21 Sentyabr 2026 14:19
208
DÜNYA
A- A+
Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  


Yaponiya sürətlə inkişaf edən robototexnika sahəsində infrastruktur layihələrinə daha birini əlavə etdi. Ölkədə insanabənzər robotların texniki qulluq və təmir ehtiyaclarına yönəlmiş diqqətçəkən bir təşəbbüs həyata keçirilir.

Yaponiyada yerləşən “GMO Internet Group” texnologiya şirkəti sıradan çıxan insanabənzər robotlara yerində baxım və təmir dəstəyi göstərmək üçün xüsusi “robot təcili yardım maşını” hazırlayıb.

Yaxın vaxtlarda xidmətə verilməsi planlaşdırılan nəqliyyat vasitəsi robotların olduğu ünvanlara gedərək müdaxilə edəcək. Problem yerində həll olunmazsa, robot təmir mərkəzinə aparılacaq, ehtiyac yarandıqda isə müvəqqəti olaraq başqa bir robotla əvəz ediləcək. Təcili yardım maşınında nasazlıqları aradan qaldırmaq üçün xüsusi təlim keçmiş mühəndis fəaliyyət göstərəcək.

Mikroavtobus tipli ənənəvi təcili yardım avtomillərinə bənzəyən nəqliyyat vasitəsinin xarici tərtibatında onun təyinatını bildirən xüsusi qrafik elementlər öz əksini tapıb. Şirkətin bu xidməti insanabənzər robotların geniş tətbiq olunması ilə yarana biləcək texniki qulluq ehtiyaclarına qarşı öncədən hazırlıq kimi qiymətləndirilir.

Yaponiyanın və böyük ehtimalla, dünyanın insanabənzər robotların baxımı və təmiri üçün xüsusi ayrılmış ilk nəqliyyat vasitəsi olan bu təcili yardım maşını, ölkənin sürətlə inkişaf edən yüksək texnologiya sektorunun yarada biləcəyi problemlərə indidən həll yolu tapmaq səylərinin maraqlı bir nümunəsidir.

“McKinsey & Co” konsaltinq şirkətinin proqnozlarına görə, qlobal robototexnika bazarının 2040-cı ilə qədər təxminən 370 milyard dollara çatması gözlənilir. Çinin növbəti 15 il ərzində bu ümumi dəyərin yarısını əldə edəcəyi ehtimal olunur, Yaponiya hökuməti isə 30 faizlik bazar payı hədəfləyir. Bu da təxminən 125 milyard dollarlıq göstəriciyə bərabərdir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

14:07
21 Sentyabr

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

14:05
21 Sentyabr

Neftçala rayonunda sərbəst güləş üzrə rayon turniri keçirilib  

14:04
21 Sentyabr

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

14:02
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

14:00
21 Sentyabr

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

13:57
21 Sentyabr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!