20 Mart 2026 09:55
2947
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


Martın 4-də işə gələndə mənə bildirildi ki, həmin tarixdən işdən azad olunmuşam. Səbəb kimi isə birillik əmək müqaviləmin müddətinin bitdiyini dedilər. Bu barədə mənə əvvəlcədən heç bir məlumat verilməmişdi. Bu hal qanunauyğundurmu? Əgər qanunsuzdursa, mən hüquqlarımı qorumaq üçün nə edə bilərəm? 


Davud HƏSƏNLİ, 

Sahil qəsəbəsi


Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən, təsvir etdiyiniz vəziyyətdə ciddi prosedur pozuntuları görünür. Belə ki, müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericilik müəyyən hallar nəzərdə tutmuşdur və bunlar işəgötürən tərəfindən mütləq olaraq yerinə yetirilməlidir.

Əmək qanunvericiliyinə əsasən, işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi adlanır. 

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki növdə olur. Müddətli əmək müqaviləsi tərəflərin (işəgötürən və işçi) hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanır  və qanunvericiliklə nəzərdə tutulmuş hallarda tətbiq edilir. Nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərə alınmalı olan hallara gəlincə, Əmək Məcəlləsinin 73-cü maddəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilə bilər. Amma əmək müqaviləsinin müddətinin bitməsinə azı 1 həftə qalmış tərəflərdən biri digər tərəfi müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir.

Əgər belə bir xəbərdarlıq edilməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılmış sayılır və ya yuxarıda qeyd edildiyi kimi, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi vəziyyətində müddətsiz hesab olunur.

Həmçinin işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə yuxarıda nəzərdə tutulmuş qaydada işçi xəbərdar edilmişdirsə, işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

Sualınızdan görünən odur ki, işəgötürən tərəfindən  əmək müqavilənizin müddətinin bitməsi barədə Sizə əvvəlcədən  yazılı xəbərdarlıq (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) edilməyib.

Bu halda işəgötürən tərəfindən müddətli əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz və bu, əmək qanunvericiliyinin tələblərinə ziddir.

Əmək hüquqlarının müdafiəsinə gəlincə, Siz bununla bağlı müvafiq inzibati orqana və ya məhkəməyə müraciət edə bilərsiniz. Tələb mövcud mübahisəyə uyğun olaraq əmək müqaviləsinin müddətinin uzadılması ilə yanaşı, əsas (əmrin ləğvi və s.) tələbdən və bu tələbdən irəli gələn digər tələb (məsələn, əməkhaqqı, maddi və mənəvi ziyan və s.) də ola bilər. Unutmaq olmaz ki, "Mediasiya haqqında" qanunun 3.2-ci maddəsinə görə, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə "Mediasiya haqqında" qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etməmişdən öncə mediasiya sessiyasında iştirak üçün ərizə ilə müvafiq mediasiya təşkilatına müraciət etməlisiniz.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!