25 Avqust 2026 14:48
46
Təhsil
A- A+
DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə tələbə adını qazanan abituriyentləri təbrik edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu il tələbə adını qazananların sayı ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1711 nəfər artıb. Dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən illə müqayisədə 290 nəfər çoxdur. Son illərdə qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz təhsil almaq imkanı əldə edən tələbələrin sayında artım müşahidə olunur.

M.Abbaszadə bildirib ki, qəbul olunanların siyahısında yer alan hər bir adın arxasında illərlə davam edən təhsil, məsuliyyət, gərgin zəhmət, ciddi hazırlıq və çətinliklərin dəf edilməsi dayanır. Onun sözlərinə görə, əldə olunan uğur, ilk növbədə, abituriyentlərin öz səylərinin, məqsədyönlü fəaliyyətlərinin və öz qüvvələrinə inamlarının nəticəsidir. Təbrikdə abituriyentlərin uğurunda valideynlərin, yaxınların və müəllimlərin də xüsusi rolu vurğulanıb. Bildirilib ki, tələbə adının qazanılması yalnız məzunların deyil, onların uğuruna inanaraq dəstək göstərən hər kəsin ortaq sevincidir. DİM-in qəbul prosesindəki fəaliyyətinə də toxunan İdarə Heyətinin sədri qeyd edib ki, Mərkəz yalnız imtahanların təşkilatçısı kimi deyil, həm də abituriyentlərə etibarlı informasiya, məsləhət və metodik dəstək təqdim edən qurum kimi fəaliyyət göstərib. Rəsmi materiallar, elmi-metodik vəsaitlər və test topluları, elektron xidmətlər, sınaq imtahanları, məsləhət mərkəzləri və açıq görüşlər abituriyentlərin imtahanlara səmərəli hazırlaşmasına, biliklərini obyektiv qiymətləndirməsinə və ixtisas seçimi ilə bağlı düzgün qərar verməsinə xidmət edib. Təbrik mesajında Prezident İlham Əliyevin təhsilin, elmin, biliyin və insan kapitalının inkişafının ölkənin davamlı inkişafında xüsusi əhəmiyyət daşıdığına dair fikirləri də qeyd olunub. Bildirilib ki, gənclərin qazandığı bilik, peşəkarlıq, təşəbbüskarlıq və məsuliyyət gələcəkdə Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafının mühüm hərəkətverici qüvvəsinə çevriləcək.

M.Abbaszadə yeni tələbələrə universitet illərində qarşılarına yüksək məqsədlər qoymağı, çətinliklər qarşısında ruhdan düşməməyi, daim öyrənməyi və valideynlərinin, müəllimlərinin dəstəyini qiymətləndirməyi tövsiyə edib.

“Bu gün həyatınızda yeni bir səhifə açılır. Hər birinizə öz potensialınızı üzə çıxarmağı, seçdiyiniz sahədə əsl peşəkar olmağı, əldə edəcəyiniz bilik və bacarıqları daim təkmilləşdirməyi tövsiyə edirəm”, – deyə DİM-in İdarə Heyətinin sədri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

14:51
25 Avqust

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

14:50
25 Avqust

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

14:48
25 Avqust

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

14:44
25 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

14:43
25 Avqust

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

14:41
25 Avqust

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

14:37
25 Avqust

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

14:36
25 Avqust

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

14:33
25 Avqust

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

14:32
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib

14:30
25 Avqust

Lənkəran hadisələrinin ildönümü anılıb  

14:20
25 Avqust

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

13:34
25 Avqust

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

12:58
25 Avqust

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

12:41
25 Avqust

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

11:27
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!