Biz də dəstək olaq
Televiziyalarda uşaq və yeniyetmələr, gənclər arasında müxtəlif mövzuda keçirilən müsabiqələr, xüsusilə istedad tələb edən yarışlar həmişə maraqla qarşılanır.
Belə müsabiqələrin birinə Rusiyanın “Rossiya-1” telekanalında rast gəldim. Daha doğrusu, “Qolos deti” beynəlxalq musiqi yarışında soydaşımız Azər Nəsibovun iştirakı diqqətimi cəlb etdi. Bundan sonra həmin müsabiqəni müntəzəm izləməyə başladım. Münsiflər heyətinin üzvləri də tanınmış insanlar idi. Leonid Aqutin, Dima Bilan, müğənni Pelageya Azərin çıxışını yüksək qiymətləndirdilər. Azər növbəti mərhələyə vəsiqə qazandı və müğənni Pelageya onu öz komandasına qəbul etdi. Həmin müsabiqədə təkcə Rusiya Federasiyasının vətəndaşları deyil, dünyanın bir çox ölkəsindən, o cümlədən MDB-dən uşaqlar da iştirak edirlər. Belə bir mötəbər yarışda soydaşımızın uğurlu çıxışı məni də qəlbən sevindirdi.
Onu da deyim ki, Azər Nəsibov Rusiya vətəndaşıdır. Sankt-Peterburqda yaşayır. Ölkəmizdə gözəl səsə malik uşaqlar çoxdur. Belə müsabiqələrə onların arasından yaxşıların yaxşısını seçib göndərmək məqsədəuyğun olardı. Rusiya telekanalının auditoriyası çox genişdir. Onu dünyanın müxtəlif ölkələrində minlərlə tamaşaçı izləyir. Bu, Azərbaycanı və zəngin mədəniyyətimizi tanıtmaq, təbliğ etmək üçün bir fürsətdir. Digər tərəfdən, belə proqramlar gənclərə öz arzularına çatmağa - estrada ulduzu olmağa şans yaradır.
Onu da qeyd edim ki, Pelageyanın Azəri öz komandasına qəbul etməsi heç də təsadüfi deyil. Azərin səs tembri (tenor), musiqi duyumu və səhnə mədəniyyəti yüksək olmasaydı, növbəti mərhələyə çıxmazdı. Üç turdan ibarət müsabiqənin növbəti hissəsində Azər Nəsibova dəstək lazımdır. Gəlin biz də ona dəstək olaq.
Akif ALLAHVERDİYEV,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!