Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı olub
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda təşkilata üzv ölkələrin, mədəniyyət nazirlərinin, nazir müavinlərinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələrinin iştirakları ilə fondun Şura Toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondunun tarixindən bəhs edib. Bildirib ki, 2015-ci ildən fəaliyyətə başlayan fond ötən illər ərzində çoxsaylı layihələr reallaşdırıb, elmi-mədəni tədbirlər təşkil edib. Fond çox uğurlu inkişaf yolu keçib: "Düşünürük ki, türk coğrafiyasında, türk dövlətlərini birləşdirən digər təşkilatlarla birlikdə Türk Mədəniyyəti və İrsi Fondunun önəmli fəaliyyəti, özünəməxsus yer tutur. Bundan sonrakı fəaliyyətində fondun qarşısında türk dünyasının, xüsusilə beynəlxalq və regional çağırışlara cavab verən yeni fəaliyyətin qurulması istiqamətində mühüm vəzifələr durur. Türk Mədəniyyəti və İrsi Fondunun gələcək fəaliyyəti, onun yeni strategiyası, ideya əsasları hər birimiz üçün çox önəmlidir".
Nazirin sözlərinə görə, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Akademiyası, Türk Dövlətləri Təşkilatlarının fəaliyyəti tandem xarakterli olmalıdır. Bu təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, bir-birini gücləndirməlidir. Bir-birini təkrarlamadan dünyada vacib platformaya çevrilməlidir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova bildirib ki, bundan sonra fondun Nazirlər Şurası hər il toplanaraq, təşkilatın fəaliyyətinin Nizamnaməsinə uyğun, üzv dövlətlərin təklif və maraqlarına əsasən layihələrin həyata keçirilməsinə töhfəsini verəcək. "Qədim və zəngin türk mədəni irsini qoruyan, təbliğ edən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti hazırda dünyanı narahat edən mədəni kimliyin yoxa çıxması fonunda xüsusi əhəmiyyət daşıyır. Həm qardaş türk xalqlarının, həm də Türk Əməkdaşlıq təşkilatlarının qarşılıqlı əlaqələri ortaq tarixə, mədəniyyətə, köklərə söykənir. Bu baxımdan bizim birgə addımlamağımız önəmlidir", - deyə Aktotı Raimkulova vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq səviyyədə türk dövlətlərinin birliyinin nümunəsi kimi çıxış etdiyini söyləyən Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva fondun səmərəli fəaliyyətindən danışıb: "Bu fond mədəniyyətlərimizi və ümumilikdə, ölkələrimizi daha da birləşdirir. Fondun təşkilatçılığı ilə keçirilən mədəni, elmi tədbirlərdə, sərgilərdə mövcud əlaqələrimiz möhkəmlənir və daha sıx əməkdaşlığa fürsət yaranır. Bu il Qazaxıstanın Tamqalı bölgəsində Tambalı petroqliflərinə həsr olunmuş və türk dünyası alimlərini bir araya gətirəcək elmi-praktik konfrans keçiriləcək. Bu gün Bakıda keçirilən tədbirdə fürsətdən istifadə edərək hər birinizi Qazaxıstanda baş tutacaq elmi-praktik konfransa dəvət edirəm", - deyə Aida Balayeva qeyd edib.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini təqdirəlayiq adlandırıb və gələcəkdə daha səmərəli əməkdaşlıqda vacib rolunu vurğulayıb. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayan nazir müavini bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam bu toplantının türk dövlətləri arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib. Türkiyəli nazir qeyd edib ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə türk dövlətləri arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib.
Toplantıda 3 noyabr 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının X Zirvə Görüşü çərçivəsində fondun üzərinə qoyulan vəzifələr, o cümlədən 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib
21 May
Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib ...
21 May
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb ...
21 May
Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub
21 May
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb
21 May
Tərtər rayonunda mina hadisəsi baş verib
21 May
RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək ...
21 May
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
21 May
Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib
21 May
Kubada birgünlük matəm elan edilib
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!