05 Dekabr 2025 09:05
139
CƏMİYYƏT
A- A+
Cəmiyyətin gücünü bir araya gətirənlər

Cəmiyyətin gücünü bir araya gətirənlər


Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da könüllülük artıq cəmiyyətin inkişafında mühüm yer tutan bir dəyərə çevrilib. BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qərarla 5 dekabrın Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması könüllülərin fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür. 

Bu fəaliyyət iradə və seçimin nəticəsi olaraq həyata keçirilən, heç bir maddi marağa əsaslanmayan, ancaq cəmiyyətin rifahını yaxşılaşdırmağa yönəlmiş sosial missiya kimi qəbul edilir. Könüllülük insanlara yalnız yardım etmək fürsəti vermir, həm də onların şəxsi inkişafında mühüm rol oynayır, gənclər yeni bacarıqlar qazanır, kollektiv iş təcrübəsi əldə edir, liderlik xüsusiyyətlərini gücləndirir və fərqli mədəniyyətlərlə tanış olmaq imkanı qazanırlar.

Azərbaycan könüllülük hərəkatının tarixi uzun illər əvvəllərə dayanır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə dövlət qurumlarının və beynəlxalq təşkilatların birgə proqramı çərçivəsində ölkədə ilk genişmiqyaslı könüllülər komandası yaradıldı. Bu təşəbbüs sonrakı illərdə gənclərin sosial fəallığının artmasına, ictimai layihələrdə iştirakın genişlənməsinə zəmin hazırladı. Heydər Əliyevin formalaşdırdığı bu xətt bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə daha böyük miqyasda davam etdirilir.

Azərbaycanda gənclər siyasətinin əsas istiqamətlərindən biri onların könüllü fəaliyyətlərə cəlb edilməsidir. Buna nail olunmasında 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyəti haqqında" qanun xüsusi önəm daşıyır. Bu hüquqi baza sayəsində könüllülərin müxtəlif sahələrdə iştirakı genişləndi, dövlət qurumları ilə əməkdaşlıq daha çevik və məqsədyönlü şəkildə həyata keçirilməyə başladı. Həmin qanun ölkəmizdə könüllülük hərəkatının hüquqi çərçivəsini müəyyənləşdirərək onun fəaliyyətinin daha sistemli və dayanıqlı şəkildə formalaşmasına şərait yaratdı.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradılıb. 1 saylı "ASAN kommunal" mərkəzinin açılışında  Prezident  İlham  Əliyev könüllülərin "ASAN xidmət"dəki rolunu yüksək qiymətləndirərək deyib: "Əlbəttə  ki, biz "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir... Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi "ASAN xidmət" mərkəzlərində  işləyib və  bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar".

Hazırda "ASAN xidmət", DOST Agentliyi, Miqrasiya xidməti, KOB Agentliyi, Ədliyyə Nazirliyi və digər strukturlar yanında formalaşan könüllülər qrupları minlərlə gənci ətrafında birləşdirir. Bu təşkilatlar vasitəsilə gənclər sosial layihələrdə, humanitar təşəbbüslərdə, maarifləndirici kampaniyalarda, ictimai tədbirlərdə və dövlət xidmətləri prosesində fəal rol oynayırlar.

Müstəqillik dövründə Azərbaycan beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanındı və bu tədbirlərin əksəriyyətində könüllülərin rolu danılmaz oldu. "Eurovision-2012" mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları kimi böyükmiqyaslı layihələrin həyata keçirilməsində minlərlə gənc könüllü fəal iştirak etdi. Onların birgə və fədakar əməyinin nəticəsində ölkəmiz həm təşkilati bacarıqları, həm də qonaqpərvərliyi ilə dünyaya nümunə göstərdi. Xüsusilə, 2024-cü ildə Bakıda keçirilən COP29 kimi qlobal əhəmiyyətli tədbirdə 3000-dən çox könüllünün iştirakı Azərbaycan gəncliyinin potensialını bir daha nümayiş etdirdi.

COP29 könüllülüyü ilə bağlı proseslər öz miqyası və təşkilati yanaşması ilə əvvəlki tədbirlərdən fərqləndi. Qeydiyyatın başladığı ilk 24 saatda 9000 nəfərin müraciət etməsi ölkəmizdə könüllülük hərəkatına göstərilən böyük marağı ortaya qoydu. Ümumilikdə isə 16 mindən çox gənc bu proqramda iştirak etmək arzusunu ifadə etdi. Tədbirdə fəaliyyət göstərən könüllülər təkcə qonaqlara deyil, həm də müxtəlif şöbələrdə çalışan mütəxəssislərə dəstək verməklə beynəlxalq təşkilatçılığın önəmli hissəsinə çevrildilər. COP29-un fərqli cəhətlərindən biri bu tədbirlə yanaşı təşkil edilən COP29 akademiyası oldu. Akademiya iştirakçılarına iqlim dəyişmələri, davamlı inkişaf, idarəetmə və peşəkar fəaliyyət kimi sahələrdə yeni biliklər qazandırdı. İki aylıq proqram çərçivəsində seçilmiş 29 iştirakçı müxtəlif şöbələrdə təcrübə keçərək həm fərdi inkişaf imkanları əldə etdilər, həm də gələcək karyeraları üçün mühüm addımlar atdılar.

Azərbaycan dövlətinin könüllülüyə verdiyi böyük önəmi Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi də sübut edir. Həmin sərəncamda könüllülüyün cəmiyyətdə həmrəyliyi gücləndirdiyi, sosial məsuliyyət hissini artırdığı və gənclərin potensialının düzgün istiqamətə yönəldilməsində mühüm rol oynadığı vurğulanır. Könüllülük yalnız yardım etmə fəaliyyəti deyil, həm də gənclər üçün vətənpərvərlik məktəbidir. Dövlətimizin başçısının çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu hərəkat cəmiyyətin saflaşmasına, gənclərin təşkilatlanmasına və yeni kadr potensialının formalaşmasına xidmət edir.

Azərbaycan könüllüləri bu gün idman, ekologiya, turizm, mədəniyyət, diaspor işi, təhsil, qanunvericilik, kənd təsərrüfatı və digər sahələrdə də nümunəvi layihələr həyata keçirirlər. "ASAN Könüllüləri", "Bir Könüllü", "RİİB Könüllüləri", "Aqrar İnkişaf Könüllüləri", "Miqrasiya Könüllüləri", "Ədliyyə Könüllüləri" və gəncləri birləşdirən digər hərəkatlar artıq ölkəmizin sosial arxitekturasının vacib hissəsinə çevrilib.

Könüllülərin fəaliyyətinin güclü tərəflərindən biri onların bütün cəmiyyəti əhatə edən sahələrdə iştirak etməsidir. Qanuna əsasən, könüllülər sosial təminata ehtiyacı olan qocalara, əlilliyi olan şəxslərə, kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə dəstək göstərirlər. Eyni zamanda sağlam həyat tərzinin təbliği, epidemiyalar barədə məlumatlandırma, mədəni irsin qorunması, ətraf mühitin mühafizəsi, fövqəladə hallar zamanı yardım kimi əhəmiyyətli missiyaları da həyata keçirirlər. Bu fəaliyyətlər cəmiyyətin həm sosial həmrəyliyini gücləndirir, həm də vətəndaş məsuliyyətini artırır.

Seçkilər dövründə də könüllülər yüksək fəallıq göstərirlər. 2024-cü ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkiləri ərəfəsində respublikanın müxtəlif bölgələrində "Gəncin səsi, Gələcəyin səsi!" şüarı ilə keçirilən maarifləndirici görüşlər gənclərin seçki prosesinə hazırlığının bir hissəsi idi. Bu görüşlərdə könüllülər region gənclərinə seçki hüquqları, prosedurlar və səsvermə qaydaları barədə məlumat verərək, onların fəal və məlumatlı seçici kimi prosesə qoşulmasına şərait yaratdılar.

Azərbaycan könüllüləri yalnız sülh dövründə deyil, çətin və həlledici anlarda da cəmiyyətin önündə gediblər. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı minlərlə könüllünün dövlətin çağırışına cavab verərək müxtəlif sahələrdə dəstək göstərməsi onların vətənpərvərlik nümunəsi idi. Müharibədən sonra azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə qoşulan "Qayıdış Könüllüləri" isə hazırda Böyük qayıdış proqramının icrasının aktiv iştirakçılarıdır. Bu gənclər həm bərpa işlərinə kömək edir, həm də doğma torpaqlarına qayıdan insanların həyatına sosial dəstək göstərirlər.

Könüllülüyün cəmiyyətdə yaratdığı dəyər yalnız görülən işlərlə ölçülmür. Könüllülər həm də yeni düşüncə tərzinin, sosial məsuliyyət anlayışının, vətəndaş fəallığının daşıyıcılarıdır. Onlar cəmiyyətdə nümunə yaradır, başqalarını da sosial proseslərə qoşulmağa həvəsləndirirlər. Bu isə ölkənin ümumi inkişafı və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından əvəzolunmaz rol oynayır.

Bu gün könüllülük Azərbaycanda artıq bir mədəniyyətə çevrilib. Gənclər yalnız yerli layihələrdə deyil, beynəlxalq proqramlarda da Azərbaycanı layiqincə təmsil edirlər. Könüllülük fəaliyyəti sayəsində gənclər həm dünyagörüşlərini genişləndirir, həm də ölkəmizin adını qürurla xaricdə tanıdırlar.

Könüllülük hərəkatı Azərbaycanın sosial, iqtisadi və ictimai həyatında mühüm mövqeyə malikdir. Gənclərimizin könüllülük ruhu ölkəmizin sabahı üçün etibarlı dayaqdır. Onların gördüyü işlər bir tərəfdən, dövlətin inkişafına xidmət edir, digər tərəfdən, gənclərin özlərini təsdiqləməsi üçün geniş imkanlar açır. Azərbaycanın gələcəyi məhz bu fədakar, təşəbbüskar və enerjili gənclərin üzərində qurulur. Bu səbəbdən könüllülük hərəkatının inkişafı yalnız bu günün deyil, həm də gələcəyin prioriteti olaraq qalır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!