19 Oktyabr 2026 11:12
365
İQTİSADİYYAT
A- A+
Ötən həftənin iqtisadi icmalı  

Ötən həftənin iqtisadi icmalı  


Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər


Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri  ötən həftə biznes forumlarla genişlənib. Oktyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumu bu qəbildəndir. Tədbirdə hər iki ölkənin dövlət və biznes nümayəndələri iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya imkanlarını müzakirə ediblər. Forum çərçivəsində şirkət nümayəndələri arasında B2B formatında görüşlər təşkil olunub.

Azərbaycan-Kamboca biznes forumunda isə ticarət və investisiya əməkdaşlığının inkişafı müzakirəyə çıxarılıb. Tədbirdə müxtəlif sahələri təmsil edən 100-ə yaxın iş adamı iştirak edib. Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə olunub.

***

Azərbaycanın logistika imkanları Türkiyənin İzmir şəhərində keçirilən “LOGISTECH 2026” beynəlxalq sərgisində təqdim edilib. Tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi, eləcə də Logistika Şirkətlərinin Assosiasiyası və üzv şirkətləri daxil olmaqla, ölkəmiz 16 şirkət və 32 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Sərgi çərçivəsində logistika, yükdaşıma, anbar və gömrük xidmətləri üzrə əməkdaşlıq imkanları, Azərbaycanın tranzit potensialı və Zəngəzur dəhlizinin yaratdığı perspektivlər diqqətə çatdırılıb. Azərbaycan və Türkiyə şirkətləri arasında B2B formatında görüşlər keçirilib, yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin həyata keçirilməsi imkanları dəyərləndirilib.

***

Ötən  həftə logistika sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının təqdimatı ilə yanaşı, ölkə daxilində biznes və istehsal potensialının nümayişinə də yer verilib. Oktyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Rebuild Garabagh” sərgisində Azərbaycanın biznes və investisiya imkanları “Made in Azerbaijan” stendi ilə tanıdılıb. Yerli şirkətlər tikinti materialları, mebel, ayaqqabı və digər sənaye məhsullarını nümayiş etdirib, həmçinin potensial tərəfdaşlarla işgüzar görüşlər keçiriblər.

Burada “AzerGold” QSC-nin fəaliyyəti xüsusi stenddə sərgilənib. Ziyarətçilər virtual reallıq texnologiyası vasitəsilə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin istehsal prosesi ilə tanış olublar. Eləcə də Kəlbəcərin tarixi və mədəni irsinə həsr edilmiş qızıl və gümüş sikkələr ilk dəfə ön plana çıxarılıb.

***

Aqrar sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafı məsələləri də diqqət mərkəzində olub. Oktyabrın 15-də Astanada İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının kənd təsərrüfatında qadınların iqtisadi imkanlarının genişləndirilməsinə həsr olunan beynəlxalq seminarı baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya və ərəb ölkələrinin təmsilçiləri iştirak ediblər. Müzakirələrdə qadın sahibkarlığının dəstəklənməsi, müasir aqrar texnologiyaların tətbiqi, maliyyə resurslarına və bazarlara çıxış imkanlarının artırılması məsələləri nəzərdən keçirilib.

***

Arxada qoyduğumuz həftədə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqinin tənzimlənməsi üçün də addımlar atılıb. Cari ildə bu sahə üzrə 5 dövlət standartı qüvvəyə minib. Standartlar süni intellektin etik prinsipləri, idarəetmə, təsirin qiymətləndirilməsi, audit və sınaq məsələlərini əhatə edir. Yeni tələblər süni intellekt sistemlərinin təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqinə, eləcə də onların daha düzgün qiymətləndirilməsinə və idarə olunmasına yönəldilib.

***

Ötən həftənin ən mühüm beynəlxalq hadisələrindən biri oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü olub. Tədbirdə Prezident İlham Əliyev çıxış edərək, Azərbaycanın təşkilata sədrliyi dövründə nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühit və digər sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirildiyini vurğulayıb. Zirvə Görüşündə Bakı Bəyannaməsi qəbul olunub və Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması qərara alınıb. Laosun təşkilata üzv qəbul edilməsi də toplantının mühüm nəticələrindəndir.

***

İcmalın sonunda ötən həftə ictimaiyyətə təqdim edilən doqquz aylıq iqtisadi nəticələrə nəzər salaq. 2026-cı ilin yanvar - sentyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) 102 milyard manatı ötüb. İqtisadi artım 1,5 faiz, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz təşkil edib. Ən yüksək artım informasiya və rabitə sahəsində 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 10 faiz səviyyəsində qeydə alınıb.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  

15:32
19 Oktyabr

Azərbaycana avtomobil axını səngiyib  

15:20
19 Oktyabr

Kino Agentliyi: “44” bədii filmini kinoteatrda icazəsiz lentə alanlar məsuliyyətə cəlb olunacaqlar  

15:07
19 Oktyabr

Makronun idarəçiliyi iflasa uğrayıb   

15:07
19 Oktyabr

Parisdə aksiyalarla əlaqədar 557 nəfər saxlanılıb

15:01
19 Oktyabr

Fransanın növbəti qərəzi: Paris uğursuzluğuna bəhanə axtarır

14:39
19 Oktyabr

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Paşinyanı sülhə məcbur edən “Dəmir yumruq” olub  

14:04
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

“Qara qızıl”ın dəyəri yüksəlib

13:22
19 Oktyabr

Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir  

13:20
19 Oktyabr

İsmayıllıda zəlzələ olub

13:19
19 Oktyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

13:17
19 Oktyabr

Həftəsonu 86 cinayətin açılması təmin olunub

13:17
19 Oktyabr

Qandakı anticisimlər bəzi xəstəlikləri erkən aşkarlamağa imkan verir  

13:01
19 Oktyabr

Zəngilan regionun nəqliyyat mərkəzinə çevriləcək  

13:00
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!