07 Avqust 2026 16:15
4856
SİYASƏT
A- A+
Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq 

Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq 


Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər öz tarixinin ən məhsuldar dövrünü, keyfiyyətcə yeni mərhələsini yaşayır. Xüsusən, regional və qlobal reallıqların sürətlə dəyişdiyi bir dövrdə iki ölkə arasındakı əlaqələr uzunmüddətli strateji müstəviyə qədəm qoyub. Bakı və Vaşinqton arasında bu tarixi dönüşün və yeni mərhələnin təməli 2025-ci il avqustun 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri ilə qoyuldu. 

Avqustun 8-də Ağ Evdə keçirilən görüş və yüksəksəviyyəli danışıqlar diplomatik münasibətlərin parlaq səhifəsi kimi tarixə düşdü. Vaşinqtonda Azərbaycan liderinə göstərilən xüsusi diqqət və ehtiram iki ölkə arasındakı etimad mühitinin nə qədər yüksək olduğunu nümayiş etdirdi. Görüş zamanı ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevi iradəli və güclü lider kimi xarakterizə edərək, dövlətimizin başçısının Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasındakı müstəsna rolunu xüsusi vurğuladı. Liderlər arasında səmimi dialoq, hədiyyələrin təqdim olunması dövlət başçıları arasında formalaşan şəxsi etimadın və yüksək siyasi dialoqun bariz nümunəsi idi. 

Tramp administrasiyasının praqmatik yanaşması Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə də müsbət töhfələr verdi. Avqustun 8-də Vaşinqton sammiti çərçivəsində ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, tarixi sülh sazişinin mətninin paraflanması, eyni zamanda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə xüsusi İşçi Qrupunun yaradılması həm Cənubi Qafqazda sabitliyin, həm də ikitərəfli münasibətlərdə inkişafın təməlini qoyan mühüm qərarlar oldu. Bu addımlar Vaşinqtonun Bakı ilə əlaqələri konkret mexanizmlər üzərindən inkişaf etdirmək əzmini aydın şəkildə nümayiş etdirdi. 

Tarixi səfər çərçivəsində atılan ən mühüm siyasi addımlardan biri də illər boyu ikitərəfli əlaqələrə kölgə salan 907-ci düzəlişlə bağlı verilən qərar oldu. 1992-ci ildə erməni lobbisinin təsiri nəticəsində qəbul edilən bu düzəliş mahiyyət etibarilə ədalətsiz qərar idi. Prezident Donald Trampın 907-ci düzəlişin tətbiqini dayandıran sərəncam imzalaması Vaşinqtonun Bakı ilə münasibətlərdə praqmatik mövqeyə üstünlük verdiyinin göstəricisidir. 

Ağ Evdə əldə olunan razılaşmaların məntiqi davamı kimi növbəti mərhələdə keçirilən Davos görüşü, habelə Prezident Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət edilməsi Bakının artan qlobal nüfuzunu və Vaşinqtonun Azərbaycana verdiyi strateji dəyəri bir daha təsdiqlədi. Davosdakı təmaslar liderlər səviyyəsində formalaşmış siyasi dialoqun davamlı xarakter aldığını və ikitərəfli əməkdaşlığın qlobal platformalarda da uğurla irəlilədiyini göstərdi. Prezident Donald Trampın təşəbbüskarı olduğu beynəlxalq Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət edilməsi Bakının qlobal təhlükəsizlik və sülh quruculuğu proseslərinə verdiyi real töhfələrin beynəlxalq miqyasda etirafıdır. 

Bu prosesin ən əhəmiyyətli nəticəsi ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin 2026-cı ilin fevral ayında Azərbaycana rəsmi səfəri və bu səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması oldu. Vensin Bakıya gəlişi Vaşinqtonun Azərbaycanın regional gücünə və qlobal roluna verdiyi yüksək dəyərin göstəricisi idi. Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və süni intellekt kimi strateji istiqamətlərdə uzunmüddətli fəaliyyət çərçivəsini hüquqi baxımdan təsbit etdi.

Prezident İlham Əliyev iyulun 13-də Şuşada IV Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyəyə çatdığını xüsusi vurğuladı: “Münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik”. 

Azərbaycan ABŞ üçün həm də Mərkəzi Asiyaya və türk dünyasına açılan mühüm strateji qapıdır. Xüsusilə Trans-Xəzər Nəqliyyat Marşrutunun (Orta dəhliz) inkişafı, regionlararası nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, habelə beynəlxalq sülhün reallaşdırılması istiqamətində Bakı ilə Vaşinqtonun baxışları tamamilə üst-üstə düşür. ABŞ Avrasiya məkanında təhlükəsiz və fasiləsiz tədarük zəncirlərinin qurulmasında Azərbaycanın həlledici rolunu yüksək qiymətləndirir. 

İkitərəfli əməkdaşlığın iqtisadi təməlləri də genişlənməkdədir. ABŞ-nin nəhəng texnologiya şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, rəqəmsal infrastrukturların qurulması və süni intellekt texnologiyalarının tətbiqi sahələrinə marağı əhəmiyyətli dərəcədə artıb. Qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin şaxələndirilməsi və birgə innovasiya layihələrinin reallaşdırılması Azərbaycanın qeyri-neft sektorunun inkişafına, eyni zamanda iki ölkə arasında biznes dairələrinin daha sıx inteqrasiyasına xidmət edir. Keçmişdə enerji və antiterror əməkdaşlığı ilə məhdudlaşan ikitərəfli gündəlik bu gün investisiyalar, rəqəmsal transformasiya, müdafiə sənayesi və yüksək texnologiyalar hesabına daha da zənginləşib. 

Bütün bunlar göstərir ki, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı etimada, dərin hörmətə və strateji maraqlara söykənən dayanıqlı modelə çevrilib. Liderlərin siyasi iradəsi, yüksəksəviyyəli səfərlər və imzalanan tarixi sənədlər iki ölkə arasındakı tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini, regional sabitliyin əsas zəmanətlərindən biri olacağını sübut edir.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!