22 Avqust 2026 11:09
692
SİYASƏT
A- A+
Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

Azərbaycan-Özbəkistan arasındakı münasibətlər Cənubi Qafqazda və Mərkəzi Asiyada ən sürətlə inkişaf edən strateji tərəfdaşlıq formatlarından birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də ikitərəfli münasibətlərin inkişaf dinamikası və qarşıdakı perspektivlər geniş şəkildə açıqlanır. Müsahibədən bir daha aydın olur ki, iki qardaş ölkə arasında əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçımızın da söylədiyi kimi, Bakı və Daşkənd münasibətlərinin təməlində xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti, mənəvi dəyərləri və əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Bu tarixi-mədəni yaxınlıq son illərdə dövlətlərarası münasibətlərin sürətli inkişafı üçün mühüm zəmin yaradıb.  Möhkəm təməl üzərində qurulan münasibətlər artıq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Bu prosesdə Azərbaycan və Özbəkistan Prezidentləri arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının müntəzəm təmasları və qarşılıqlı səfərləri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin göstəricisidir. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional əsaslarını gücləndirərək uzunmüddətli əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək üçün mühüm platformaya çevrilib.

Hər iki ölkə çoxvektorlu siyasəti dəstəkləyir, müstəqil şəkildə hərəkət edir və milli maraqlara əsaslanan praqmatik xarici iqtisadi model formalaşdırır. Münasibətlərinin siyasi müstəvidə əldə etdiyi yüksək səviyyə iqtisadi əlaqələrdə də özünü qabarıq göstərir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq genişlənir. “Yaşıl Dəhliz Birliyi”nin yaradılması Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən ixracı üçün yeni imkanlar yaradır. Bu layihə Azərbaycanın yaşıl enerjinin mühüm tranzit mərkəzlərindən birinə çevrilmək potensialını da artırır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini ön plana çıxarır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Bu iki coğrafiyanın nəqliyyat baxımından əlaqələndirilməsi Şərqlə Qərb arasında yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasını xüsusi qeyd etməsi bu baxımdan təsadüfi deyil. Bu inteqrasiya Mərkəzi Asiyanın dünya bazarlarına çıxışını genişləndirəcək, Azərbaycanın isə Şərq–Qərb nəqliyyat bağlantısındakı rolunu daha da gücləndirəcək.

Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasının inteqrasiyası baxımından da mühüm strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı siyasi, iqtisadi, nəqliyyat, təhsil və mədəni-humanitar istiqamətlərdə inteqrasiyanın dərinləşməsinə xidmət edir.

Münasibətlər humanitar sahədə də inkişaf etməkdədir. Azərbaycan və Özbəkistanda keçirilən qarşılıqlı mədəniyyət günləri, Şuşa Günləri, elmi və ədəbi tədbirlər xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

Təhsil sahəsində əməkdaşlıq bu humanitar işbirliyinin davamlılığını təmin edən mühüm istiqamətlərdəndir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki ölkənin qardaşlığının ən uğurlu nümunələrindən biridir. Bu layihə həm də qardaş ölkənin işğaldan azad edilmiş ərazilərin bərpasına göstərdiyi mənəvi və praktiki dəstəyin ifadəsidir.

Cənab Prezident müsahibədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafına da xüsusi yer ayırıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin regionla münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

Bu proses Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii bağlantı rolunu oynayır. Xəzər dənizi isə bu iki regionu birləşdirən mühüm coğrafi körpüdür. Nəticədə Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş regional inteqrasiyaya xidmət edir.

Bu gün Özbəkistan Mərkəzi Asiyanın istehsal və tranzit mərkəzinə çevrilməyi hədəfləyir, Azərbaycan isə Xəzər dənizi vasitəsilə Avropa bazarına çıxış üçün vacib logistika mərkəzi kimi mövqeyini gücləndirir. Beləliklə, siyasi müttəfiqlik iqtisadi tərəfdaşlıqla, iqtisadi əlaqələr nəqliyyat və enerji layihələri ilə, bu istiqamətlər isə humanitar və mədəni əməkdaşlıqla tamamlanır.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

21:44
22 Avqust

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

20:41
22 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

20:32
22 Avqust

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

19:49
22 Avqust

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

17:37
22 Avqust

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

16:27
22 Avqust

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

15:49
22 Avqust

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

15:29
22 Avqust

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

14:51
22 Avqust

Azərbaycan neftinin qiyməti 97 dollar olub

13:42
22 Avqust

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

13:20
22 Avqust

Sabaha olan hava proqnozu açıqlanıb

12:57
22 Avqust

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

12:49
22 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:43
22 Avqust

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb  

11:19
22 Avqust

Xəzər dənizində zəlzələ baş verib

11:18
22 Avqust

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək  

11:16
22 Avqust

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

11:09
22 Avqust

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb  

10:58
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib  

10:29
22 Avqust

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

10:23
22 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!