21 Sentyabr 2026 16:08
195
DÜNYA
A- A+
BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 22-də Nyu-Yorkdakı mənzil-qərargahında işə başlayır. Yüksək səviyyəli həftə 22-28 sentyabr tarixlərində keçiriləcək. Tədbirdə dünyanın 150-dən çox ölkəsindən dövlət və hökumət başçıları iştirak edəcək.

“Anadolu” Agentliyinin məlumatına görə, builki sessiya “Güvəni yenidən bərpa etmək, transformasiyanı idarə etmək: hər kəs üçün nəticə verən BMT” mövzusuna həsr olunub.

Müddəti ilin sonunda başa çatacaq Baş katib Antonio Quterreş quruma sonuncu dəfə açılış edəcək. Sessiyaya Banqladeşin Xarici İşlər Naziri Xəlilur Rəhman sədrlik edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Assambleyada 16-cı dəfə çıxış edəcək. Ənənəyə uyğun olaraq ilk çıxışı Braziliya, sonra isə ev sahibi ABŞ edəcək.

Sessiyanın əsas gündəmində humanitar böhranlar, iqlim dəyişikliyi, süni intellekt, nüvə tərksilahı və s. ilə bağlı məsələlər var.

Tədbir çərçivəsində liderlər arasında ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

14:07
21 Sentyabr

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

14:05
21 Sentyabr

Neftçala rayonunda sərbəst güləş üzrə rayon turniri keçirilib  

14:04
21 Sentyabr

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

14:02
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

14:00
21 Sentyabr

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

13:57
21 Sentyabr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!