19 İyun 2026 14:01
190
Mədəniyyət
A- A+
Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq genişləndirilir


Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Romada Mədəniyyət Abidələrinin Qorunması və Bərpası üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Gujral ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq barədə söz açılıb.

Baş direktor Aruna Gujral işğaldan azad olunmuş Azərbaycan ərazilərində qısa müddətdə həyata keçirilən yenidənqurma işlərini və mədəni irsin bərpası istiqamətində atılan addımları yüksək qiymətləndirib.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda mədəni mirasın qorunması və bərpasına xüsusi diqqət yetirildiyini bildirib, bu sahədə görülən işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan ilə təşkilat arasında ikitərəfli əməkdaşlıq sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərimizə səfərin təşkili, burada mədəni irsin bərpa və konservasiyası ilə tanışlıq, görülən işlərin təhlili kimi məsələlər müzakirə olunub.

Görüş zamanı, həmçinin Azərbaycan mütəxəssislərinin beynəlxalq təcrübə qazanması və peşəkar biliklərinin artırılması məqsədilə onların ICCROM-un “Secondment” proqramı çərçivəsində təşkilatda fəaliyyət göstərməsi barədə razılıq əldə edilib.

Nazir Adil Kərimli Aruna Gujralı Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib. Xanım baş direktor tərəfindən dəvət məmnunluqla qəbul olunub.

Qeyd edək ki, görüş Azərbaycanın mədəni irsin qorunması və bərpası sahəsində beynəlxalq tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və konservasiya fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması, habelə bu istiqamətdə çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası çərçivəsində mədəni irsin qorunması və beynəlxalq mədəni tərəfdaşlıqların genişləndirilməsi üzrə müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Danışır təcrübə” layihəsinin növbəti görüşündə insan potensialının qiymətləndirilməsindən danışılıb

15:29
19 İyun

Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib

15:27
19 İyun

Moskva vilayətinə dron hücumu nəticəsində səkkiz yaşlı qız ölüb

15:13
19 İyun

Moskva istiqamətində uçan 25 PUA məhv edilib

15:08
19 İyun

Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında dərman və tibbi vasitələrə nəzarət sahəsində əməkdaşlıq gücləndirilir

15:06
19 İyun

İran Futbol Federasiyası FIFA-ya rəsmi şikayət ünvanlayıb

15:05
19 İyun

İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək  

15:04
19 İyun

CNN: İran ABŞ ilə dialoqun bərpası üçün Livanda atəşkəsə zəmanət tələb edir

15:03
19 İyun

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

15:02
19 İyun

Böyük Qayıdış: Xankəndi və Ağdərəyə daha 80 nəfər köçdü

14:53
19 İyun

İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib

14:35
19 İyun

“Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib  

14:27
19 İyun

Türkiyənin nəqliyyat naziri: 2030-cu ilədək Zəngəzur dəhlizinin açılması gözlənilir

14:23
19 İyun

"Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib

14:17
19 İyun

Sabah Abşeron çimərliklərində 25 dərəcəyədək isti olacaq

14:08
19 İyun

Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq genişləndirilir

14:01
19 İyun

Qanun layihələri ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanacaq  

13:51
19 İyun

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

13:37
19 İyun

Ağdamda keçirilən əmək yarmarkasında 20 müəssisədən 160-dan çox vakansiya təqdim edilib  

13:34
19 İyun

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

13:23
19 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:19
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!