18 Aprel 2024 11:51
274
Elm və texnika
A- A+

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib  

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Gülçöhrə Məmmədova tədbirdə Azərbaycan-Polşa əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, bir çox layihələrdə birgə iştirakından bəhs edib. Dünyanın aparıcı universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən danışan rektor Avropanın ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, o cümlədən VTU ilə əlaqələrə toxunub, iki universitet arasında əməkdaşlıq memorandumunun mövcudluğuna diqqət çəkib.

Qonaqlara AzMİU-nun fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları və laboratoriyaları haqqında məlumat verilib.

VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali təhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanları və beynəlxalq əlaqələrindən danışıb. VTU-nun İnşaat mühəndisliyi fakültəsinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri və vaxtilə AzMİU-nun İnşaat fakültəsinin tələbəsi olmuş professor Nəbi İbadov isə universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə ilkin mərhələdə inşaat və memarlıq istiqamətlərində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı səfərlər, birgə tədqiqatlar, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və uyğun ixtisaslar üzrə ikili diplom proqramlarının tətbiq imkanının nəzərdən keçirilməsi qərara alınıb.

Sonra nümayəndə heyəti AzMİU-nun kampusu, İnşaat fakültəsi, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənaye ilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video