29 May 2026 13:19
380
SİYASƏT
A- A+
İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin ingilis və ərəb dillərində rəsmi internet səhifələrində, “Jordan Daily” xəbər saytında, həmçinin aparıcı “ƏL-Rəy” və “Əl-Düstur” dövlət qəzetlərində, eləcə də “Nabd.Com” “Əl-Bələd News” xəbər portallarında Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, səfir Şahin Abdullayevin bəyanatına istinadla yayımlanan yazılarda 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olduğu qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə demokratik idarəçilik prinsiplərinə əsaslanan dövlət təsisatları formalaşdırdığı, parlament ənənələrinin əsasını qoyduğu və beynəlxalq səviyyədə tanınmağa nail olduğu vurğulanıb.

Yazılarda, eyni zamanda, respublikanın irqindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verməklə universal seçki hüququnu tətbiq etdiyi, qadınlara səsvermə hüququ tanıyan ilk Şərq ölkələrindən biri olduğu xüsusi qeyd edilib, mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin demokratiya, milli kimlik və dövlət suverenliyi prinsiplərinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Məqalələrdə, həmçinin İordaniya-Azərbaycan münasibətlərinə toxunulub, bu əlaqələrin Prezident İlham Əliyevin və Kral II Abdullahın rəhbərliyi altında uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın iki ölkə və xalq arasında qarşılıqlı hörmət, dostluq və etimada əsaslanan möhkəm xarakter daşıdığı vurğulanıb.

İordaniya-Azərbaycan iqtisadi və ticarət əlaqələrinin dinamik inkişaf etdiyi qeyd olunub, 2024-cü ildə ikitərəfli ticarət həcminin təxminən 6,5 milyon dollara çatdığı, tərəflərin bu göstəricinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində səylərini davam etdirdiyi bildirilib. Həmçinin Azərbaycanın müstəqillik dövründə dövlətçilik ənənələrini möhkəmləndirdiyi, enerji və nəqliyyat sahələrində strateji layihələr həyata keçirdiyi və beynəlxalq mövqelərini gücləndirdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə modernləşmə siyasətinin davam etdiyi, yaşıl enerji və texnologiya layihələrinin genişləndirildiyi, infrastrukturun inkişaf etdirildiyi və Avropa bazarlarına qaz ixracının artırıldığı qeyd olunub.

Yazılarda ümumilikdə Azərbaycanın beynəlxalq əməkdaşlıqda artan rolu, qlobal tədbirlərə ev sahibliyi və regional və beynəlxalq nüfuzunun güclənməsi ölkənin inkişaf strategiyasının əsas nəticələri kimi təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub

19:41
29 May

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

16:07
29 May

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

15:56
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!