26 Dekabr 2025 09:15
623
Təhsil
A- A+
Azərbaycan Dövlət Aqrar Universiteti bu ili də uğurla başa vurur 

Azərbaycan Dövlət Aqrar Universiteti bu ili də uğurla başa vurur 


2025-ci il başa çatır. Yola saldığımız bu il də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) üçün yaddaqalan oldu. Aqrar sektora xidmət edən bu ali təhsil ocağı nüfuzlu ali təhsil müəssisəsi kimi ölkənin kənd təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlamaq kimi bir missiyanı bu il də uğurla həyata keçirdi.

Hazırda universitetdə 7738 tələbə oxuyur. Onların sırasında 9 ölkədən olan 328 əcnəbi tələbə 7 fakültədə 31 ixtisas üzrə təhsil alır. Universitetdə ingilis dilində aqronomluq, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, torpaqşünaslıq və aqrokimya, mühasibat və iqtisadiyyat, 11 ixtisas üzrə rus dilində - aqronomluq, baytarlıq təbabəti, torpaqşünaslıq və aqrokimya, şərabçılıq, zoomühəndislik, əczaçılıq, informasiya texnologiyaları, aqromühəndislik, marketinq, iqtisadiyyat və biznesin idarə edilməsi fakültələri fəaliyyət göstərir.  

ADAU dünyanın 20-dən çox ölkəsində yerləşən ali təhsil müəssisələri ilə əlaqələr qurmuş, tələbə-müəllim mübadiləsini genişləndirmişdir. Universitet Türkiyənin Ege Universiteti ilə uzun müddətdir ki, beynəlxalq ikili diplom proqramı həyata keçirərək 10-larla tələbə və müəllim mübadiləsi həyata keçirmişdir. 

Son illər universitetin bazası genişləndirilmiş, yeni İnnovasiyalar Mərkəzi yaradılmışdır. Nəticə etibarilə İnnovasiya Mərkəzi Global Innovation Institute (GINI) tərəfindən Akkreditə Olunmuş Biznes İnkubator (ABI) statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilmişdir.

Beynəlxalq rəqabət qabiliyyətinin artırılması məqsədilə görülən işlər  müxtəlif reytinq qiymətləndirmə sistemlərində yer almışdır. Dünya universitetlərinin beynəlxalq reytinq dərəcələrini müəyyən edən digər bir nüfuzlu qurum Times Higher Education "Impact Rankings" sistemidir ki, Azərbaycan Dövlət Aqrar Universiteti  ilk dəfə müvafiq reytinq qiymətləndirilməsində yer alaraq region universitetləri arasında və Dayanıqlı İnkişaf Məqsədləri üzrə isə Azərbaycan universitetləri arasında ilk sırada qərarlaşmışdır. Universitet "UI GreenMetric 2025" reytinqində infrastruktur və maddi texniki baza üzrə 1000 xal yığaraq ölkə birincisi olmuşdur. 

Sosial və ictimai nüfuzun artırılması məqsədilə universitetin ADAU TV internet televiziyası Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı (TİKA) tərəfindən əsaslı şəkildə yenidən qurulmuşdur. 

Bu il ADAU-da bir sıra beynəlxalq və yerli tədbirlər, konfranslar, forumlar keçirilmişdir. Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə Heydər Əliyev Mərkəzində V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransı keçirilmiş, konfransın üçüncü günü iştirakçılar üçün Şuşa-Xankəndi turu təşkil olunmuşdur. Bundan başqa, Azərbaycan İnnovasiya Mərkəzində Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilmişdir. Ölkədə rəqəmsal inkişafın təşviqi, innovativ yanaşmaların dəstəklənməsi və internet resurslarının keyfiyyətinin artırılması məqsədi daşıyan müsabiqədə ən yaxşı milli vebsaytlar, sosial media səhifələri və mobil tətbiqlər mükafatlandırılmışdır. Təqdimat mərasimində əldə olunan nəticələrə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti müsabiqənin qalibləri sırasında yer almış,  universitetin rəsmi adau.edu.az internet saytı "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyası üzrə qalib elan olunmuşdur. Bununla yanaşı, sözügedən sayt "Elm, Təhsil və Rəqəmsal savadlılıq" nominasiyası üzrə də yüksək qiymətləndirilmişdir.

Məlum olduğu kimi, bu il Milli Məclisdə  Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə "İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır" mövzusunda ictimai dinləmələr keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Milli Məclis Aparatının, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının rəhbərləri, Qida Təhlükəsizliyi Agentliyinin, Gəncə Dövlət Aqrar Kollecinin və digər əlaqədar qurumların əməkdaşları iştirak  etmişlər. İctimai dinləmələrdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetin ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasındakı rolu, maddi-texniki bazası, bu təhsil ocağının inkişaf strategiyası,  təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi sahələrində görülən işlər, mütərəqqi modellərin tətbiqi, ADAU və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən ikili diplom proqramının uğurları barədə geniş məlumat vermişdir.    

Bu il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı və insan kapitalının inkişafına töhfə verməkdir. 

Bundan başqa, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze ilə işgüzar görüşlər keçirmişdir. Görüşdə  ölkələrimizdə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsinin, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin və Gürcüstanın  ali təhsil müəssisəsi ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirən birgə elmi-praktik konfranslar keçirmək, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığını təkmilləşdirmək, eləcə də  tələbə və müəllim mübadiləsinin aparılmasının vacibliyi barədə işgüzar söhbətlər aparılmışdır. Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının vacibliyi qeyd edilmişdir. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə də razılıq əldə olunmuşdur.

Bu il  "National H-index Ranking" platforması tərəfindən 2025-ci ilin IV rübü üzrə Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və ali təhsil müəssisələrinin elmi göstəricilərinə əsaslanan reytinq nəticələri açıqlanmışdır. Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi bazaların məlumatları əsasında aparılan qiymətləndirməyə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin  milli H-indeksi əvvəlki rübün nəticəsi ilə müqayisədə 12-dən 15-ə yüksəlmişdir. Ümumi göstəricilər üzrə müsbət dinamika qeydə alınmışdır. Belə ki, universitet ölkə üzrə 40 ali təhsil müəssisəsi arasında əvvəlki rübdə tutduğu 17-ci yerdən 16-cı pilləyə yüksəlmişdir.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti də bu il ADAU-nun qonağı olmuşdur. Səfirlə görüşən universitetin rektoru Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və akademik potensialı barədə qonağa ətraflı məlumat vermişdir. O, Koreya Respublikasının aqrar sahədə qabaqcıl texnologiyalar və innovativ yanaşmalara malik olduğunu qeyd edərək bu istiqamətdə universitetlər arasında əlaqələrin qurulmasının böyük əhəmiyyət daşıdığını bildirmişdir. Səfir Kımqu Kanqın ADAU-da kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir. Gələcəkdə Koreya universitetləri ilə birgə layihələrin, təlimlərin və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsinə hazır olduqlarını bildirmişdir. 

Azərbaycan Dövlət Aqrar Universitetində Dövlət İmtahan Mərkəzinin "Abituriyent Məsləhət Mərkəzi" də  fəaliyyət göstərir. Mərkəzdə gələcək tələbələrə seçimlərini daha məqsədyönlü və məlumatlı şəkildə etmələri üçün ödənişsiz dəstək göstərilir. 

Universitetdə "Oxu, təqaüd qazan! - Balın yüksəkdirsə, motivasiyan da yüksək olsun!" rubrikası altında maraqlı tədbir də keçirilmişdir. Bu tədbirdə sessiyaları yüksək balla başa vuran tələbələrin təqaüdləri artırılmışdır.

Bu il yaddaqalan hadisələrdən biri də  "Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru" adlı yay məktəbinin açılışı olmuşdur. Təbiət qoynunda keçirilən yay məktəbi gənclərin ekoloji düşüncəsini formalaşdırmaq, onların dayanıqlı inkişaf sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşımışdır. Yay məktəbinin açılışında    ölkəmizdə fəaliyyət göstərən 14 müxtəlif ali təhsil müəssisəsindən  50-yə yaxın tələbə iştirak etmişdir. Onlar bu məktəb vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə yaxından tanış olmuş, iqlim dəyişmələri, tullantıların idarə olunması, alternativ enerji və "yaşıl innovasiya"lar barədə maarifləndirici sessiyalarda iştirak etmişlər.

Universitet bir sıra təsərrüfatlarla da əlaqələri genişləndirmişdir.  "Agro Dairy" şirkətinin birgə təşkilatçılığı ilə Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən (MATE) dəvət olunan mütəxəssislərin iştirakı ilə elmi-praktiki təlimlər keçirilmişdir. İki günlük proqram çərçivəsində ADAU-da keçirilən seminar və "Agro Dairy" şirkətinin təsərrüfatında baş tutan sahə təlimlərində iştirakçılara bitki mühafizəsi, alaq otlarının identifikasiyası, xəstəliklərin izlənməsi və müasir mübarizə üsulları barədə əyani və nəzəri bilgilər verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi ilə "Yüksəliş" İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən "Üfüq" Karyera İnkişaf Proqramı üzrə müsabiqədə də ADAU-nun İnnovasiyalar Mərkəzinin müdiri Elvin Ağayev böyük uğur qazanmışdır. 

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin "Bitkilərin toxumçuluğu" ixtisası üzrə I kurs magistrantı Murad Kərimzadə  Türkiyədə təşkil olunan beynəlxalq ixtisasartırma proqramında uğurla iştirak edərək BISAB tərəfindən sertifikatla təltif olunmuşdur. Hazırda o,  Türkiyənin Antalya şəhərində yerləşən Batı Akdeniz Araşdırma İnstitutu və Akdeniz Universitetində keçirilən intensiv təlim proqramında bilik və bacarıqlarını daha da təkmilləşdirməkdədir. Proqram Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nəzdində fəaliyyət göstərən Bitki Islahçıları Alt Birliyi (BISAB) tərəfindən həyata keçirilir. 

Bu il Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti də Azərbaycan Dövlət Aqrar Universitetində olmuş, səfər çərçivəsində ADAU-da bir sıra elmi-mədəni və akademik mübadilə görüşləri keçirmişdir. Qonaqlar universitetin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris resursları və geniş təcrübə sahələri ilə yaxından tanış olmuş, tələbə və akademik heyətin tədqiqat imkanlarını yüksək qiymətləndirmişlər.


Arif QAZIYEV,

ADAU-nun biologiya kafedrasının müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

01:08
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

01:06
10 Yanvar

A.C.İsgəndərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:05
10 Yanvar

"Dövlət rüsumu haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
10 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

01:03
10 Yanvar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:01
10 Yanvar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
10 Yanvar

Azercell abunəçilərinin nəzərinə

00:57
10 Yanvar

Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır  

22:48
09 Yanvar

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

22:04
09 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

21:42
09 Yanvar

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib  

21:40
09 Yanvar

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib  

21:39
09 Yanvar

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

21:38
09 Yanvar

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib  

21:22
09 Yanvar

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!