14 Oktyabr 2025 18:11
421
İQTİSADİYYAT
A- A+
Əsas kapitala 13 milyard manat investisiya yönəldilib  

Əsas kapitala 13 milyard manat investisiya yönəldilib  


Cari ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyard 048,1 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7 faiz artıb. Ümumi sərmayənin 6 milyard 647,6 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinin, 4 milyard 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinin, 2 milyard 102 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 51,6 faizi dövlət, 48,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 77,1 faizini təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 40,9 faizi sənaye, 24,5 faizi tikinti, 22,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi təhsil, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi maliyyə və sığorta, 1,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.

2025-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoruna 3 milyard 671,6 milyon manatlıq investisiya yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 9 milyard 376,5 milyon manatlıq investisiyanın 1 milyard 669,6 milyon manatı (ümumi sərmayənin 12,8 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.

2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində Dövlət Gömrük Komitəsinin yeni inzibati binası, qəlyanaltı məhsullarının istehsalı zavodu, Özbəkistan səfirliyinin yeni binası, Səməd Vurğun adına Yaradıcılıq Evi, Gəncə şəhərində Gəncə Avtoparkı, Gəncə Memorial Kompleksi, Gəncə Stadionu, Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyası, Xankəndi şəhərində “Xankəndi” Biznes Mərkəzi, Xankəndi Konqres Mərkəzi, Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu, Sumqayıt şəhərində tikinti kimyəvilərinin istehsalı zavodu, yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu, Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, tütün məmulatlarının istehsalı müəssisəsi, Sarıcalı kəndinin birinci mərhələsi, Kəngərli kəndinin birinci mərhələsi, Xıdırlı kəndinin 1-ci mərhələsi, Kəngərli kənd tam orta məktəbi, Kəngərli kənd körpələr evi-uşaq bağçası, 1 nömrəli tam orta məktəb, 1 nömrəli körpələr evi-uşaq bağçası, Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdərə rayonunda məscid, Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa yolu, Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi, Xocalı rayonunda “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi, kərpic zavodu, Xocavənd rayonunda məscid, İsmayıllı rayonunda “Talıstan” liseyi, “Coca-cola” istehsalı müəssisəsi, Kəlbəcər rayonunda “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları, Laçın rayonunda tikiş fabriki, ayaqqabı fabriki, “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyaları, İstirahət Kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, Beynəlxalq Hava Limanı, Şuşa rayonunda Daşaltı kənd məscidi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi, Yevlax rayonunda 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyası, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi, Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi, pilot aqroparkı, Olimpiya İdman Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 2 milyard 913 milyon manatı (97,4 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

2025-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 83 faizini inşa, yenidənqurma və bərpa, 7,9 faizini əsaslı təmir, 5,7 faizini cari təmir, 3,4 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,3 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!