07 Dekabr 2024 17:59
513
DÜNYA
A- A+
Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb 

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb 


Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti mümkün olmayıb.

AZƏRTAC xəbər verir ki, parlamentdəki əsas müxalif qüvvə olan Demokratiya Partiyasının təşəbbüsü və qanunverici orqandakı digər 5 müxalif partiyanın dəstəyi ilə Milli Assambleyada səsverməyə çıxarılan Prezident Yun Sok Yolun impiçmenti məsələsi yetərsay olmadığı üçün baş tutmayıb. Səsvermədən əvvəl hakim Xalqın Gücü Partiyasının deputatlarının böyük hissəsi iclas zalını tərk edib. Nəticədə 300 yerlik parlamentin iclasında müxalifətdən 192, hakim partiyadan isə cəmi 3 deputat iştirak edib. Qanunvericiliyə uyğun olaraq, impiçmentin baş tutması üçün tələb olunan üçdə iki səs çoxluğu (200 səs) təmin olunmadığı üçün vəsatət rədd edilib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək, dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq, gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Bundan başqa, dövlət başçısının hərbi vəziyyət elan etməklə dövlətə xəyanət etməsinə dair iddialar səsləndirilib.

Müdafiə naziri Kim Yonq-Hyunq fövqəladə hərbi vəziyyətin yaratdığı bütün iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verib. Medianın məlumatına görə, hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə naziri təklif edib və onu inandırıb. Elə bu səbəbdən də parlamentdə müdafiə nazirinin impiçmenti məsələsi də gündəmə gətirilib. Nazir impiçmenti gözləmədən istefa verməyi üstün tutub. Parlamentin Prezident Yun Sok Yolun hərbi vəziyyət barədə qərarının əleyhinə səs verməsindən və dövlət başçısının hərbi vəziyyəti ləğv etməsindən sonra onun 11 köməkçisi, o cümlədən aparat rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə müşaviri istefa vermək niyyətlərini bildiriblər. Bundan başqa, kabinetin bütün üzvləri, o cümlədən 18 nazir istefa təkliflərini səsləndirib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dekabrın 6-da partiyanın Milli Assambleyada keçirilən təcili toplantısında dövlət başçısı Yun Sok Yolun hakimiyyətdən əl çəkməmək üçün yenidən radikal hərəkətlər edə biləcəyi ehtimalının olduğunu vurğulayaraq, onun tezliklə hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı olduğunu açıqlayıb. Amma partiyadaxili aparılan müzakirələrdən sonra hakim partiyanın prezidentin impiçmentini boykot etməsi barədə razılıq əldə olunub.

Dövlət başçısı Yun Sok Yol dekabrın 7-də, impiçment məsələsinin parlamentdə müzakirəsindən bir neçə saat əvvəl televiziya ilə müraciət edərək, hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib. O, hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib, bir daha hərbi vəziyyət elan etməyəcəynə dair vəd verib. Bütün bunlara baxmayaraq, hərbi vəziyyətin elan olunmasından paytaxt Seul da daxil olmaqla, ölkədə Prezident Yun Sok Yolun istefasını tələb edən aksiyalar keçirilir. Ekspertlər hesab edirlər ki, parlamentdə impiçmentin baş tutmamasına baxmayaraq, ictimaiyyətin dövlət başçısına istefa təzyiqləri hələ davam edəcək.

Hərbi vəziyyətin elan olunmasında əlaqəli olan 3 general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən 10 yüksək rütbəli hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Orta Dəhlizin inkişafı Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət kəsb edir

14:13
16 Noyabr

“Huawei” rəsmisi azərbaycanlı gəncləri rəqəmsal həllərin yaradılması üzrə layihələrdə iştiraka dəvət edib

14:12
16 Noyabr

Prezident İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirib

14:11
16 Noyabr

Prezident: Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur

14:10
16 Noyabr

Azərbaycan Prezidenti: Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır

14:09
16 Noyabr

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib

14:08
16 Noyabr

Sadır Japarov: Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi görünür

14:06
16 Noyabr

Ukrayna və Yunanıstan təbii qaz idxalına dair razılıq əldə edib

14:05
16 Noyabr

Qırğızıstan Prezidenti: Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında yeni imkanlar açacaq

12:14
16 Noyabr

Bakıda Qlobal Gənclər Sammiti keçirilir

12:07
16 Noyabr

Qazaxıstan Prezidenti: Bu gün Azərbaycanın bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik

12:02
16 Noyabr

Kosmas Zavazava: Azərbaycan ideyaların, texnologiyaların, nəsillərin birləşməsi baxımından mühüm körpü rolunu oynayır

11:54
16 Noyabr

Prezident Şavkat Mirziyoyev: Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq

11:52
16 Noyabr

Özbəkistan Prezidenti Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulduğunu elan edib

11:32
16 Noyabr

COP30-da qlobal çağırış - öhdəliklərdən hərəkətə keçməyin vaxtıdır

11:16
16 Noyabr

Bəzi yerlərə yağış, Murovdağ yüksəkliyinə qar yağıb

11:13
16 Noyabr

Prezident İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəlib

11:03
16 Noyabr

Trampın nümayəndəsi Sudan münaqişəsini ən böyük humanitar böhran adlandırıb

11:01
16 Noyabr

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşüb

10:43
16 Noyabr

Ekspert: Azərbaycanda müasir silahlarla təchiz olunmuş ordu yaratmaq istiqamətində mühüm addımlar atılır

10:17
16 Noyabr

Şura: Qızılın böyük hissəsi zinət əşyalarının hazırlanmasına sərf olunur

10:11
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!