21 Sentyabr 2026 14:02
228
İQTİSADİYYAT
A- A+
Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  


Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində mühüm nəqliyyat bağlantılarının üzərində yerləşir. Xüsusilə Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımalar Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında alternativ və strateji marşrut formalaşdırır.

Bunu AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert Canip Nuray deyib.

Ekspert Azərbaycanın əlverişli coğrafi mövqeyinin Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında ölkəmizin tranzit əhəmiyyətini artırdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat infrastrukturunu son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdirilib.

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər regional nəqliyyat layihələri ölkəmizin tranzit imkanlarının genişlənməsinə şərait yaradıb. Bu layihələr Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropa istiqamətinə daşınması üçün mühüm imkanlar yaradır. Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit potensialının daha da artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasında bu marşrutun imkanlarından istifadə qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir”, - deyə Canip Nuray qeyd edib.

Ekspertin fikrincə, nəqliyyat bağlantılarının inkişafı ilə yanaşı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də regional iqtisadi təhlükəsizliyin mühüm elementlərindən biridir. Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrində iştirakı ölkənin Avropa və Asiya arasında enerji əməkdaşlığında rolunu gücləndirir: “Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu bütün üzv dövlətlər üçün yeni iqtisadi imkanlar yaradır. Xəzər dənizi üzərindən tranzit daşımaların artırılması Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini də möhkəmləndirir”.

O əlavə edib ki, gələcəkdə tranzit marşrutlarının səmərəliliyinin artırılması, limanların və dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsi, rəqəmsal gömrük və logistika sistemlərinin tətbiqi region ölkələri arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər.

Canip Nurayın sözlərinə görə, Azərbaycan üzərindən həyata keçirilən nəqliyyat və enerji layihələri yalnız ölkələrin iqtisadi maraqlarına deyil, bütövlükdə Avrasiya məkanında dayanıqlı və təhlükəsiz bağlantıların formalaşmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

14:07
21 Sentyabr

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

14:05
21 Sentyabr

Neftçala rayonunda sərbəst güləş üzrə rayon turniri keçirilib  

14:04
21 Sentyabr

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

14:02
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

14:00
21 Sentyabr

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

13:57
21 Sentyabr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!