22 Avqust 2026 20:32
308
SİYASƏT
A- A+
Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir.

 

Müsahibədə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr müstəvisində qiymətləndirilə bilməz. Bu münasibətlər ortaq tariximizə, dilimizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə söykənən, eyni zamanda regional və qlobal proseslərə təsir imkanları artan strateji müttəfiqlik münasibətləridir.

 

Son illərdə Azərbaycan və Özbəkistan arasında əlaqələrin sürətli inkişafı, ilk növbədə, dövlət başçılarının siyasi iradəsinin və qarşılıqlı etimadının nəticəsidir. Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı hörmət iki ölkə arasındakı münasibətlərin bütün sahələr üzrə inkişafına mühüm impuls verir.

 

2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və həmin səfərlər çərçivəsində imzalanmış mühüm sənədlər münasibətlərimizin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin və Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkənin gələcəyə baxışının nə qədər yaxın olduğunu nümayiş etdirir.

 

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional əsaslarını gücləndirən mühüm mexanizmə çevrilib. Bu platforma qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və uzunmüddətli strateji layihələrin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Mən xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığımızı strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirirəm. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir. Bu baxımdan iki ölkənin nəqliyyat imkanlarının birləşdirilməsi Şərqlə Qərb arasında yeni bağlantıların formalaşmasına ciddi töhfə verə bilər.

 

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq yalnız nəqliyyat marşrutlarının genişləndirilməsi anlamına gəlmir. Eyni zamanda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qlobal iqtisadi və logistika xəritəsində rolunun daha da güclənməsi deməkdir.

 

Enerji sahəsində əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması da xüsusi qeyd olunmalıdır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində həyata keçirilən birgə təşəbbüslər regionun böyük bərpaolunan enerji potensialının reallaşdırılması üçün mühüm imkanlar açır. Azərbaycan burada yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin regional və beynəlxalq bazarlara çıxarılmasında mühüm tərəfdaş kimi çıxış edir.

 

Azərbaycan–Özbəkistan münasibətlərinin digər mühüm istiqaməti Türk dünyasının birliyidir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı ortaq tariximizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin siyasi və iqtisadi əməkdaşlıqla tamamlanmasına xidmət edir.

 

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət görüşlərində iştirakının təmin olunması isə ölkəmizin regionla əlaqələrində yeni mərhələnin göstəricisidir. “C5+Azərbaycan” formatının formalaşması Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji əhəmiyyətini və ölkəmizin regional əməkdaşlıqdakı artan rolunu bir daha nümayiş etdirir.

 

Bütün bunlar onu göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli inkişaf modelinə çevrilib. Siyasi dialoq, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın paralel şəkildə inkişaf etməsi bu münasibətlərin möhkəm və davamlı xarakter daşıdığını göstərir.

 

Hesab edirəm ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən böyük gücü qarşılıqlı etimad və ortaq strateji baxışdır. Bu gün iki ölkə arasında formalaşan müttəfiqlik münasibətləri yalnız dövlətlərimizin deyil, xalqlarımızın da gələcək rifahına xidmət edən mühüm siyasi sərvətdir.

 

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan qardaşlığı artıq əldə olunmuş nəticələrlə kifayətlənmir. Qarşıda daha böyük layihələr, daha geniş əməkdaşlıq imkanları və Türk dünyasının birliyinə xidmət edən yeni təşəbbüslər var.

 

Əminəm ki, Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, iki qardaş ölkənin regional və beynəlxalq müstəvidə birgə imkanlarını daha da genişləndirəcək. Bu qardaşlıq həm xalqlarımızın rifahına, həm Türk dünyasının birliyinə, həm də regionda sülh, sabitlik və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcək.

 

Fatma Yıldırım,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

21:44
22 Avqust

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

20:41
22 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

20:32
22 Avqust

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

19:49
22 Avqust

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

17:37
22 Avqust

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

16:27
22 Avqust

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

15:49
22 Avqust

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

15:29
22 Avqust

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

14:51
22 Avqust

Azərbaycan neftinin qiyməti 97 dollar olub

13:42
22 Avqust

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

13:20
22 Avqust

Sabaha olan hava proqnozu açıqlanıb

12:57
22 Avqust

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

12:49
22 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:43
22 Avqust

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb  

11:19
22 Avqust

Xəzər dənizində zəlzələ baş verib

11:18
22 Avqust

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək  

11:16
22 Avqust

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

11:09
22 Avqust

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb  

10:58
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib  

10:29
22 Avqust

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

10:23
22 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!