
88
İQTİSADİYYAT
A- A+
Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır


Naxçıvanda balıqçılıq təsərrüfatları yenidən canlanır. Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu sahənin inkişafı üçün yeni mərhələ açıb. Proqram çərçivəsində 2030-cu ilədək ölkədə balıq istehsalının 7,7 min tona çatdırılması, daxili tələbatın ödənilməsi və ixrac imkanlarının genişləndirilməsi hədəflənir.

Bu canlanmanın ünvanlarından biri də Şərurun Dizə kəndində yerləşən Arpaçay Balıqçılıq Təsərrüfatıdır. 2010-cu ildə yaradılan, 2019-cu ildə bərpa olunan təsərrüfatda müəyyən fasilədən sonra yenidən genişmiqyaslı işlərə başlanılıb.

Ümumilikdə Arpaçay Balıqçılıq Təsərrüfatı 5 göl və 16 yetişdirmə hovuzundan ibarətdir. Təsərrüfatda növbəti mövsümdə forel istehsalının artırılması planlaşdırılır. Belə ki, iki göldə ümumilikdə 96 tona yaxın forel yetişdirilməsi nəzərdə tutulur. Mayalanmış balıq yumurtaları həmin hovuzlarda inkubasiya ediləcək, balıq körpələri 3–5 qram çəkiyə çatdıqdan sonra digər göllərə köçürülərək böyüdüləcək.

Təsərrüfatın sahibi Elvin Mirzəyevin sözlərinə görə, növbəti mövsümdə iki göldə ən azı 50 ton balıq istehsalı planlaşdırılır. Forellərin 300–400 qram, sazan və amurların isə 1,5–2 kiloqram çəkiyə çatdırılaraq satışa çıxarılması nəzərdə tutulur. Sazan və amurların yetişdirilməsində əsasən təbii yemlərdən istifadə edilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!