16 Sentyabr 2026 08:00
2679
SİYASƏT
A- A+
Tarixi zəfər və Qərbin ikili standartları: qlobal ədalətsizliklərə qarşı Azərbaycan reallığı

Tarixi zəfər və Qərbin ikili standartları: qlobal ədalətsizliklərə qarşı Azərbaycan reallığı



Beynəlxalq münasibətlər sistemində ədalət, hüquq və bərabərlik prinsipləri tez-tez ikili standartların, siyasi oyunların kölgəsində qalır. 

Xüsusilə Qərb təsisatlarının dərinləşən islamofobiya və qərəzli yanaşmaları fonunda Azərbaycan öz prinsipial mövqeyi, suverenliyi və milli maraqları uğrunda mübarizəsi ilə regional və qlobal miqyasda tamamilə yeni bir reallıq yaradıb. Bu reallığın əsasında bir tərəfdən islam dünyası ilə sarsılmaz bağlılıq, digər tərəfdən isə tarixi ədalətin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rəğmən milli imkanlar hesabına bərpa edilməsi dayanır.

Azərbaycan dünyada və xüsusilə müsəlman aləmində baş verən mürəkkəb proseslər fonunda islam həmrəyliyinin gücləndirilməsini öz xarici siyasətinin mühüm prioritetlərindən birinə çevirib. Ölkəmiz bu ideyanı yalnız bəyanatlarla deyil, konkret və praktiki addımlarla dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ICESCO çərçivəsində keçirilən mühüm tədbirlər, eləcə də 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil edilən IV İslam Həmrəylik Oyunları Azərbaycanın islam aləmindəki birləşdirici və aparıcı rolunu bütün dünyaya nümayiş etdirdi. 

Bu addımlar islam mədəniyyətinin dünyada təbliğinə və müsəlman ölkələri arasında dostluq körpülərinin möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısı sentyabrın 15-də Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündəki çıxışında bu strateji xətti növbəti dəfə aydın şəkildə bəyan edib. Vurğulanıb ki, Azərbaycan hər zaman islam aləminin birliyinə, həmrəyliyinə öz töhfəsini verib və bundan sonra da verəcək: "Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, islam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək".

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti təkcə torpaqlarımızın zəbt edilməsi ilə bitməyib, həm də böyük humanitar və mədəni fəlakətlə nəticələnib. Xocalı soyqırımı kimi bəşəri cinayətlər, şəhər və kəndlərimizin yerlə yeksan edilməsi, bir milyona yaxın soydaşımızın doğma yurdundan didərgin salınması Ermənistan dövlətinin və ona havadarlıq edənlərin əsl xislətini göstərir. Xüsusilə dini və mədəni irsimizə qarşı törədilən vandalizm aktları ortadadır. İşğal dövründə Azərbaycanın 65 məscidi Ermənistan tərəfindən tamamilə dağıdılıb, təhqir olunub və məqsədyönlü şəkildə heyvan saxlanılan yerlərə çevrilib. Bu məscidlərin dağıdılması təkcə Azərbaycan xalqına deyil, bütün islam dünyasının mənəvi dəyərlərinə qarşı törədilmiş açıq hörmətsizlikdir.

Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirləri ilə beynəlxalq hüququ özü bərpa edərək qlobal miqyasda böyük bir presedent yaratdı. 

Bu gün Qarabağda nəinki infrastruktur yenidən qurulur, artıq 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır. Həm də mənəvi yaddaşımız bərpa olunur. Bərpa işlərinə ilk başlanılan obyektin Ağdam məscidi olması və artıq 12 məscidin tam bərpa edilib və ya yenidən qurulması məhz bu mənəvi dəyərin təzələnməsidir. Lakin bütün bunlarla yanaşı, çəkilən acılar heç vaxt unutdurulmamalıdır.

Prezident İlham Əliyev tarixi yaddaşın qorunmasının vacibliyini xüsusi vurğulayıb: "Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun".

30 il ərzində xarici qüvvələr və Ermənistanı dəstəkləyən müəyyən dövlətlər işğal faktını uzatmağa və onu əbədiləşdirməyə çalışdılar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı. Ləğv olunmuş ATƏT-in Minsk qrupu isə münaqişəni həll etmək deyil, dondurmaq və işğala hüquqi don geyindirmək funksiyasını yerinə yetirirdi. 

Dövlətimizin başçısı beynəlxalq tədbirdə xatırlatdı ki, Azərbaycan hələ 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv seçiləndən bəri bütün Avropa platformalarında ədalətin bərqərar olunmasını, işğalçıya qarşı adekvat siyasi qiymət verilməsini tələb etsə də, bu çağırışlar məqsədyönlü şəkildə cavabsız saxlanılırdı.

Daha böyük ədalətsizlik və riyakarlıq isə Avropa təsisatlarının sonrakı addımlarında özünü göstərdi. 30 illik işğal dövründə Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən, onun təcavüzkar siyasətinə və etnik təmizləmələrə göz yuman Avropa Şurası və Avropa Parlamenti hər zaman işğalçının yanında yer aldı. Açıq riyakarlıq isə 2023-cü ildə baş verdi. Azərbaycan öz suverenliyini bərpa edib separatçılığın kökünü kəsdikdən cəmi 4 ay sonra Avropa Şurası ölkəmizə qarşı sanksiya tətbiq etdi. Bu gün də Azərbaycan gücləndikcə Qərb mediasında yalan, iftira və böhtan dolu çirkin kampaniyalar davam etdirilir. Prezident İlham Əliyev Avropa təsisatlarının bu riyakar simasını və rüşvətxorluq bataqlığını açıq şəkildə ifşa edib: "30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq". Dövlətimizin başçısı qeyd edib ki, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir: "Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir". 

Ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyası və Avropa təsisatlarında kök salmış islamofobiya Azərbaycanın müstəqil iradəsinə və tutduğu prinsiplərə təsir göstərə bilməz. Dövlətimizin başçısı çıxışında bir daha bəyan etdi ki, Azərbaycan öz milli ləyaqətini və suverenliyini hər şeydən uca tutur və heç bir təzyiq qarşısında geri çəkilməyəcək: "Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq". 

Azərbaycan öz gücü, dəmir iradəsi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə beynəlxalq hüququ təkbaşına bərpa etdi. Nə xarici təzyiqlər, nə də Qərb təsisatlarının qərəzli kampaniyaları ölkəmizi tutduğu haqq yolundan döndərə bilmədi. Bu gün Azərbaycan regionda uzunmüddətli sülhün tərəfdarı kimi çıxış edir və Ermənistanla sülh prosesini irəliyə aparır. Lakin gələcəyə yönəlmiş sülh siyasəti keçmişin silinməsi demək deyil. Əksinə, davamlı sülh üçün keçmişdə baş verənlər cəmiyyətin yaddaşında dürüst qiymətləndirilməlidir. Azərbaycan həm öz suverenliyini tam təmin etmiş qürurlu dövlət, həm də islam dünyasının həmrəyliyinə öncüllük edən aparıcı və birləşdiri güc mərkəzi kimi yoluna davam edir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

20:43
18 Sentyabr

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

20:34
18 Sentyabr

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

20:32
18 Sentyabr

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

20:28
18 Sentyabr

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

20:27
18 Sentyabr

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

20:25
18 Sentyabr

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

20:22
18 Sentyabr

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

20:01
18 Sentyabr

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

19:54
18 Sentyabr

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib1

19:53
18 Sentyabr

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

19:44
18 Sentyabr

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

19:39
18 Sentyabr

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

19:30
18 Sentyabr

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

19:23
18 Sentyabr

PAŞA Bank səhmdarlarına 107 milyon manatdan çox dividend ödəyəcək  

17:54
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!