30 Aprel 2014 05:04
752
Mədəniyyət
A- A+
Azərbaycan ədəbiyyatının klassikləri haqqında qiymətli əsər

Azərbaycan ədəbiyyatının klassikləri haqqında qiymətli əsər

Tanınmış şərqşünas alim Rafael Hüseynovun Azərbaycan ədəbiyyatının ölməz korifeylərinin həyat və yaradıcılığından bəhs edən “Sözün meracı” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən rus dilində çapdan buraxılmışdır.

AzərTAc xəbər verir ki, nəfis tərtibatla hazırlanmış 47 çap vərəqi həcmində bu kitab klassik ədəbiyyatımızın və onun görkəmli nümayəndələrinin xarici dildə ilk belə geniş təqdimatıdır. Elmi redaktorlarının akademiklər Ağamusa Axundov və Vasim Məmmədəliyev olduğu bu dəyərli monoqrafiya yüksək elmi səviyyəsi ilə yanaşı, oxunaqlı bir tərzdə qələmə alınması ilə diqqəti cəlb edir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun bu əsərində Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin min ildən artıq bir dövründə parlaq şəxsiyyətlər silsiləsinin həyat və yaradıcılıq yolu araşdırılır. Onlardan bəzilərinin adları yaxşı tanınsa da, əksəriyyəti ya heç bilinmir, ya da həddindən artıq az öyrənilmişdir. Həm də onlar barəsində məlumatlar yalnız geniş ictimaiyyətə deyil, elə sırf elmi dairələrə da yetərincə çatdırılmamışdır. Müəllif Azərbaycanda və xarici ölkələrdəki əlyazma xəzinələrində qorunan ərəb, fars, türkdilli çoxsaylı ilk mənbələri araşdıraraq bu misilsiz şəxsiyyətlər haqqında soraqları toplamış, onların mükəmməl yaradıcılıq portretlərini yaratmağa müvəffəq olmuşdur.
Azərbaycan və Şərq ədəbiyyatında azadfikirliliyin ilk carçılarından olmuş, VII-VIII əsrlərdə ömür sürmüş mütəfəkkir şair İsmayıl İbn Yasarın, X-XII əsrlərin qüdrətli söz ustaları və filosofları Qətran Təbrizinin, Baba Kuhi Bakuvinin, Şihabəddin Sührəvərdinin, Mücirəddin Beyləqaninin, XIII yüzildən etibarən bütün Şərq aləminə təsir göstərən mövləvilik cərəyanının yaradıcısı Cəlaləddin Ruminin özünə ustad hesab etdiyi Azərbaycan şairi və alimi Şəms Təbrizinin, 6 dildə şeir və nəsr əsərləri doğurmuş Zülfüqar Şirvaninin haqqındakı portret oçerklər yalnız Azərbaycan ədəbiyyatı və ictimai-siyasi fikrinin deyil, bütövlükdə orta əsrlər Yaxın və Orta Şərq xalqlarının da klassik dövrdəki ədəbi və fəlsəfi fikrinin ümumi mənzərəsinin daha aydın təsəvvür edilməsinə imkan yaradır. Bu şəxsiyyətlərin rusdilli auditoriyaya birinci dəfə olaraq belə hərtərəfli şəkildə tanıdılması yalnız ədəbiyyat və mədəniyyətimiz deyil, bütövlükdə xalqımız haqqında təsəvvür və biliklərin daha da genişlənməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.
Kitabda Nizami Gəncəvi və Xaqani Şirvaninin müasiri olmuş astronom və şair Fələki Şirvani, universal biliklər sahibi, bir sıra elm sahələrinə aid dəyərli traktatların müəllifi, hələ XIII yüzildə Azərbaycan şəhəri Marağada beynəlmiləl tərkibli Akademiya və rəsədxana qurmuş, eyni zamanda, şeir nəzəriyyəçisi və şair kimi şöhrətlənmiş Nəsirəddin Tusi, musiqi nəzəriyyəçisi, virtuoz ud ifaçısı, müğənni, bəstəkar və şair Əbdülqadir Marağayi kimi şəxsiyyətlərin macəralı bioqrafiyaları, yadigar qoyduqları misilsiz əsərlərdən bəhs edilməklə yanaşı, onların bir çox ədəbi-mədəni irsinin müasir dövrdə də aktuallığını qoruyub saxlaması, bəşər sivilizasiyasının nadir inciləri olması konkret nümunələr əsasında şərh edilir.
Xaqani, Nəsimi, Füzuli kimi nisbətən geniş tanınmış və haqqında çox yazılmış sənətkarlar da bu kitabda yeni görüm bucağından tədqiq edilir, onların həyatı və irsinin az bəlli olan tərəfləri işıqlandırılır.
“Sözün meracı” kitabının məziyyətlərindən biri də ondan ibarətdir ki, klassiklərimiz haqqında yazıları Azərbaycanın, Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın, Türkiyənin və digər ölkələrin arxivləri, əlyazma institutları və muzeylərində saxlanan rəsm əsərləri və miniatürlərdən reproduksiyalar müşayiət edir.
Kitab şərqşünaslar, ədəbiyyatşünaslar, filosoflar, kulturoloqlar, tələbələr və Azərbaycanın mənəvi dünyasına daha dərindən bələd olmaq istəyən hər kəsə ünvanlanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır  

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!