01 May 2024 08:20
193
İQTİSADİYYAT
A- A+

Səudiyyə Ərəbistanında işgüzar görüşlər keçirilib

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İslam İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət məsələləri müzakirə olunub, sənədlər imzalanıb.
Səudiyyə Ərəbistanına səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl Casir ilə görüşüb. Tərəflər birgə fəaliyyətin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi imkanlarını dəyərləndiriblər.
Görüş çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib. Bu sənədlərin icrasının əməkdaşlığın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacağı vurğulanıb.
OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpaolunan enerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video