03 Avqust 2025 09:00
24576
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Yaxın dostum inzibati xətaya görə məsuliyyətə cəlb olunub. Cəzasının azalması və ya yüngül cəza ilə əvəz olunması üçün hansı hallar nəzərə alına bilər?


Teymur HƏTƏMLİ,

Şirvan şəhəri


-    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınır. Yəni inzibati xətanın xarakterindən asılı olaraq məhkəmə və ya səlahiyyətli orqan inzibati xəta hadisəsini araşdırarkən qeyd olunan məqamları nəzərdən keçirməlidir. Bununla belə, İnzibati Xətalar Məcəlləsi inzibati xəta törətmiş şəxsin əməlinə qiymət verilməsi zamanı yüngülləşdirici halların hansı hallardan ibarət olmasının çərçivəsini müəyyən etmişdir. Həmin hallar məcəllənin 

32-ci maddəsində təsbit olunmuşdur və aşağıdakılardan ibarətdir: 


* inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;

* inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 

* inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi;

* inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 

* inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 

* inzibati xətanın zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

* törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi.

Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan yüngülləşdirici hallardan başqa, digər hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər.

Beləliklə, inzibati xəta törətmiş dostunuzla bağlı yuxarıda sadalanan hallar mövcuddursa, ona tənbeh tədbiri tətbiq olunarkən daha yüngül cəzanın verilməsi mümkündür.


- Zəruri müdafiə nədir və hansı hallarda tətbiq olunur? Əgər biri mənə hücum etsə və mən özümü qorumaq üçün ona qarşı tədbir görsəm, bu, qanun qarşısında necə qiymətləndirilir? Belə halda məsuliyyət daşıyırammı?


Kərim ƏLİZADƏ, 

Bakı şəhəri


-  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən zəruri müdafiə - şəxsin öz hüquq və azadlıqlarını, eləcə də digər şəxslərin hüquqlarını və qanuni mənafelərini hüquqazidd hücumdan qorumaq məqsədilə etdiyi müdafiə tədbiridir. Bu müdafiə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Hərəkətin zəruri müdafiə hesab olunması üçün hücum real və mövcud olmalıdır, lakin gələcəkdə mümkün ola biləcək təhlükəyə qarşı qabaqlayıcı tədbirlər zəruri müdafiə hesab edilmir. Qəsd hüquqa zidd olmalıdır. Məsələn, dövlət qulluqçusunun qanuni fəaliyyəti zamanı müqavimət göstərmək zəruri müdafiə sayılmır. Müdafiənin ölçüsü zəruri həddi keçməməlidir. Yəni müdafiə ilə hücum arasında balans olmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki,  qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. 

Beləliklə, əgər bir şəxs sizə qanunsuz şəkildə hücum edirsə və siz özünüzü qorumaq üçün uyğun tədbir görürsünüzsə, bu, zəruri müdafiə sayılır və zəruri müdafiə həddini aşmamışsınızsa, cinayət məsuliyyətiniz yaranmayacaqdır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:51
15 Avqust

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:49
15 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:47
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:45
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:43
15 Avqust

"Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında 

00:41
15 Avqust

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:39
15 Avqust

"Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə

00:37
15 Avqust

Quba rayonunda zəlzələ baş verib

21:24
14 Avqust

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

21:22
14 Avqust

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

21:15
14 Avqust

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

18:47
14 Avqust

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

17:45
14 Avqust

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara

17:40
14 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

17:35
14 Avqust

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

17:30
14 Avqust

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi  

17:25
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!