06 Aprel 2026 16:23
155
Mədəniyyət
A- A+
Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitabın TÜRKSOY-da təqdimatı  

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitabın TÜRKSOY-da təqdimatı  


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında “Türk Dünyasında repressiyalar” adlı kitab təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşr TÜRKSOY, Ankaradakı Əhməd Cavad İnstitutu və Ankaranın Hacı Bayram Vəli Universiteti tərəfindən birgə hazırlanıb.

Kitabda 2025-ci il fevralın 27-də Türkiyə paytaxtında keçirilən 1926-cı il Birinci Türkoloji Qurultayı ilə bağlı seminar iştirakçılarının elmi məqalələri və təqdimatları yer alıb.

Tədbirdə türk dövlətlərindən diplomatlar, alimlər, ekspertlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev giriş nitqində Birinci Türkoloji Qurultayı “Türk dünyasının möhkəmlənməsi və birliyi yolunda əhəmiyyətli bir mərhələ” adlandırıb. O vurğulayıb: “Təəssüf ki, Bakıda keçirilən qurultayın bir çox iştirakçısı repressiyaya məruz qaldı, edam edildi və ya sürgünə göndərildi. Bu gün bizim vəzifəmiz tarixin dərslərini öyrənmək və Birinci Türkoloji Qurultay iştirakçılarının işini davam etdirməkdir. Türk xalqları üçün ortaq gələcək uğrunda mübarizə aparmaq və vicdanın səsinə çevrilmək vacibdir. Yalnız bu şəkildə repressiyaya məruz qalan türk ziyalılarının xatirəsini yaşada bilərik”.

TÜRKSOY-un Baş katibi Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla yad edib.

Türkiyə Milliyyətçi Hərəkat Partiyası liderinin baş müşaviri və Əhməd Cavad İnstitutunun direktoru professor Ruhi Ersoy türk xalqlarının bir-birinə daha da yaxınlaşmasının vacibliyini vurğulayıb və Türk dünyasının idealları naminə canlarından keçmiş görkəmli ziyalıların irsini xatırlamağa çağırıb.

O qeyd edib: “1926-cı il Türkoloji Qurultayı iştirakçılarının xatirəsinin qorunmasına və onların işinin davam etdirilməsinə verilən bu töhfədən səmimi-qəlbdən məmnunuq.

Türkiyə milli təhsil nazirinin müavini Nazif Yılmaz Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı elmi məqalələr və çıxışlar toplusunun hazırlanmasını çox əhəmiyyətli addım adlandırıb. O vurğulayıb: “Bu nəşrlər silsiləsi davam etdirilməlidir. Türk dövlətlərinin sakinləri, xüsusən də gənclər həyatlarını Türk dünyasına həsr etmiş görkəmli şəxsiyyətlərin irsini öyrənməyə borcludurlar. Bu gün türk məktəblərində “Ümumi türk tarixi” kimi könüllü kursların tədris olunması sevindirici haldır. Birinci Türkoloji Qurultay iştirakçılarının nəcib işi unudulmayacaq”.

Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının möhkəmlənməsinə verdiyi töhfədən danışıb. Diplomat bir əsr əvvəl Qazaxıstandan olan alimlərin Bakıda keçirilən Türkoloji Qurultayın iştirakçıları arasında olduğunu xatırladıb. O deyib: “Təəssüf ki, qurultay iştirakçıları “Qırmızı terror” ilə qarşılaşıblar, lakin onların iradəsini qırmaq mümkün olmadı”. Səfir, həmçinin Türk dünyasında dərinləşən dialoqdan məmnunluğunu ifadə edib.

Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli repressiya dövrünü xalqların tarixində “qara səhifə” adlandırıb. “Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçıları türk xalqlarının ortaq kimliyinə xələl gətirmək məqsədi ilə repressiyaya məruz qalıblar. Onların işi unudulmayıb və davam edir”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir  

18:31
06 Aprel

Gürcüstanda C5 kateqoriyalı viza tətbiq oluna bilər

17:57
06 Aprel

ADSEA: Xətaidə kollektorun üzərində tikilən ev sökülüb

17:53
06 Aprel

Bibiheybət yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı 6 avtobus marşrutunun hərəkəti dəyişdirilib  

17:30
06 Aprel

Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunublar  

17:23
06 Aprel

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

17:00
06 Aprel

“Xiaomi”nin yeni smartfonunun üstünlükləri  

16:46
06 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub  

16:45
06 Aprel

Zabrat-Maştağa yolunda suyun kənarlaşdırılması üçün xüsusi nasoslar və texnikalar işə salınıb 

16:37
06 Aprel

Məcnun Məmmədov: Süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır  

16:32
06 Aprel

Şimal dənizində onlarla neft və qaz yatağı bloklanıb

16:31
06 Aprel

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitabın TÜRKSOY-da təqdimatı  

16:23
06 Aprel

Dünyada içməli su niyə yararsız hala gəlir?

16:21
06 Aprel

Tramp Alkatraz həbsxanasını bərpa etmək istəyir  

16:08
06 Aprel

Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub  

15:46
06 Aprel

Türkiyə Baş prokuroru Bakıya gəlib, ekstradisiya, hüquqi yardımla bağlı müzakirələr aparılıb

15:43
06 Aprel

Əməkhaqqı ödənişində gender bərabərliyi qorunacaq – Yeni qanun layihəsi  

15:37
06 Aprel

Fövqəladə hallar naziri Bibiheybət yolunda yaranan sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub  

15:03
06 Aprel

Sel səbəbindən şimal bölgəsində bəzi kənd məktəblərində dərslər təxirə salınıb - AÇIQLAMA  

15:03
06 Aprel

Prezident İlham Əliyev: Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir  

15:02
06 Aprel

Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır  

15:01
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!