10 Aprel 2026 08:05
487
SİYASƏT
A- A+
Sülh, humanizm və mehriban qonşuluq siyasəti

Sülh, humanizm və mehriban qonşuluq siyasəti


Regional gərginliklərin azaldılmasına hədəflənən addımlar ölkəmizin xarici siyasət kursunda başlıca yerlərdən birini tutur. O da danılmaz faktdır ki, dünyada sabitliyin ən mühüm şərti münaqişələrin dialoq yolu ilə həllidir. Bu baxımdan Amerika Birləşmiş Ştatları və qonşu İran İslam Respublikası arasında elan olunmuş atəşkəs razılaşması Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Ölkəmiz əldə olunmuş bu atəşkəsi gərginliyin azalması ilə yanaşı, regionun hərtərəfli inkişafı üçün yeni mərhələ kimi dəyərləndirir. 


Atəşkəs alqışlanıb


Aprelin 8-də Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı ölkəmizin mehriban qonşuluq siyasətinə sadiqliyinin bariz nümunəsidir. Dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb. 

ABŞ-İran arasında sülh gündəminin detalları eyni gündə xarici işlər nazirləri səviyyəsində də müzakirə olunub. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb. Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.

C.Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidini bildirib.

Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.

  Ərazilərinin işğalına son qoyulmasından sonra ölkəmizin regionda yaratdığı yeni reallıq qarşılıqlı hörmət və dinc yanaşı yaşama prinsipləri üzərində qurulub. Azərbaycanın irəli sürdüyü sülh gündəmi Cənubi Qafqazla yanaşı, geniş coğrafiyada sabitliyin bərqərar olmasına xidmət edir. Beynəlxalq münasibətlər sistemində hər zaman sülhün və ədalətin tərəfdarı kimi çıxış edən ölkəmiz yürütdüyü müstəqil və balanslaşdırılmış siyasəti ilə diqqət çəkir. Təsadüfi deyil ki, Azərbaycan Donald Trampın təsis etdiyi Sülh Şurasının təsisçi üzvlərindən biridir. Bu isə onun qlobal barışa xidmət etməsinə ən bariz nümunələrdəndir. Qonşu İranda cərəyan edən hadisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etməsi, tərəfləri daim dialoqa səsləməsi də buna nümunədir. 


Rifah və dialoqun tərəfdarı


Ümumiyyyətlə, rəsmi Bakı hər zaman gərginliyin, qarşıdurmanın deyil, dialoqun, rifahın tərəfdarı olaraq çıxış edir. Qonşuları ilə münasibətlərdə suverenliyə hörmət və daxili işlərə qarışmama prinsiplərinə sadiqlik göstərir.

Onu da vurğulayaq ki, İranla mehriban qonşuluq əlaqələrinə malik Azərbaycan ABŞ ilə səmimi dostluğa dayanan strateji tərəfdaşlıq qurub. Buna görə də adıçəkilən ölkələr arasında hərbi qarşıdurma Bakı üçün arzuolunan deyil və tərəflərin ortaq məxrəcə gəlmələri istiqamətində daim səylər nümayiş etdirilib. Hətta bu prosesdə Azərbaycanın uğurlu vasitəçiliyi də təklif olunub. 

Cari il yanvarın 31-də Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edən zaman dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Həmçinin bu il martın 1-də Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubda dost İran xalqının üzüntüsü dərindən paylaşılıb. Ölkəmizin rəhbəri vurğulayıb ki, bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq. Bu məktub ölkəmizin gərginliyin deyil, rifahın tərəfdarı olduğunun növbəti təsdiqidir.

Bu gün Azərbaycan regionda əsl "təhlükəsizlik adası"na çevrilib. İranda yaranmış mürəkkəb vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının təxliyə üçün məhz Azərbaycanı seçməsi təsadüfi deyildi. Çünki həmin əcnəbi vətəndaşlar əmin idilər ki, humanizm dəyərlərinin yüksək şəkildə təşəkkül tapdığı Azərbaycan təxliyə üçün ən təhlükəsiz ölkədir. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün lazımi şərait yaratdı. Əksər dövlətlər vətəndaşlarının rahat təxliyəsi üçün şərait yaradıldığına, ölkəmizdə onlara göstərilən həssas diqqət və qayğıya görə Azərbaycana səmimi minnətdarlıqlarını çatdırdılar.

Azərbaycanın xarici siyasət kursu həm də dərin humanizm prinsiplərinə əsaslanır. Ölkəmiz çətin günlərdə dost və qonşu xalqlara yardım etməyi, humanitar dəstək göstərməyi özünün mənəvi borcu sayır. 

Ölkəmiz İrana da çətin gündə yardım əlini uzadan ilk dövlətlərdən biri oldu. Təkcə bu ayın 4-də qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu ölkəyə növbəti humanitar yardım yola salınıb. Göndərilən yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bu addım Azərbaycanın regionda sülh, mehriban qonşuluq və humanitar həmrəylik tərəfdarı olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan bütün dövlətlərlə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Hər zaman bu prinsipə sadiqlik göstərən ölkəmiz məhz bunun sayəsində dünyada etibarlı tərəfdaş kimi tanınır. İranla da mehriban qonşuluq siyasətinin qarşılıqlı olaraq davam etdirilməsi hər iki dövlətin maraqlarına cavab verir. Bu həm də bütövlükdə regionun hərtərəfli inkişafı üçün faydalıdır.

Göründüyü kimi, Azərbaycan sabitliyin və təhlükəsizliyin qarantını qarşıdurmada deyil, sabitlik və sülhdə görür. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

00:29
11 Aprel

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında

00:26
11 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti öz gəmilərinə müxtəlif rezinlər, paranitlər, qayışlar və kipləşdirici kəndirlərin satın alınması məqsədilə açıq tender elan edir

00:25
11 Aprel

İordaniya mediası: Azərbaycanla bağlı iddialar həqiqəti əks etdirmir

23:28
10 Aprel

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər  

21:24
10 Aprel

Yaxın Şərqdə vəziyyət: İslamabad danışıqları ərəfəsində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər

20:07
10 Aprel

Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlıq genişləndiriləcək  

20:02
10 Aprel

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

20:01
10 Aprel

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini davam etdirib 

20:00
10 Aprel

Ukraynanın Vinnitsa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib  

19:58
10 Aprel

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib  

19:57
10 Aprel

Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB

19:57
10 Aprel

Qlobal bazarlardakı artım Azərbaycan kənd təsərrüfatına təsir göstərəcək

19:56
10 Aprel

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb  

19:54
10 Aprel

Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya - beynəlxalq elmi-praktik konfrans

19:50
10 Aprel

Qaradağda aşkarlanan 42 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb 

19:50
10 Aprel

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir  

19:49
10 Aprel

XTQ-nin hərbi hissəsində qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb  

19:48
10 Aprel

DİM İdarə Heyəti sədrinin müavini: TDT-yə üzv ölkələr arasında təcrübə mübadiləsinin aparılması prioritetlər sırasındadır 

19:47
10 Aprel

Aİ-nin yeni sərhəd sistemi qüvvəyə mindi 

19:46
10 Aprel

Türkiyə İrana 48 ton humanitar yardım göndərib

19:44
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!