25 Avqust 2026 14:33
80
İQTİSADİYYAT
A- A+
Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Sabitlik, uğurlu islahatlar, mükəmməl qanunvericilik bazası və bu kimi digər mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artıran faktorlar qismində çıxış edir. Ölkədə fəaliyyət göstərən sənaye zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli və dayanıqlı mühit formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya infrastrukturu ilə (elektrik enerjisi, qaz, su, yol, rabitə və digər xidmətlər) tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək imkanı əldə edirlər. Sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır. Bu və digər amillər ölkəyə davamlı investisiya axınını təmin edir. Bu, statistik göstəricilərdə öz əksini tapıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 faiz artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.

Ölkəyə investisiya axınının artması ilə yanaşı, investisiya layihələrinin daha səmərəli seçilməsi, prioritetləşdirilməsi və icrasının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu zərurət Azərbaycanın investisiya siyasətində yeni institusional mexanizmin formalaşdırılmasını şərtləndirib. Nazirlər Kabinetinin 2026-cı il 1 iyun tarixli Sərəncamı ilə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Strateji investisiya layihələrin ilkin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir, daha sonra potensial investisiya layihələrinin siyahısı baxılma üçün Komissiyaya təqdim edilir. Komissiya strateji investisiya layihələrinin “sürətli keçid” mexanizmi çərçivəsində obyektiv analitik meyarlar əsasında seçilməsini və qiymətləndirilməsini həyata keçirəcək. Bu, iri investisiya layihələrinin həyata keçirilməsi müddətinin təxminən 30–40 faiz azaldılmasına imkan verəcək.

Yeni mexanizmin mahiyyəti strateji əhəmiyyət daşıyan investisiya layihələrinin daha koordinasiyalı və vahid yanaşma əsasında həyata keçirilməsidir. Çünki iri investisiya layihələrinin reallaşdırılması bir sıra məsələləri özündə birləşdirir. Layihələrin icrası torpaq, infrastruktur, enerji təminatı, tikinti, ekologiya, gömrük, vergi, nəqliyyat və digər istiqamətlər üzrə əlaqəli qərarların operativ və əlaqələndirilmiş şəkildə qəbulunu tələb edir. Məhz buna görə Komissiyanın tərkibinə iqtisadiyyat, maliyyə, energetika, ekologiya, ədliyyə, əmək, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat, gömrük, şəhərsalma və digər istiqamətlər üzrə dövlət qurumlarının daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə geniş institusional təmsilçilik strateji layihələrə müxtəlif aspektlərdən yanaşmağa və çoxsaylı məsələlərin bir neçə qurum arasında daha sürətli koordinasiya olunmasına imkan verəcək.

Beləliklə, strateji investisiya layihələri üzrə tətbiq ediləcək sürətli keçid mexanizmi layihələrin icrasının operativliyinin artırılmasına xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

14:48
25 Avqust

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

14:44
25 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

14:43
25 Avqust

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

14:41
25 Avqust

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

14:37
25 Avqust

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

14:36
25 Avqust

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

14:33
25 Avqust

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

14:32
25 Avqust

Lənkəran hadisələrinin ildönümü anılıb  

14:20
25 Avqust

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

13:34
25 Avqust

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

12:58
25 Avqust

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

12:41
25 Avqust

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

11:30
25 Avqust

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

11:27
25 Avqust

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq  

11:23
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!