Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da genişlənməsi üçün geniş imkanlar var
Dünən Milli Məclisin Sədri Oqtay Əsədovla Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Bolqarıstan Respublikasının Xalq Məclisinin Sədri Tsetska Tsaçeva arasında görüş keçirildi.
Oqtay Əsədov onun dəvətini qəbul edərək Bakıya səfər etdiyinə və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QİƏT PM) 40-cı iclasında Bolqarıstan nümayəndə heyətinin fəal iştirakına görə T.Tsaçevaya minnətdarlığını bildirdi. Sonra QİƏT PM-in Bakıda keçirilən Baş Assambleyasının 40-cı plenar sessiyası barədə qonağa ətraflı məlumat verdi.
Milli Məclisin Sədri dedi ki, müxtəlif beynəlxalq qurumlarda hər iki ölkənin deputatlarının iştirakı və birgə fəaliyyəti münasibətlərin dərinləşməsinə xidmət edir. Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayan Oqtay Əsədov iki ölkə arasında bugünədək 40-dan çox sənədin imzalandığını diqqətə çatdırdı.
Spiker dedi ki, dövlətlərarası münasibətlərdə mühüm rol oynayan parlamentlər əlaqələrin inkişafına öz müsbət təsirini göstərməkdədir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Bolqarıstan parlamentinin sədrinin ölkəmizə bu səfəri qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsi baxımından da çox önəmlidir. İki ölkə arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənməkdədir. Neft və qaz sektorunda, turizm, nəqliyyat, mədəniyyət sahələrində münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var.
Oqtay Əsədov Bolqarıstanın QİƏT PM-ə sədrliyi dövründə qurumun gələcək inkişafına layiqli töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Bolqarıstan parlamentinin sədri xanım Tsetska Tsaçeva ölkəmizə səfərindən, QİƏT PM-in Baş Assambleyasının plenar sessiyasında iştirakından məmnun qaldığını bildiridi. Qonaq xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq, bu sahədə deputatların üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi. O, nüfuzlu beynəlxalq qurumlarda parlament nümayəndə heyətlərinin iştirakını yüksək dəyərləndirdi. Tsetska Tsaçeva bildirdi ki, siyasi dialoqun davam etdirilməsi digər sahələrdə də əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
"AzƏrbaycan"
Foto A.MƏMMƏDOVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!