01 May 2024 02:25
1800
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında" 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə" 2005-ci il 18 iyul tarixli 262 nömrəli və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
1. "Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1018 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə "Dövlət Mühafizə" sözləri "Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət" sözləri ilə əvəz edilsin; 
1.2.  5-ci hissədə "İcra Aparatına" sözləri "Administrasiyasına" sözü ilə, "Dövlət Mühafizə" sözləri "Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət" sözləri ilə əvəz olunsun və həmin hissəyə "Prokurorluğuna" sözündən əvvəl "Baş" sözü əlavə edilsin.
2. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 262 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 598 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1.    1.2-ci bənd ləğv edilsin;
2.2. 1.3-cü bənddən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi," sözləri çıxarılsın və həmin bənddə "və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
3. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623 (Cild I) 2.7-ci və 2.14-cü bəndlərindən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi," və "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti," sözləri çıxarılsın və həmin bəndlərə "Dövlət Miqrasiya Xidməti" sözlərindən sonra ", Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video