05 Avqust 2026 20:31
1602
Elm və texnika
A- A+
Qu X-3 ulduz sisteminin təbii kosmik sürətləndirici mənbə olması təsdiqlənib  

Qu X-3 ulduz sisteminin təbii kosmik sürətləndirici mənbə olması təsdiqlənib  


Çin LHAASO rəsədxanasının alimləri Qu X-3 mikrokvazarının təbii kosmik zərrəcik sürətləndiricisi olduğunu təsdiqləyiblər. Müşahidələrin nəticələrinə əsasən, bu unikal qoşa ulduz sistemi hissəcikləri ən azı 30 petaelektronvolt enerjiyə qədər sürətləndirə bilir.

Bu barədə AZƏRTAC-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Yerdən təxminən 32 min işıq ili məsafədə yerləşən Qu X-3 sistemi qara dəlik və Volf–Raye tipli ulduzdan ibarət nadir mikrokvazardır. Alimlərin qənaətinə görə, sistemdə maddənin qara dəliyə axını nəticəsində yaranan güclü relyativistik jetlər protonları son dərəcə yüksək enerjilərə qədər sürətləndirir.

Əldə olunan nəticələr göstərir ki, Qu X-3-ün yaratdığı enerji Yer üzündə fəaliyyət göstərən ən güclü hissəcik sürətləndiricisi – CERN-in Böyük Adron Toqquşdurucusunun maksimum toqquşma enerjisindən təxminən 2000 dəfə yüksəkdir. Bu, qalaktikamızda təbii kosmik sürətləndiricilərin imkanları haqqında mövcud elmi təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndirən fundamental nəticə hesab olunur.

Tədqiqat zamanı sistemdə 4,8 saatlıq orbital periodla uyğun gələn ultra yüksək enerjili qamma alışmaları da müşahidə edilib.

NASA-nın Fermi kosmik teleskopu ilə aparılan paralel müşahidələr bu alışmaları təsdiqləməklə yanaşı, şüalanma mənbəyinin ölçüsünü də qiymətləndirməyə imkan verib. Hesablamalara görə, qamma şüalanmanın yarandığı sahənin radiusu təxminən üç Günəş radiusuna bərabərdir. Müəlliflərin fikrincə, 1 PeV-dən aşağı enerjili qamma şüaları əsasən jetlərin daxili hissəsində plazma axınının ulduz küləkləri ilə toqquşması nəticəsində və ya akkresiya diskindəki rentgen şüalarının adron qarşılıqlı təsirindən yaranır. Burada vacib məqam ondan ibarətdir ki, paralel olaraq qamma şüaların intensivliyinə uyğun olaraq, yanaşı neytrino axını da müşahidə olunmalıdır. 30 PeV yüksək enerjilərə qədər sürətlənmə isə jetlərin kökündə ulduzlararası mühitə çıxışda baş verir. İstənilən halda belə şəraitdə sistemi tərk edən zərrəciklər sistemin ətrafında enerjisi 1037 erg·san-1 olan halo şəkilli struktur yaratmalıdır. Həmin halolar LHAASO tərəfindən qeydə alına və enerjisi ölçülə bilər. Qu X ulduz yaranma oblastında müşahidə olunan halo məhz bu mexanızmin sübutu ola bilər.

Bu nəticələr qara dəliklər və neytron ulduzlarının ətrafında baş verən fiziki prosesləri öyrənmək üçün yeni imkanlar açır. Bu cür obyektlərin bu qədər nəhəng enerjiləri fərdi hissəciklərə necə ötürə biləcəyini anlamaq, kompakt ikili sistemlərin təbiətini və qalaktikamızda yüksək enerjili kosmik şüaların əmələ gəlmə mexanizmlərini dərindən anlamağa kömək edəcək.

Tədqiqatın nəticələri nüfuzlu “National Science Review” jurnalında dərc edilib və yüksək enerjili astrofizika sahəsində son illərin mühüm elmi nailiyyətlərindən biri kimi qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!