03 Avqust 2026 15:07
921
Elm və texnika
A- A+
Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır

Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır


Azərbaycan alimləri kənd təsərrüfatında kimyəvi preparatlara alternativ ola biləcək bioloji məhsulların hazırlanması istiqamətində tədqiqatlar aparırlar. Hazırlanan məhsulların bitkilərin məhsuldarlığının artırılması, xəstəliklərə davamlılığının yüksəldilməsi və ekoloji cəhətdən təmiz istehsalın təmin olunması baxımından perspektivli olduğu müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, Molekulyar Biologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasında əldə olunan elmi nəticələr əsasında hazırlanmış bioloji məhsullardan biri Azərbaycanda və Estoniyada patentləşdirilib. Hazırda həmin məhsulların bir qismi istehsal səviyyəsində sınaqdan keçirilir, həmçinin bioloji aktivliyə malik yeni məhsulların yaradılması istiqamətində araşdırmalar davam etdirilir. Tədqiqatlar əsasən mikroorqanizmlər, xüsusilə göbələklər əsasında yem, qida, tibb və texniki sahələrdə istifadə oluna biləcək bioloji və farmakoloji aktiv məhsulların əldə edilməsinə imkan verən perspektivli produsentlərin müəyyənləşdirilməsinə yönəlib. Laboratoriyada, həmçinin ölkənin təbii ehtiyatlarının, xüsusilə su resurslarının biotəhlükəsizliyinin təmin olunması istiqamətində mühüm araşdırmalar aparılır. Yerli şəraitdə müxtəlif mənbələrdən əldə edilən yüksək aktivliyə malik bakteriya və göbələk ştamları müəyyənləşdirilir, onların metabolitləri öyrənilir və tətbiq sahələri araşdırılır.

Tədqiqatlar çərçivəsində insan, heyvan və ətraf mühit üçün faydalı ola biləcək, iqtisadi baxımdan səmərəli mikroorqanizmlərin seçilməsi və onların biotexnoloji imkanlarının müəyyənləşdirilməsi həyata keçirilir.

Mikrobioloji biotexnologiya laboratoriyasının Torpaq və su laboratoriyası ilə birgə həyata keçirdiyi layihələrdə şərti-patogen mikroorqanizmlərin yayılma səbəblərinin araşdırılması, onların qarşısının alınması yollarının müəyyənləşdirilməsi, eləcə də biotəhlükəsizlik mexanizmlərinin hazırlanması əsas istiqamətlərdəndir. Aparılan tədqiqatlar insanları, heyvanları və ətraf mühiti qorumağa yönəlmiş elmi yanaşmaların inkişafına, tullantıların idarə olunması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə mühüm töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!