Bakıda 6 ölkənin dəmir yolu operatorlarının toplantısı keçirilib
Bakıda "Asiya Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa" beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının iclası keçirilib.
Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, toplantıda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov iştirakçı ölkələrin dəmir yolu idarələrinin marşrutun cəlbediciliyinin artırılması istiqamətində birgə əməkdaşlığından danışıb. Qeyd olunub ki, marşruta yüklərin cəlb edilməsi, ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi zəruridir.
Həmçinin altı ölkəni təmsil edən operatorlar tərəfindən Çinin Qaşqar şəhərindən Avropaya konteynerlərlə yükdaşımalar üzrə pilot layihə müzakirə edilib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların optimallaşdırılmasını təmin edəcək rəqəmsal platformanın sınaq versiyası artıq hazırdır. Bu sahədə ixtisaslaşmış "UNİSER" şirkətinin hazırladığı platformanın test rejimində tətbiqi başlayır.
Toplantıda marşrutla bağlı məlumatların yer alacağı veb-səhifənin müzakirəsi də aparılıb.
Operatorlar marşrutun səmərəliliyinin artırılması üçün tərəflərin iştirakı ilə Konsorsiumun yaradılmasının zəruriliyini vurğulayıblar, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə qərar qəbul ediblər.
Xatırladaq ki, "Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu 2019-cu ildə, "Azərbaycan Dəmir Yolları" QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Türk çələngi" pedaqoji fikir tariximizin aynasıdır
26 Aprel
Qərbi Azərbaycan İcması bəyanat yayıb
26 Aprel
Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
26 Aprel
Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar
26 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
26 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
26 Aprel
Azərbaycan ədəbiyyatına böyük töhfələr verən alim
26 Aprel
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
26 Aprel
Bayraq aşiqi
26 Aprel
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!