18 Fevral 2026 22:53
448
İQTİSADİYYAT
A- A+
Dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması müzakirə olunub  

Dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması müzakirə olunub  


Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradır.

S.Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib. Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxili borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 25.987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə bərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1.392,7 milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də azalaraq 10.368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsində qərarlaşıb.

Hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Ötən il ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi təmin edilib.

Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması və Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Kollegiya iclasında Maliyyə Nazirliyinə daxil olmuş və Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti barədə məruzə dinlənilib. Bildirilib ki, Maliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti kimi hüquqi akt layihələrinin hazırlanması, ekspertizası, qəbul olunması, dəyişikliklər edilməsi və bu aktların ləğv edilməsi prosesində iştirak edir. 2025-ci il ərzində Nazirliyə dövlət orqanlarından daxil olmuş 1248 hüquqi akt layihəsinə müvafiq qaydada baxılıb, eyni zamanda, Nazirliyin təşəbbüsü və yuxarı dövlət orqanlarının tapşırıqları əsasında 150 hüquqi akt layihəsi hazırlanıb. Onlardan 43-ü qanun, 50-si Fərman, 4-ü Prezident Sərəncamı, 9-u Nazirlər Kabinetinin qərarı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarı olub ki, ötən il ərzində onlardan 45 sənəd təsdiq edilib.

Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm islahatlara start verilib ki, bu sənəd dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların əsası kimi qəbul oluna bilər. Qeyd olunub ki, bu islahatlar çərçivəsində gömrük, dövlət rüsumu, dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının səmərəli idarə edilməsi Maliyyə Nazirliyinin fəaliyyət sahələrinə aid edilib, rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə Nazirliyin fəaliyyət sahələri üzrə səmərəli icra və nəzarət mexanizminin formalaşdırılması üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılıb. Eyni zamanda, publik hüquqi şəxslər xəzinə müşayiətinə cəlb edilib, dövlət müəssisələrinin bütün bank hesablarına xəzinə müşahidə mexanizminin yaradılması, dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təşkili, həmçinin dövlət müəssisələrinin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.

Bundan başqa, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib. Həmçinin Nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.

Nazir Sahil Babayev hüquqi akt layihələrinin icra prosesinin daha da təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib. Bu çərçivədə layihələrin elektron sənəd dövriyyəsi sistemi ilə yanaşı “Normativ hüquqi aktlar” informasiya sistemi vasitəsilə icrası, gecikmə hallarının araşdırılması və icra yükünün balanslaşdırılması məqsədəuyğun hesab olunub. Eyni zamanda, kollegiyanın sədri razılaşdırma prosedurlarının sadələşdirilməsi, maliyyə-iqtisadi əsaslandırmaların təqdim olunması tələbinin qanunvericilikdə əks etdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.

Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimat nümayiş etdirilib və müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!