Zamana sığmayan liderin idarəçilik və varislik fəlsəfəsinin konseptual salnaməsi
Azərbaycan Respublikasında ənənəvi olaraq Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərin, fundamental və tətbiqi elmi araşdırmaların, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflər və ixtiralar, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqi və nəzəri tədqiqatlar, habelə yeni material və mexanizmlərin yaradılması istiqamətində müsabiqə elan edir.
Ölkənin davamlı, uğurlu inkişafına həsr olunan bu müsabiqəyə müxtəlif elm sahələri, o cümlədən idarəçilik istiqaməti üçün də əhəmiyyətli olan işlər təqdim edilir. Təqdim edilən işlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyət istiqamətinə uyğun olan işlərdən biri də fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiyasıdır.
Heydər Əliyev böyük siyasətçi, zamanın fövqündə dayanan dövlət başçısı, ədəbiyyatımızın və mədəniyyətimizin dərin bilicisi, universal, ensiklopedik zəka sahibi, mütəfəkkir, nadir şəxsiyyət kimi tarixə adını həkk etdirib. Onun misilsiz fəaliyyəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmağa müvəffəq olub. Bu baxımdan Heydər Əliyev şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, zəngin irsinə maraq hər zaman yüksək olub və tədqiqatçıların diqqətini cəlb edib. Heydər Əliyevin siyasət fəlsəfəsində siyasətə kompleks yanaşma, milli dövlətçilik və milli ideologiya konsepsiyası, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına bu dahi şəxsiyyətin verdiyi töhfələrin öyrənilməsi olduqca zəruri, vacib siyasi-fəlsəfi və mənəvi əhəmiyyət kəsb edən mövzudur.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin konkret fakt və materiallara əsaslanan geniş təhlilinin verildiyi əsərdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dünyada ilk dəfə tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları, bu texnologiyaların əsasında dayanan Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi insan inkişafı siyasəti, ardıcıl və məqsədyönlü islahatlar, dövlət qulluğu sistemi üçün yüksəksəviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunması strategiyası öyrənilir.
Qeyd etmək lazımdır ki, dövlət idarəçiliyi sahəsində qazanılan uğurların real tətbiqi öz ifadəsini müasir dövrdə tapmaqdadır. Uğura aparan bu strategiyanın öyrənilməsi Ulu Öndərin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət İdarəçilik Akademiyasında təhsilin bütün pillələrində fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı əsəri tədris prosesinə daxil edilmişdir.
4 fəsildən ibarət olan bu monoqrafiyada Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası iqtisadi inkişafın şərti kimi təhlil edilib, milli ideologiyanın formalaşmasında Ulu Öndərin rolu öyrənilib. Eyni zamanda Azərbaycan Respublikasında çevik idarəçilik modelinin formalaşdırılması şərtləri nəzərdən keçirilib və bu modelin inkişafında layiqli varis Prezident İlham Əliyevin fəaliyyəti təhlil olunub.
Fəlsəfə doktoru, dosent Sadiq Qurbanov əsərində Heydər Əliyev irsinin davamçısı - Mehriban Əliyeva fenomeni, onun yeniləşən Azərbaycan naminə genişmiqyaslı fəaliyyətini də təhlil süzgəcindən keçirib.
Kitabda Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində fenomenal istedadı və yorulmaz fəaliyyətinin əsasında dayanan siyasi fəlsəfəsinin tarixi kökləri, dövlətçilik ideyalarının əsas istiqamətləri, Ulu Öndərin reallaşdırdığı siyasi kursun sosial-iqtisadi əsaslarına dair biliklər ustalıqla ümumiləşdirilib və sistemləşdirilib.
Azərbaycan Respublikasında davamlı inkişafa nail olunması eyni zamanda ölkədə intellektual mühitin formalaşdırılması ilə əlaqələndirilir. Monoqrafiyanın ayrı-ayrı fəsillərində bu sahədə Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticələri ilə bağlı önəmli məqamlar işıqlandırılıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərinə diqqət çəkilib.
Bütövlükdə, ölkəmizdə gedən bütün mütərəqqi fəaliyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və uğurlu davamçısı, müasir dünya Lideri İlham Əliyevin siyasi iradəsi və əməli fəaliyyəti nəticəsində olmuşdur. Fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun 4 fəsil və 435 səhifədən ibarət olan "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" monoqrafiyası Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının formalaşmasında, inkişafında və bütünlükdə reallaşdırılmasının konseptual əsaslarının dərk edilməsində və gələcək uğurlarımızın hərəkətverici qüvvələrinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir.
Əsər çoxsaylı dövlət sənədlərinə, Ulu Öndərin Azərbaycanın sosial, iqtisadi, ideoloji və siyasi inkişafla bağlı söylədiyi nitqlərə, Azərbaycan Respublikası Konstitusiyasının və digər normativ aktların hazırlanması ilə bağlı prinsipial müddəa və tövsiyələrə, Azərbaycanın gələcək inkişafı ilə bağlı fikirlərinə əsaslanaraq yazılıb. Eyni zamanda əsərdə cənab İlham Əliyevin çoxşaxəli inkişaf konsepsiyasının başlıca istiqamət və prinsipial müddəaları konkret faktlar və materiallar əsasında araşdırılıb.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini müasir inkişafa aparan düşünülmüş strategiyanın banisidir. Bu strategiyanın müxtəlif aspektlərinin təhlil olunduğu fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiyasını Azərbaycan Respublikası Dövlət Mükafatına layiq bir əsər hesab edirəm.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
21 May
Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib
21 May
Kubada birgünlük matəm elan edilib
21 May
AİJA FUTBOL KOMANDASI KİŞİNYOV-2024 BEYNƏLXALQ MEDİA KUBOKUNUN QALİBİ OLDU
21 May
Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar
21 May
Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub
21 May
Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalan...
21 May
ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarının qəbul edib
21 May
Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub ...
21 May
Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!